adalet.az header logo
  • Bakı 20°C
13 Yanvar 2015 14:52
109144
MODA
A- A+

Zeytun yağı ilə 5 gözəllik üsulu

Zeytun yağının necə faydalı olduğunu, güman ki, bilirsiniz. Onun kosmetik əhəmiyyətli olması da məlumunuzdur. Aşağıdakı maskaları da siyahınıza əlavə etsəniz, özünüzü  gözəl, təravətli, gənc dəri ilə təmin etmiş olarsınız.

1. Əgər dəriniz qıcıqlanırsa, çox həssasdırsa, zeytun yağını qızdırıb 20-30 dəqiqə üzü masaj edə bilərsiniz. Daha çox quru dərili xanımlar, lap elə bəylər də bundan yararlana bilərlər. Həftədə iki dəfə edilən bu masaj üzdəki "lənətəgəlmiş” xırda qırışların da tədricən hamarlanmasına yardım edər.

2. Quru və normal dərilər üçün meyvə qarışığı püresi hazırlayıb 1 xörək qaşığı da zeytun yağı əlavə edin. Qarışığı 15 dəqiqə üzdə saxlayıb, ilıq su ilə yuyun. Meyvə olaraq banan, xurma, yemiş seçə bilərsiniz. Bu qarışığı tərəvəzlə də hazırlamaq mümkündür. Bunun üçün sizə kartof, kök, bibər, kələm lazım olacaq.

3. Üz dərisini yumşaltmaq üçün 1 x. qaşığı kəsmiyi, 2 x. qaşığı zeytun yağı ilə qarışdırın. 20 dəqiqədən sonra isti su ilə yuyun. Yumşaqlıqla bərabər dərini həm də nəmləndirmək istəyirsinizsə, kütləyə 1 çay qaşığı bal da əlavə edin.

4.  Növbəti maska isə cavanlıq eleksiri adlanır: 2 x. qaşığı zeytun yağı ilə eyni miqdarda kosmetik gili krem şəklinə düşənə qədər qarışdırın. 15 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.  

5. Dərini ağartmaq üçün süd, zeytun yağı, yağsız kəsmik və kök şirəsini eyni miqdarda (1 x. qaşığı)  götürüb qarışdırın. 15 dəqiqə sonra üzü yuyub təmizləyin. Bundan sonra bir parça buzu üzünüzdə gəzdirin. Sonra da mənə sağ ol deyin!