adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

PAYIZA NƏ QALDI?...

VAHİD ƏLİFOĞLU
36009 | 2008-11-01 01:07
... Bu yay da heç nə ilə yadda qalmadı. Bircə cəhənnəmin varlığını isbat edən istilərindən başqa... Həmsöhbət olduğun hər kəsin iki gileyindən biri istilərdi... Hamı, uşaq da, ahıl da yayın tez keçib getməsini istəyir. Guya bu yayın bizim ömrümüzə, günümüzə qətiyyən dəxli yoxdu... Sabah payızda belə olacaq... Yay gəlsəydi dərimiz qızarardı...
   
   
   
   ... Çölü qızar mış içi gömgöy pomidorlar, yurd əskisinə oxşayan yemişlər, kəsəndə "ağzının, burnunun" suyu bir yerə yığılmayan qarpızlar... Bum əm ləkətdə nə qədər "silitr" olarmış...
   
   
   
   ... oxudum ki, Fransanın prezidentinin arvadı planetin kişi cinsinə aid olan canlılarının az qala yarısı ilə gəzib... Deyirəm pulun ola özünü verəsən Fransaya... Fani dünyadı də... Otur yerində, Vahid müəllim. Sən hara, Fransa hara? Səni anan Qarabağda doğdu ki, İran xurmasından, Ərəbistan düyüsündən "hörüb" Allahın günün görəsən çadırda, Haramıda...
   
   
   
   ... 195

TƏQVİM / ARXİV