adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BAQAALIN QIZI: “MƏN HEÇ VAXT BAŞ NAZİR OLMAQDAN YORULMARAM”

BABƏK YUSİFOĞLU
39518 | 2010-02-16 16:12

Tarixinbütün dönəmlərində ağıllı, uzaqgörən, özünün siyasi baxışları, ambisiyalarıolan qadınlar cəmiyyətdə, həm də hansısadövlətin idarə edilməsində önəmli rol oynayıblar. Hətta belə demək mümkünsə,əgər qadınalrın tarixdə rolu olmasaydı,indi biz tamam başqa bir dünyada yaşayardıq ki, onu da bəyənəcəyimiz böyük sualaltında qalardı. Adını indi xatırlamadığım müdriklərdən biri beləbir fikir də söyləyib: tarixin formalaşmasında qadınlar iştirak etməsəydi,bəşəriyyət öz keçmişindən utanardı.

Həttabir çox hallarda qadınlar cəmiyyətin düzəninə, ictimai proseslərə, siyasətə özləri hakimiyyətdə olmasalar da rəngqata biliblər – kişilərin vasitəsi ilə. Boşuna deyilmir ki, uğur qazanan hərbir kişinin yanında mütləq ağıllı bir qadın vardır…

***

Çox uzun dövrlər kişihegemonluğunun kölgəsindən çıxa bilməyən qadınlar zaman keçdikcə, dünyamüasirləşdikcə ictimai-siyasi həyatdadaha çox görnməyə başladılar. Ötən əsrin ortalarından başlayaraqsa onlar hakimiyyətə gəlirlər, cəmiyyətin idarəolunmasında, dünya siyasətinin qurulmasında, tarixi proseslərin inkişafındakişilərlə eyni səviyyəyə gələ biliblər. Belə qadınlardan biri də adını XX əsrin"siyasət kitabı”na böyük hərflərlə yazmış,öz sarsılmaz iradəsi, ağlı, qətiyyəti ilə "dəmir ledi” adını qazanmış,Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerdir. Özü də Böyük Britaniyatarixində ilk qadın baş nazir olan Xanım Teteçer öz ağılı, uzaqgörənliyi vəbacarığıyla bu kresloya üş dəfə oturub.

                                             MARQARET HİLDA ROBERTS

1925-ciil oktyrabrın 13-də Linkolnşir qraflığının Qrenhem şəhərciyində adi bir baqqalailəsində anadan olmuşdur. Ailədə ikinci övlad olan kiçik Marqaretinuşaqlığı və ilk təhsil illəri demək olar ki, digər həmyaşıdlarından fərqliolmayıb. Amma davranışları, kitablara marağı, dərrakəsi ilə həmyaşıdlarından həmişə seçilib. Anası Beatris bir sadədil evdarqadın kimi qızına yalnız şəfqətli ana olmağı bacarmış, qayğısını çəkmişdi. AtasıAlfred Robertsin isə qızının formalaşmasında çox böyük rolu olmuş, ona hələuşaq yaşlarından başlayaraq "müstəqilliyin doktrinası”nı öyrətmişdi. Ata qızını inandıra bilmişdi ki, kütlənin ardıncagetmək yox, kütləni ardınca aparmaq şərtdir.

Və çox sonralar, missMarqaret karyerasının ən parlaqzamanında əldə etdikləri üçün atasına minnətdar olduğunu dönə-dönə deyəcəkdi.Buna isə hələ çox vardı.

Məşhur OksfordUniversitetində təhsilini davam etdirən Marqaret həm də kimyəvi təhqiqatlarlaməşğul olur, tələbəlik həyatının ictimai işlərində də iştirak edirdi.Bioqraflar həmin dövrdəki həyatının maraqlı bir məqamına da diqqət çəkirlər.Yazırlar ki, gənc ledi ikinci kursda oxuyarkən bir qrafın oğluna vurulub, lakinqarşı tərəf onun nə özünü, nə də duyğularını qiymətləndirməyib, çünki o, adibir baqqal qızı idi.

Bəli, çoxları onunhəyatdakı mübarizə inadından xəbərsizdi… Xəbərsiz idi ki, bu qızcığaz nələribacara bilər. 1954-cü ildə hüquqşünasdiplomu alan Marqaret vəkillik təcrübəsinə başlayır. Onu da qeyd edək ki,Marqaret ürəyində işləmək, karyera qazanmaq istəkləri olan ingilis qızlarındanfərqli olaraq erkən ailə həyatı qurdu. Yəni, 26 yaşındaykən uğurlu seçim edərəkhəmin dövrlərdə varlı biznesmen kimi tanınan Denis Tetçer adlı bir şəxslə evlənəngənc qız sonradan ərinə də arxa oldu. Onların –Kerol və Mark adlı ekiz oğlanları dünyaya gəldi…

                                                             GƏNC LEDİ

əslindəözünü heç də bütünlüklə ailəyə həsretmək haqqında düşünmürdü. Zamanın siyasi pyosesləri ilə yaxından maraqlananxanım Tetçerin bu sahədə də yeni ideaları yaranırdı. Çox keçmədi ki, elə bu ideallar onu Konservativlərpartiyasına gətirib çıxardı və qısamüddətdə Marqaretin bu yolda uğurlarıbaşladı. Belə ki, 1959-cu ildə elə həminpartiyadan Şimali London ərazisindən parlament üzvlüyünə seçildi və onunparlamentdə ilk işi hökumətin pensiya üzrə kiçik nazir vəzifəsi oldu. Lakin gənc siyasətçi xanımıniddiaları böyük idi, o, daha da irəliyə getmək üçün çalışırdı. O istəyirdi ki,bir zamanlar böyük ölkə olan Böyük Britaniaynın tənəzzülünə son qoysun.

1970-ci ildə MarqaretTetçer Elm və Təhsil katibi təyin edildi. Qeyd edək ki, həmin dövrlər dövlətsiyasi və iqtisadi sarsıntılar içərisində çabalayırdı. Narazılıqlar artmış, bütünsahələrdə xaotik durum elə bir həddə çatmışdı ki, adam başını itirirdi. Şəhərinözü də bərbad gündəydi. Yəni, Trafalqarmeydanı belə zibilliklər içərisində itib-batmışdı. Hətta bəzi yerlərdə insanlarölənləri dəfn etməkdən belə boyun qaçırırdılar. Tətillərsə hər tərəfi bürüməkdəydi. Elə bu üzdən idi ki, ingilislərhəmin ili "narazılıq qışı” adlandırırlar. Əslində belə situasiyanın yaranmasının səbəblərindən biri də hökumətin bazarnizamlanması işini xeyli zəiflətməsi idi ki, bu da öz növbəsində istehsal vəemal sahəsində də durğunluğa gətirib çıxarmışdı. Ölkənin belə vəziyyəti yeniiqtisadi münasibətlərin yaradılmasını tələb edirdi.

                                                        1974-CÜİLDƏ

konservatorlarməğlubiyyətə uğrasalar da xanım Tetçer bununla barışmadı və qarşı tərəfə özproqramlarını gerçəkləşdirmək üçün çağırışlar etməyə girişdi. Mənsub olduğu partiya da aktiv hərəkətə keçdiyindənümumilikdə siyasi mübarizə kəskinləşmişdi. Əslində Tetçer mübarizəni sevirdivə bu siyasəti o qədər düzgün, qaydalarauyğun, təmkinlə aparırdı ki, bu, qarşıdakırəqibləri belə hövsəldənçıxarırdı. Xüsusilə kişiləri.

Amma güclənən bu siyasimübarizənin gedişi onların partirası üçün yaxşı qurtardı. Belə ki, 1979-cu ildəkeçirilən seçkilərdən qalib çıxan partiya hakimiyyətə gəldi və bu dəmir iradəliledi isə ölkənin baş naziri postuna yiyələndi. Və özünü bütün ölkəyə– dövlət inhisarında olanmüəssisələrin özəlləşdirilməsinə, həmkarlar təşkilatlarında islahatlarınkeçirilməsinə, vergilərin və dövlət büdcəsindən sosial xərclərin azaldılmasınatərəfdar lider kimi təqdim etdi. Çünki o buna məcbur idi.

Xanım Tetçer hakimiyyətininilk illərində tüğyan edən inflyasiyanın, işsizliyin nisbətən azalmasına nailolmaqla yanaşı digər sahələrdə də vəziyyəti stabilləşdirə bildi. Bunun ardınca– 1982-ci ildə Folklend adaları uğurunda gedən hərbi əməliyyatlarda Böyük Britaniyanınqələbəsi Tetçerin ictimaiyyət arasında reytinqini daha da artırdı. İnsafən oyorulmadan çalışırdı. Hətta mətbuata verdiyi müsahibələrin birində demişdi ki,hamı yaşamaq üçün işləyir, mənsə işləmək üçün yaşayıram. O, həmkarlarına dabunu aşılayırdı. Elə bu keyfiyyətlərinə görə idi ki, 1984-cü ildə keçirilənparlament seçkilərində konservatorlar yenidən bu marafonu uddular.

Xatırladımki, elə həmin ərəfədə "İRA”-nın döyüşçüsü tərəfindən Braytonda keçirilənqurultayına bomba qoyulması və Marqaret Tetçerin oradan salamat qurtarması hərtərəfdə yüksək həyəcanla qarşılanmışdı. Sonralar ona – "siz konkret olaraqnədənsə qorxursunuzmu” - sualına beləcavab vermişdi: "Mən ümumiuyyətlə bu haqda düşünə bilmirəm”.

                                                     TETÇERİNSİYASƏTİ

təkcə Böyük Britaniya üçünhesablanmamışdı. Onun ideyaları və fəaliyyəti artıq dünya siyasətiunə təsiretməyə başlamışdı. İndi dünyanın nüfuzlu dövlət başçıları xanım Tetçerləhesablaşır, ciddi prosseslər onunla müzakirələr edilirdi. 1980-cı illərin "soyuqmüharibə”nin ən gərgin dövrlərindəki beynəlxalq məsələlərin müzakirəsində,ümumi konsepsiyanın formalaşdırılmasında o, müsbət nəticənin alınmasından ötrü Birləşmiş Ştatların həmin dövrdəki dövlətbaşçısı Ronald Reyqanla intensiv iş rejimi qurnuşdu.

Yorulmadan, özü də effektlifəaliyyət göstərməsi nəticəsində dünya siyasətinin böyük fiquruna çevirilənMarqaret Tetçer qadın siyasətçi kimi"Dəmir Ledi” adını qazandı. Kommunizmin qatı düşməni olan "Dəmir Ledi” NATO-nunbütün dünya boyu genişlənməsinin tərəfdarıydı. O deyirdi: "Düşməni üzündəntanımaq lazımdır”. O, Amerikanın Qərbi Avropada "Preşinq” və qanadlı raketləryerləşdirməsini istəyirdi.

Amma heç də belə deməkolmazdı ki, Marqaret Tetçerin nüfuzu hər kəs tərəfindən mütləq şəkildə qəbuledilmişdi. Əsla belə olmayıb. Xanım siyasətiçinin siyasi nüfuzunu geri çevirməkistəyənlər də kifayət qədər idi. Onlar fasiləsiz olaraq Marqaretin əleyhinətəbliğat aparır, onu sıradan çıxarmağa çalışırdılar. Elə ən yaxın və dəyişməzdostu olan ABŞ-ın o zaman ki, dövlət katibi Kaspar Uaynberq tez-tez "DəmirLedi” ilə qarşı cəbhələrdən çıxış edirdi. Məsələn, 1881-ci ildə Polşada hərbivəziyyət elan edildikdən sonra Vaşinqton SSRİ-yə qarşı sanksiyalarınşiddətləndirilməsini istəyirdi, amma baş nazir buna qarşı çıxırdı. Yaxud, BöyükBritaniyanın nüvə nəzarəti sistemindən çıxmaq variantını xanım Tetçerümumiyyətlə müzakirə etməkdən boyun qaçırıdı ki, bu da başqa güc mərkəzlərinin xoşuna gəlmirdi.

                                                    XANIM SİYASƏTÇİKİMİ

1984-cüildə SSRİ-nin lideri Mixail Qarbaçovla görüşən ilk Qərb liderlərindən biri olduvə hələ o zaman Tetçer Qorbaçovu - "bizim işləyə biləcəyimiz adam” adlandırırdı.Məhz o, SSRİ-də Mixail Qorboçov tərəfindən başlayan siyasi islahatların tərəfdarlarından,ilhamvericilərindən, dəstəkçilərindənbiri olmuşdur.

1987-ci ilseçkilərindəki mübarizədən də qalib çıxaraqüçüncü dəfə baş nazir postunda oturan «Dəmir ledi» ilk qadın baş nazirkimi Böyük Britaniyanın siyasi tarixinə adını yazdı. Həmin dövrlərdə belə birdeyim də yayıılmışdı: «Böyük Britaniya iki sərvətə malikdir –biri Marqaret Tetçer, digəri nefdir».Lakin bir qədər sonra onun siyasihəmkarları arsaında yaranan fikir ayrılığı konservatorların daxilində parçalanmaya gətirib çıxardı. Və bu prosesonun siyasi əleydarlarının daha da aktiv fəaliyyətə keçməsi üçün əlavə stimulyaratdı.

Bir zamanlar mətbuata– "mənheç vaxt baş nazir olmaqdan yorulmaram”– deyən xanım Hilda bütünbunların sonynda – üç ildən sonra istefaya getməyə məcbur qaldı. Baş nazirpostuna isə partiya lideri Con Meycer gəldi. Lakin buna baxmayaraq XX əsrinnəhəng siyasi fiqurlarından olan Marqaret Tetçer ideyaları tamamilə rəddedilmədi. Hətta indinin özündə də Tetçerizim ideyaları nəinki BöyükBritaniyada, hətta bütün dünyada öz təsirini saxayır.

                                          MARQARET TETÇERŞƏXSİYYƏTİ

ətrafında, ümumiyyətləbirmənalı fikirlər yoxdur. Dünyada, eləcə də Böuük Britaniya cəmiyyətindəonun haqqında təzadlı mühakimələrmövcuddur. Xanım Tetçerin – "cəmiyyət adında bir məhfum yoxdur” – kəlamını indidə qəzəblə xatırlayan bir çox solçular üçün o, eqoist, kapitalizmin rəmzi, birçoxları üçünsə "Dəmir Ledi”, ölkəsi, dünya siyasəti üçün əvəzsiz xidmətlərgöstərmiş bir lider hesab edilir. Onunqətiyyəti, siyasi jestləri uzun müddət nümunə göstəririb. Bundan başqa,Tetçerin bir şəxsiyyət kimi ziddiyyətli biri olduğunu söyləyənlər də var. Ammabütün rəylərə və söylənənlərə rəğmənMarqaret Tetçer uğurları, həyata keçirdiyi islahatları, hətta səhv hesab edilənaddımları ilə birlikdə dünyanın siyasət tarixində özünə daimi yer tutan böyüksiyasi fiqur və dövlət xadimlərindən biridir.

Yaşınavə səhhətinə görə, siyasətdən və ictimai fəaliyyətdən gedən xanım Tetçer siyasihəyatla əlaqədar memuarlar da yazmışdır. Həqiqətən də çoxlarından fərqli həyat yaşayan "Dəmir Ledi”nin yazdıqlarınınoxucular tərəfindən çox maraqla qarşılandığı da bildirilir. İnsanlar yeni-yenikitabların da yazılacağına ehtimal etsələr də son vaxtlar sağlığındakı ciddiproblemlər bu ehtimalları mümkünsüz göstərir. Məlumatlar var ki, hətta onuLondonun nüfuzlu xəstəxanalarından birinə yerləşdiriblər və keçmiş baş nazirüzərində intensiv müalicə aparılır…

P.S.Bir müddət sonra Marqaret Tetçerdünyasını dəyişdi.

[email protected]
babekyusifoglu.blogspot.com


TƏQVİM / ARXİV