OBAMA ALLAHIN BAYISSI OĞLU DEYİL

AQİL ABBAS
339172 | 2015-01-14 16:00

Qarabağda «bacısı» demirlər, «bayıssı» deyirlər və bu bir qədər dələzzətli səslənir, ona görə elə yazdım. Mənim həddim deyil ki, dünyanın supergücü, bir nömrəli «vor zakonu» olan bir dövlətin prezidenti haqqında nə isəxoşagəlməz bir söz işlədim və ya yazı yazım. Evi-eşiyi yandırılmış, məcburiköçkün adamam. Adamı günün-gunorta çağıelə oğurlayarlar ki, İndoneziyada itən təyyarə kimi illərlə bir səs-sorağını tapa bilməzlər. Ya da ABŞ-ınburdakı qulbeçələri öz saytlarında və ya sosial şəbəkələrdə adamın gününü göyəskiyə elə bükərlər ki, adın da yadından çıxar.

Ötənlərdə belə bir yazı yazmışdım: «Allah, məni Obamanın pişiyi elə».Obamanın pişiyi haqqında bir verilişə baxmışdım və görmüşdüm ki, pişiyi elə Obama kimi yaşayır. Mən də bunuyazmışdım, amma qarğa-quzğun kimi məni daladılar. Nə isə…

Bir məsələyə toxunmaq istəyirəm. «Azərbaycan» qəzetində Obama haqqındabir yazı gedib. Baxıram, yazıblar: «Şok, şok, şok! Dövlət qəzeti Obamanı tənqidelədi». Və sosial şəbəkələrdə də bu yazıya görə «Azərbaycan» qəzetini sökürlər. Bilmirəm bunlar kimin əmisioğlanlarıdırlar.

İki əmioğlu meşədə gedirlər. Qabaqlarına bir ayı çıxır. Əmioğlanlarındanbiri ayı ilə savaşa qalxır. Və süpürləşə-süpürləşə də çığırır ki, ayə,əlindəki çomaqla ayını vur. O dafırlayır vurur, dəyir əmisi oğluna. Fırlayır vurur, dəyir əmisi oğluna,fırlayır vurur, dəyir əmisi oğluna.

Əmisi oğlu yazıq-yazıq çığırır:

- Ə, bilmirəm sən mənim əmim oğlumsan, yoxsa ayının?

İndi bəzi qələm sahiblərininkimin əmisi oğlu olmaları adamı çaşdırır. Artıq xeyli müddətdir ki,ABŞ-ın və Avropanın öndə gedən qəzetləri Azərbaycanı, xüsusilə də Azərbaycanprezidentini hədəfə götürüblər. Aşağılayıcı materiallar dərc edirlər. Burdaerməni faktoru da var, amma əsas budeyil. Azərbaycanın sürətli inkişafı, Azərbaycan prezidentinin müstəqil siyasətyürütməsi təbii ki, hamıya yuxarıdan aşağıya baxan dövlətlərə sərf etmir.Azərbaycan dövlətinin və onun prezidentimöhtərəm İlham Əliyevin bütün təzyiqlər önündə dimdik durmasını, sözününsahibi olmasını, ölkəni regionda lider dövlətəçevirməsini sınıra bilmirlər, biraz loru dildə desək, yeyə bilmirlər. Ona görə də əllərində olan mətbuat vasitələri ilə Azərbaycana və onun prezidentinə qarşı ağızlarına gələnideyirlər, nə bilim 10-15 nəfəri yığıbkonfranslar keçirirlər, guya insan haqlarınımüdafiə edirlər və sair və ilaxır, it gəldi çarıx apardı.

Və təbii ki, öz dövlətini sevən, Prezidentini sevən, dövlətçiliyinisevən insanlar da, qələm sahibləri də bunabiganə qala bilmir, ürəklərindəki sözləri deyirlər və yazırlar.

Deməli, Amerikanın «Nyu-York tayms « qəzeti bizim möhtərəm prezidentiaşağılaya, təhqir edə bilər, amma biz susmalıyıq. Nöşün ki, o ABŞ-dı, o hərşeyə «pozvolyat» eləyə bilər.

«Azərbaycan» qəzetinə onu irad tuturlar ki, ABŞ-da bunu müstəqil qəzet yazıb,bizdə isə ona dövlət qəzeti cavab verib. Əvvəla, dünyada bulvarqəzetlərindən başqa müstəqil qəzetləryoxdur. Hər bir qəzet kiməsə, hansı qurumasa qulluq eləyir. Xüsusilə də«Nyu-York tayms» kimi qəzetlər, ya olsun «Vaşinqton post», ya olsun «Londontayms» nə isə, at ilxısı, köpək sürüsü, dövlət nəzarətindədir. Bunu Əfqanıstanda və İraqda ABŞ-ınişğalı zamanı gördük. İkincisi də, bir dövlətqəzeti dövlətinin mənafeyini, dövlət başçısının mənafeyini müdafiəetmirsə, o niyə dövlət qəzeti adlandırılmalıdır ki? Yəni «Azərbaycan»qəzeti öz vəzifə və vicdan borcunuyerinə yetirib. Buna görə «Azərbaycan» qəzetini qınayanların hansı məzhəbə qulluq elədiyini sübut eləməyəehtiyac yoxdur.

GələkObamanın ikiüzlülüyünə. Bunu qorxa-qorxa yazıram, səbəbini yuxarıdaaçıqlamışam.

«Azadlıqradiosu» məsələsinə, bu ABŞ-ı çilədən çıxarıb. Deməli, bunların radioları çoxqiymətlidi, qəzetləri çox qiymətlidi, bizimki yox. ABŞ ATƏT-in həmsədrlərindənbiridir, 22 ildi deyəsən Qarabağı abıra salmaq istəyir, guya. Xatırlatmaqistəyirəm ki, Ermənistan Azərbaycanın 14 qəzeti redaksiyasını, 14 radioredaksiyasını və 1 televiziya kanalını müvəqqəti dayandırmayıb ey, darmadağınedib. Orda çalışanların da hamısınıgüllələyib. Onların sayı da Parisdəki oadı yadımdan çıxan jurnalda terror qurbanı olan 12 nəfər qədər deyil, 500-dənartıqdı.

Bütün terroru qınayırıq, o cümlədənParisdə olan terroru da. Terroru törədənlər də Fransa vətəndaşlarıdılar.İkincisi də ki həmin terrorçuların özündənrazı dövlətlərin hansının gizliservisinə qulluq elədiyini biz unasaq da, özləri çox gözəl bilir.

Dünyanın ən böyük terror təşkilatı olan «Əl-Kaidə»nin də ABŞ-ınyaratdığını sübut eləməyə ehtiyac yoxdur, bu aksiomadı. Bin Ladeni də mənimdoğulduğum Ağcabədinin Bayat kəndində yetişdirməmişdilər, ABŞ-dayetişdirmişdilər.

Necə olur ki, Əfqanıstanı işğal edəndə, İraqı işğal edəndə, Liviyanıitin gününə salanda, Suriyanı dəli inəkbalasını çığnayan kimi çığnayanda vəsair və ilaxır məsələləri, problemlərisülh yolu ilə çözmək ABŞ-ın ağlına gəlmir, amma Qarabağ məsələsi ortayaçıxanda deyir bu yalnız dinc yolla həll oolunmalıdır, sülh yolu ilə həll olunmalıdır.Və 1 milyon 200 min adam 22 ildi bütün insanlıq hüquqları tapdanaraq özvətənində didərgin yaşayır. Bunların hüquqları ABŞ-ı maraqlandırmır, hansısaQHT-lərdə çalışanların hüquqları ABŞ-ı çilədən çıxarır.

Qısası, Obama Allahın bayıssı oğlu deyil. Barak Hüseynin oğludu,dayısının da adını bilmirəm. Heç öz dayılarımın adı yadımdan çıxıb, onda kiObamanınkı olsun. Onu tənqid də eləmək olar, hələ bir az da o yana keçmək olar.

Qulam Məmmədli bir rayonda ateizmdən mühazirə oxuyurmuş. Rəhmətliyin öz dilindən eşitmişəm. Mühazirəni bitirəndən sonra zala üzünü tutub deyir ki, kimin sualı var?

Bir cavan qalxır ayağa, deyir:

- Kimə arxalanıb deyirsən ki, Allah yoxdu?

Qulam Məmmədli:

- İki yüz otuz milyonluq Sovet xalqına.

Cavan zala baxıb deyir:

- Sən iki yüz otuz milyonluq Sovet xalqına arxalanıb deyirsən Allahyoxdur, bu zaldan dördcə nəfər qalxıb dayansın mənim arxamda, səningözlərini çıxarıdıb ovcuna qoyum ki,Allah var.

İndi arxamda dördcə nəfər dursa,çox şey yaza bilərəm ey! Yoxsa, Vaqif Cəbrayılzadə demiş:

Bir də baxıb görürsən ki,

Bir boynu yoğun,

bir yekə qarın

Ətli sifətində bir şillə yeri

Durub gözləyir səni.

Amma bir boynu yoğun,

Bir yekə qarın döymək

Mənə bir az çətindi

Bir şilləlik canım var

Ax zalım dostlar,

Zalım qardaşlar!


TƏQVİM / ARXİV