Yuxudan diksinib oyandı. Otaq zülmət içərisində idi. Nə qədər göz gəzdirsə də ətrafında heç kimi görmədi. Hətta bir az ehtiyatla əlini yatağının böyür-başına da çəkdi. Və ona elə gəldi ki, kimsə indicə yanından durub gedib. Çünki yatağın divar tərəf küncü isti idi. Bədən istisi hopmuşdu yatağına. Amma indi bu yer boş idi. Heç nə anlaya bilmədi. Durub işığı yandırdı. Və əlini düyməyə toxunduranda yadına düşdü ki, o, işığı söndürməmişdi. Elə pal-paltarlı çarpayıya uzanmışdı. Bəs necə olub ki, işığı söndürüblər? Kim gəlibmiş, niyə xəbəri olmayıb?..
Bütün baş verənləri bir-bir xatırlamağa çalışdı. İşdən yarımçıq çıxmışdı. Özünü yaxşı hiss etmədiyindən otaq yoldaşına "mən getdim, soruşan olsa deyərsən halı yaxşı deyildi"- deyib xudahafizləşmişdi. Amma evə gəlməmişdi, həmişə getdiyi yerə, ondan ayrıldığı ünvana üz tutmuşdu. Yenə həmin çinarın dibində həmin xatirələrin qoynuna dalmışdı. Çinar dat danışmışdı, yarpaqlar da pıçıldaşmışdı. Sonuncu görüşünü, ayrılıq anını təkrar-təkrar yaşamışdı və beləcə yorulub haldan düşəndən sonra qoltuğunda bir "zavod" çörəyi, əlində bir kilo üzüm kirayə qaldığı ünvana gəlmişdi. Otağa keçib üzümü yumaq istəyirdi ki, ev sahibəsi qapını döydü. Və salamsız-kəlamsız şəhər ləhcəsi ilə demişdi:
- Həmişə gələn tələbə yoldaşın səni soruşdu. Nə vaxt gələcəyinlə maraqlandı. Bilmədim nə deyəm, çünki son vaxtlar nə vaxt gəlib-getdiyini heç mən də bilmirəm. Ona görə oğlan özü məni başa düşdü və dedi ki, qayıdıb gələcəm, məni gözləsin.
Başını tərpətməklə razılığını bildirdi. Onun bu lal-dinməzliyi ev sahibəsinin xoşuna gəlməsə də nə isə dodaqaltı mızıldanıb getdi. Daha iştahı da küsmüşdü. Eləcə üzümü-çörəyi stolun üstündə qoyub pal-paltarlı yatağa sərildi. Və yenə də xatirələr onu qoynuna aldıg
Fikir vermişdi ki, şəhərin görməli yerlərini gəzərkən həmişə qız maraqla bahalı restoranların pəncərələrinə tərəf boylanır. O da bu maraqdan istifadə edib dəfələrlə qızı həmin restoranlara dəvət etmişdi. Amma qız razı olmamışdı. Yəqin ki, güzəranı, imkanları nəzərə almışdı. Ona görə də xoş bir qılıqla oğlanın xətrinə dəymədən "sadəcə maraq xətrinə baxıram" -demişdi. Həmin gün yaxşı maaş almışdı. Yəni on üçüncü əmək haqqını da vermişdilər. Ona görə özünün dediyi kimi, "pul onu danışdırırdı". Və qəti qərara gəlmişdi ki, mütləq bu gün qızı həmin restoranların birinə aparacaq. Bu niyyətlə də görüş yerinə gəldi. İkisi də eyni anda çatdılar görüş yerinə. Salamlaşıb hal-xoş etməmiş yaxından keçən taksini saxlatdı. Qıza:
- Sənə sürprizim var, otur, getdik- demişdi. Və taksi sürücüsündən şəhərin mərkəzinə sürməyi xahiş etmişdi. Bu da şəhərin mərkəzi. Qız qalasının arxasındakı məşhur restoran. Qız elə bildi ki, qalaya çıxacaqlar, dəfələrlə çıxmışdılar. Ona görə də təəccüblə oğlanın üzünə baxmışdı. Burda sürprizlik heç nə yox idi.
Oğlan onun qoluna girdi. Gedək "Karvansara"ya. Qız tərəddüd etdi. Və sonra "nə münasibətlə" dedi. "Orada bilərsən"- deyə oğlan cavab verdi. Qız çəkinə-çəkinə onunla yanaşı addımladı. Onları xidmətçilər qapıda qarşılayıb ehtiramla içəri dəvət etdilər. Yer göstərdilər. Küncdəki boş masaların birinin arxasında əyləşdilər. Sonra şirindil, gülərüz bir oğlan onlara yaxınlaşdı:
-Xoş gəlmisiniz, sifarişiniz nə olacaq?- dedi.
Qız hələ də təəccüb içində idi. Oğlan bu təəccübdən xüsusi bir ləzzət aldı. İçindən isti bir rahatlıq, qayğısızlıq ötüb keçdi. Ərklə:
- Nə yemək istərdin?- deyə qızdan soruşdu.
Qız bir an dayandı, hər şeyin reallıq olduğuna inanırmış kimi üzünün şirin təbəssümü ilə mən göbələk yemək istəyirəm - dedi.
Oğlan göbələk, balıq kababı və basdırma sifariş elədi. Şirələr və soyuq yeməklər də onun kimi. Xidmətçi yeməkləri gətirənə kimi danışmadılar. Oğlan hiss edirdi ki, qız ondan bu sürprizin səbəbini öyrənmək istəyir. O da sevgilisini bir az da maraq içərisində qoymaq üçün heç nə olmamış kimi susub yalnız onun gözlərinə baxırdı. Nəhayət, yeməklər gəldi və:
- Buyur, əzizim- deyə oğlan dilləndi - nuş olsun. Əgər xatirindədirsə mən sənə bahalı bir restoranda qonaqlıq vəd vermişdim. Bu gün on üçüncü əmək haqqımı aldım və həmin sözümə də əməl edirəm.
Qızın sanki çiyinlərindən bir yük götürüldü. İndi iştahla, həm də danışıb-gülməklə bu şirin nemətlər dadmaq olar. Çünki o, oğlanın qayğılarından xəbərdar idi. Ona görə də əlavə xərclərinə heç vaxt imkan vermirdi.
g Elə bu xatirələrin qoynunda da yuxuya getmişdi. Paltarını soyunmadan, işığısa söndürmədən. Yuxudan oyanmasının səbəbi də qulağına gələn səs olmuşdu. Yuxuda elə bilmişdi ki, sevgilisi onu çağırır, qapını açmasını istəyir. Məhz həmin səs də onu yuxudan ayıltmışdı. Bəs onda işığı kim söndürmüşdü, yanında kim uzanmışdı?.. Bu suallar indi onu girinc etmişdi və elə bu vaxt gözünə stolun üstündəki əl boyda kağız satışdı. Tələbə dostu yazmışdı:
- Gəldim, səni Məcnun günündə gördüm, yanında uzanıb nə qədər danışdırmağa çalışsam da ayılmadın. Sabah məni axtar. Hələlik.
İndi ona hər şey məlum idig
P.S. Bütün bunları birlikdə xatırladılar. Təkcə kirayənişin yaşadığı mənzildə keçirdiyi anlardan başqa hər şey qıza bəlli idi. Onları da özü danışdı. Qız dolmuş gözləri ilə onu süzdü. Yavaşca əlindən tutdu:
- Biz özümüzə çox zülmlər etmişik. Gərək belə olmayaydı. Artıq keçib, hər şey dünəndə qalıb - dedi.