adalet.az header logo
  • Bakı 11°C
12 Yanvar 2015 10:11
26392
AVTOMABİL
A- A+

Dairəvi yolda sürət həddi dəyişdi - Sürücülərin nəzərinə

Bakı dairəvi yolunda sürət həddi dəyişdirilib.

"APA-Economics”in məlumatına görə, Bakı dairəvi yolunun 2-ci kilometrliyində quraşdırılan elektron tabloda sürət həddi sağ və orta yol üçün 60 km/saat, sol yol üçün isə 80 km/saat göstərilib.

Məlumat üçün bildirək ki, bundan öncə adıçəkilən avtomobil yolunda sürət həddi sağ və orta yol üçün 90 km/saat, sol yol üçün isə 110 km/saat olub.

Maraqlıdır ki, Bakı dairəvi yolunun girişində "Avtomagistral” yol nişanı quraşdırılıb. Bu nişan yolda maksimal sürət həddini 110 km/saat həddində müəyyənləşdirir.

Ehtimal olunur ki, adıçəkilən yolda sürət həddi ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar azaldılıb.

Məsələ ilə bağlı müraciət etdiyimiz Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən bildirilib ki, bununla bağlı az sonra açıqlama veriləcək.