adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Nadanlıq

ORXAN MUXTARLI
21533 | 2015-01-08 01:53


Regionda son zamanlar gedən hadisələrdən hamı xəbərdardı. Hər gün qurbanlıq qoyun kimi başların "Allahu Əkbər" deyə kəsilməsi, qadınların "sex cihadı", kütləvi şəkildə edamlar və s. Bir sözlə insanlığın susduğu məqam və məkan. Düşünürəm onlar müsəlmandılarmı?! Bəlkə də hə, bəlkə də yox, nə bilim...
Onu Tanrı bilir. Onların dünyəvi düşüncələri ilə işim olmayacaq, sadəcə internet-informasiya dövründə belə arxaik yanaşma, qanun-qaydaya uyanlar niyə belə çoxdur. Əgər qan tökmə Tanrının yolu idisə niyə Peyğəmbər Məkkəni tutanda bu yolla getmədi. Yazıb-oxuyana azadlıq verdi, əsirlərə alçaldıcı davranmağı qadağan etdi. Onda əstəğfürullah, Peyğəmbər belə çıxır ki, müsəlman deyildi? Tövbə, məncə belə deyil, amma ki, indiki baş verənlərə baxdıqda bunu görürəm. Çünki Məhəmmədin yolunu gedənlər, Məhhəmmədlə savaşan, ciyər yeyən qadından daha qədardırlar.
Bu hadisələrə dini nöqteyi-nəzərən, elmi-fəlsəfi nöqteyi-nəzərən, siyasi-iqtisadi nöqteyi-nəzərən yanaşmaq olar, amma ki, sonuc eyni, şahmat taxtasının arxasında oturanlar bizlər deyilik, hətta ki, bizim dostlar deyillər. Nə bilim tarixə baxdıqda həmin Yaxın Şərq ölkələri idi ki, həmin baş kəsmək, həmin pulemyotlarla osmanlı əsgərlərini gülləbaran edərək müsəlmanın qanını tökdülər. Böyük oyunda yenə özlərini qurban etdilər, hansı ki, bu qurbanlıq quzular neçənci nəsildir ki, çobanlar tərəfindən tələf edilir. Məsələyə ilkin olaraq fəlsəfi yanaşmaq istərdim. Bildiyiniz kimi, Fransada burja inqilabı olandan sonra, qoca Avropa "Qərbi Roma" imperiyası dağılandan sonra hakim olan orta əsrlər dini yanaşmadan uzaqlaşmağa başladı.
Elm mərkəzləri açıldı, ölkələr inkişaf etdi. Dünya mənəvi dünyadan fiziki dünyaya qədəm qoydu. Fərq üçün bir misal gətirim. Əvvəllər bütün elm, dünya görüşü dinə tabe idi və dini dünya görüş əsas həqiqət olaraq qəbul edilirdi. İndiki dönəmdə Dünya görüşü fərqli qurulub. Məsələn, elm+fəlsəfə+din+səmavi dinlər+müsəlmanlıq+şərti bir təriqət. Yəni din düsturlaşaraq elm pilləsindən 4-5-ci sıralara düşdü və fiziki dünya görüşündə bir nömrəli yanaşma elmin təstiq etdiyi yanaşmadı. Xaricdə oxuyan tələbələr sözümü təsdiq edər ki, Avropanın hər hansı təhsil müəssisəsində təhsil alıblarsa, fəlsəfənin özül təməli bu düsturyanı fəlsəfədə dünya görüşünün formalaşması növbəti mərhələlərə bölünür. Mifik+antik+orta əsrlər+elmi. Elmi isə dövrünün ölkələrin milli maraqlarına görə formalaşan cərəyanlar marksizim, madernizim, posmadernizim. Burda Fransa, alman fəlsəfi məktəblərini xüsusi ayırmaq lazımdır. Bu misalı gətirməyim ondan ibarətdir ki, dünyanın ağası sayılan ölkələrin dünya görüşü belə formalaşır. Gələk şərq ölkələrinə. Mən sözün düzü marksizm kimi güclü fəlsəfi dünya görüşü qoyan hər hansı alim tanımıram. Əksinə, dini alimlər maşallah nə qədər istəsən, siyahı yazmaqla bitmir.
Çox maraqlı fakt ortaya çıxır. O qədər uzaqlıqda olmayan Avropa sabit inkişafını yaşayan ölkə və yüksək sosial təminatına yiyələnən Avropa vətəndaşı bir tərəfdən, mühariblərlə uğraşan Yaxın Şərq ölkələri (hansı ki , indiyənəcən xammal ölkəsindən məhsul ixrac edən ölkəyə hədə çevrilə bilməyib) və yaşamaq uğrunda hər gün mücadilə aparan vətəndaşlar. Bu dünya görüşlərin formalaşması ilə kütlələrin tələblərini nəzərə alaq Avropada indiyənəcən mitinqlərdə sosial tələblər üzərində qurulan nümayişlər üstünlük təşkil edib. Şərq ölkələrinin birində olan mitinqlərin tələblərinə baxaq. Sosial təminatla bağlı qaldırılan problemə yanaşma nə qədərdir. Ya da heç tələb olunubmu. Avropada tələblərin konkret ünvanı dövlət qurumu olduğu halda, şərqdə tələblərin ünvanı konkret dövlət qurumunun yerinə rejim və toplunun müəyyən hissəsidir. Keçək indi siyasi-iqtisadi maraqlara. Bir tərəfdən Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, Misir, ABŞ təmayüllü ölkələr, bir tərəfdən Suriya, İran, Livan, Rusiya təmayüllü ölkələr. Fikir verin , "təmayüllü" ölkələr. Vəhhabiliyi ixrac edən Səudiyyə Ərəbistanı, şiyəliyi ixrac edən İran, amma ixrac nə olursa olsun səhmlər bu ABŞ və Rusiyanın əlindədir.
Osmanlı dağılanı və İranın çöküşündən sonra yaxın şərqin səhmləri də çoxdan qoca qərbin əlinə keçib və səhmdarların tələbləri əlbət ki, istehsala təsiri çox böyükdür. Nə isə, bu mənim dünya görüşüm, bəlkə səhv edərəm, bəlkə hardasa yox, bilməm, oxuyub fikirləşmək sizdən. Bəlkə də Peyğəmbər "İslamın açarı elmdədir" deyəndə bəlkə bu günləri öncədən gördüyü üçün vəsiyyət etmişdir. Nə bilim. Bilirəm ki, fəlsəfə xürahafatdan fərqli olaraq elmin bir qoludur. Dəyərli oxucular, məndən demək, sizdən düşünmək.
P.S. Dünən idmandaydım. İdman əsnasında iki gənc oğlanla dinlə bağlı söhbət etdik. Nə bilim şiyələrdə 3 yaşlı uşağa təcavuz məkrufdur, digəri dedi yox, vəhhabilərdə ailə üzvləri ilə münasibət məkrufdur, nədir, bir sözlə səyləmələr. Bir söz soruşdum, danışdığınızı hardan oxumusuz. Cavab çox sadə: "Eşitmişik". İkinci sualım: "Dəli yığıncağı" , "Ölülər"ə teatrda tamaşasına baxmısız. Yox, tövbə vaxtları yoxdur. Bunların səyləmələrinin səbəbini bildim. Nəyimi demişkən dünyada ən qorxduğum şey nadanlıqdır. Nə deyim sonda? Nəyimi babamızın sözü ilə desək Tanrı bizim milləti nadanlardan hifz eləsin.....

TƏQVİM / ARXİV