... Hamı özünü güclü və qüvvətli hiss eləyir. Düşünür ki, onun əlindən hər iş gəlir və istədiyinə çox asanlıqla nail ola bilər. Fikirləşəndə əlbəttə, belələri hansı yolla istəsələr ürəklərində gəzdirdikləri istəklərə qovuşa bilirlər; təki məqsədlərinə çatsınlar...
Məqsədə çatmaq və istəyə qovuşmaq üçün hər cür yolu seçənlər var. Bayaq dediyimiz kimi, təki ürəyindən keçənləri həyatda tapa bilsin. Amma dərindən düşünəndə burda da bir balaca qaranlıq və məlum olmayan mətləblər var. O mətləblər ki, insan sonradan onu anlayır, başa düşür və fikirləşir ki, arzusuna çatmaq üçün gərək bu addımı atmayaydı...
Artıq bax onda hər şey gec olur. Altmışı, ya yetmişi haqlayırsan, geri baxıb görürsən ki, məqsədinə çatmaq üçün nə qədər günahlara batmısan. Nə qədər haram tikə yemisən və nə qədər insanlara zülm eləmisən. Bax onda özün özünə hesabat verirsən: mən çox haqsızam və mən çox insanların haqqını yemişəm. Viktor Hüqo deyib ki, vicdan insanın Allahıdır, amma hər adamda vicdan oyanmır. Və olmayan vicdan heç vaxt baş qaldıra bilməz. O adamlarda vicdan oyanır ki, onlar Allahı tanıyır və Allahdan qorxurlar. Özlərinin də nöqsanlarını görməyi bacarırlar. Belə insanlara eşq olsun deyirik!
Ən azından ona görə ki, onlar içərisindəki qara qüvvələrlə - iblislə, şeytanla mübarizə aparmağı, döyüşməyi və sonda onu susdurmağı bacarırlar. Təbii ki, belə insanlar çoxları tərəfindən hörmətlə qarşılanır və onlara kimliyindən asılı olmayaraq çoxları sayğı göstərirlər.
Tanıdığım bir kişi vardı. Hardasa 80 il yaşamışdı, amma bu 80 ildə onun dilinə heç vaxt yalan bir söz gəlməmişdi və o kişi heç vaxt qarışqanı belə tapdayıb keçməmişdi. Bizdən əvvəl onu tanıyan böyüklərimiz isə deyirdilər ki, Əliş kişini nə Şura hökuməti sındıra bildi, nə də ki varlı adamlar. Həmişə kiminsə nöqsanını kişi kimi şax üzünə dedi. Heç kimin hədə-qorxusundan, hərbə-zorbasından çəkinmədi.
Bir dəfə müharibə dövründə aclıq zamanı səkkiz ailə üzvlərini dolandırmaqda çəkinlik çəkir Əliş kişi. Kolxoz sədri də deyir ki, Əliş kişi, sən bir balaca mövqeyini dəyiş, bu axşam sizə 1 ton taxıl göndərəcəm. Aparıb dəyirmanda üyüdərsən, uşaqları aclıqdan çıxararsan. Əliş kişi əvvəldən axıra qədər kolxoz sədrini dinləyir və sonra da deyir:
- Elə bil sən çaşmısan, mənimlə yetim İsrafili səhv salmısan. Mən heç vaxt haram çörək və haram tikə yeməmişəm. Balalarıma da belə çörəyi yedizdirmərəm. İndi sən mənə taxıl verəcəksən deyin mən durub Şura hökumətini və eləcə də sənin kimi boynuyoğunu tərifləməliyəm? Acından ölərəm, bu addımı atmaram.
... Kolxoz sədri bir söz demir və ata minib gözdən itir. Əliş kişi heç nə olmayıbmış kimi evinə qayıdır və balalarını başına yığıb çətinliklə də olsa göydən, köməcdən, tərə-türədən yığaraq aclıqdan çıxırlar. Yenə pislik həmin kolxoz sədrinə qalır...
Bu cür kişiləri heç vaxt sındırmaq və əymək mümkün olmayıb. Elə bu gün də bizim kənddə Əliş kişi kimi sınmayan və əyilməyən adamlar var. Və o adamlar nə kiməsə yaltaqlanıblar, nə də kiminsə quşunu götürüblər. O adamlar hər cür çətinliyə, pulsuzluğa, çörəksizliyə dözüblər və mənliklərini, qürurlarını qoruyub saxlaya biliblər.
Yazımızın əvvəlində dedik axı. Adam var var-dövlət üçün min sifətə və min hala düşür. Elə ki məqsədinə çatır, imkanları böyüyür və onda rahatlanır. Belələrinin çoxu digərləri tərəfindən sındırılır, əyilir və sonda da gözükölgəli olurlar. Gözükölgəli adam üçün isə qürur və mənlikdən danışmağa dəyməz. Heç kim deyə bilməz ki, qürurlu, əyilməz və vüqarlı insanlar kasıb adamlardır. Bu adamlar dünyanın ən varlı, ən zəngin və ən səxavətli, mərd insanlarıdır. O insanlar ki, halallığı, təmizliyi, saflığı və kişiliyi hər şeydən üstün tutublar, o insanlar ki, ac qalıblar, susuz qalıblar, uçulub-sökülən evlərdə yaşayıblar, ancaq kimlərinsə qarşısında boyun əyməyiblər və sınmayıblar.
Bu yazını qələmə alanda Xalq şairi Zəlimxan Yaqubun "Əyilməz" şeiri yadımıza düşdü. Elə o şeiri də son olaraq olduğu kimi hörmətli oxucularımızın diqqətinə çatdırırıq:
Öz eşqi var, hər ucalan zirvənin,
Dağa təpə deyilməz ki, deyilməz.
Şimşəklərin pəncəsində didilməz,
Sel ağzında yeyilməz ki, yeyilməz.
Diri var ki, tez bükəsən ağlara,
Ölü var ki, dayaq olub sağlara.
Qarğaları qaldırarsan dağlara,
Qartal kimi öyülməz ki, öyülməz.
Hər ucalıq bir alçağa dərd olar,
Üzdə gülər, ürəyində pərt olar.
Ömrü boyu mətin olar, mərd olar,
Sərt qayalar əyilməz ki, əylilməz!