adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

AYRI-SEÇKİLİYİN GÖRÜNMƏMİŞ ÜZÜ…

BABƏK YUSİFOĞLU
48414 | 2015-01-15 09:56

Bu gün deməkolar ki, bütün dünyanın diqqəti Parisdəki qanlı terror hadisələri ilə əlaqədardavam edən proseslərə, yeniliklərə yönəlib. Milyonlarla insan Fransanın paytaxt küçələrinə çıxaraq ölənləriyad edir, terroru lənətləyirlər. Müxtəlif ölkələrdən gələn mənəvi dəstəkçağırışları, həmrəylik missiyaları bitməkbilmir. Və belə demək mümkünsə, bütün dünya ictimaiyyəti haqlı olaraq insanlığadüşmən kəsilmiş terrorizmə qarşı birlik və bərabərlik nümayiş etdirirlər. Əlbəttə,Fransaya getməsək də biz də bu cür qəddar aktlara etirazımızı bildiririk.Düşünürəm ki, insanlar kimlərinsə qərarıylabu şəkildə qətl edilə bilməzlər. Bu cür əməllər Tanrı dərgahında daböyük günah sayılır...

Doğrusu çoxyaxşı olardı ki, Qərb bu hadisələriinsanlıq faciəsindən çıxarıb siyasiləşdirməyəydilər. Bu hadisədən sui-istifadəedib ümumilikdə müsəlmanlara düşmən gözü ilə baxmayaydılar. Onsuz da dünyadagetdikcə böyüyən islamafobiyanı daha gərgin səviyyəyə qaldırmayaydılar.Maraqlıdır, bu hadisə ilə bağlı cərəyan edən hadisələri azacıq diqqətlə izləməkkifayətdir ki, siyasilərin, qərbli bosların necə aktyorcasına rola girib siyasidividend qazanmağa çalışdıqlarını görəsən və edəcəyin başqa bir şey olmadığıüçün onlara - "lənət olsun sizinyalançı kədərinizə" - deyəsən.

Bu gün dinlərarasısülhün daha çox qorunacağına ehtiyac olduğuna baxmayaraq bir çoxları yeni ədavəttoxumlarını səpməklə, vəziyyəti daha da gərginləşdirməklə məşğuldurlar. Bunlarazmış kimi İslamın müqəddəs peyğəmbərinin karikaturalarını təzədən yaymağabaşlayıblar. Allahın dininə küfr edənlərə meydan verilib. Və bu varlıqlar qəhrəmancasına bildirirlər ki, onlar heç kimdənqorxmurlar. Amma yüzmilyonlarla insanın müqəddəs bildiyi, iman gətirdiyi Məhəmməd peyğəmbəri təhqir etmək, müqəddəsQuranı yandırmaq qəhrəmanlıq yox, rəzillik, alçaqlıq, dəyyusluqdur. İslamıterrorla yanaşı tutanlara məsləhət görürəm ki, açsınlar bütün tarix kitablarınıbir də baxsınlar. Orada göndərilən müqəddəskitablardan heç birinə, yaxud həzrəti İsaya, Həzrəti Musaya həqarətdə bulunanbir müsəlmana da rast gələ bilməzlər. Elə isə niyə Qərbin bərk gedən o liderləribu cür qanlı olayların səbəblərini aradan qaldırmaq haqqında düşünmürlər? Yoxsabütün bunlar onlar üçün daha çox sərfəlidir?!.

Dünya liderləriterrora qarşı indi gücləri yetdiyi qədər bağırır, onun bir insalıq suçuolduğundan bəhs edirlər. Lakin çox qəribə görünür, Xocalıda qadınları,qocaları, uşaqları, bir sözlə köməksiz və günahsiz insanları kütləvi şəkildə qətləyetirən erməni vandallarını indiyədək fransızlar, elə "Charlie Hebdo"jurnalı niyə bircə dəfə də terrorçu adlandırmayıb?! Hollandiyada müsəlmanların qovulması təklifiilə çıxış edən alçaq bir dövlət məmuruna niyə kimsə etirazını bildirmir?İsrailin fələstinlilərə yönəlik qadağan olunmuş silahlar işlətməsinə qarşı oüzü pudralı Fransua Olland niyə bircə dəfə də cınqırını çıxarmayıb?

Qarabağda,İraqda, Əfqanıstanda, Liviyada, Uyğur torpaqlarında, Çeçenistanda,Kıprızda... törədilən qırğınların, onminlərlə adamın qətl olunmasının hamısı yüksək, özü də çox yüksək səviyyəliterrorizm deyilmi? Yoxsa avropalılara görə terroristin üzü mütləq maskalıolmalıdırmı? Yaxud, öldürülənlər müsəlmandırsa belə qanlı Aktlar terroradlandırılmır?! Guya Serj Sərkisyanınterrorçuluğundan xəbəriniz yoxdur?Fransua Olland Yerevana gələndə bu erməni terroristini qucaqlayıb bağrınabasdığını ki, hamı görüb...

Qərbin aktyorliderləri, vicdan deyilən şeydən sizdə nə varsa əlinizi onun üzərinə qoyub söyləyin,ən çox terrora qurban gedənlər müsəlmanlar deyilmi?! Niyə indi yalnız özünüzüterrorun qurbanı olan tərəfə, müsəlmanları isəterrorçular sırasına qoyursunuz?! BuJÜRİ haqqını kimdən almısınız? Tanrının dininə niyə dil və əluzadırsınız?!

Siz, Qərb liderləri, əgər özünüzə haqqın yanındaolan bir Allah bəndəsi kimibaxırsınızsa, günahsız türk insanlarını illərlə qətlə yetirən PKK-ya silah göndərənlərinkimlər, haralar olduqlarınıaçıqlayın. Türk diplomatlarının,aydınlarının qətl maşınına çevrilən erməniterror təşkilatlarının - "ASALA", "ARA", "CSAQ","NAS"nı... himayə edənlər haqda məxfi məlumatları dünya ictimaiyyətinəbildirin. Hansı dövlətlərdən yardım aldıqlarını söyləyin, sonra görək Parisdəki tədbirlərdə danışa biləcəksinizmi?!

Hansı müqəddəsKitabdan, hansı təlimdən öyrənmisiniz ki, terrorçunun dini, milliyyəti var?Birmənalı olaraq barış, humanizm, bərabərlik, xeyirxahlıq, sevgi, insana dərinhörmət, mərhəmət... dini olan İslamıhansı məntiqlə terrorçu yetişdirməklə suçlaya bilirsiniz?! Mütləq dönüb birözünüzə baxın. Terroru doğrudan da yox etmək istəyirsinizsə, öncə onu yaradabiləcək, rəvac verəcək səbəbləri aradan qaldırın.

Və heç vaxtunutmayın, Tanrının göndərdiyi Kitaba, onun Peyğəmbərinə qarşı çıxmağa sizin vəheç kimsənin gücü yetməz!!!


[email protected]

babekyusifoglu.blogspot.com


TƏQVİM / ARXİV