adalet.az header logo
  • Bakı 12°C
08 Yanvar 2015 10:45
22951
AVTOMABİL
A- A+

Şaxtalı havada bu yollardan az istifadə edin – Siyahı

Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı şəhərində qarlı, şaxtalı hava şəraitində nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yarada biləcək enişli-yoxuşlu küçə, prospekt və körpülərin siyahısını təqdim edib.

Adalet.az Oxu.Az-a istinadən xəbər verir ki, sürücülərə tövsiyə olunur ki, qarlı, şaxtalı hava şəraitini nəzərə alaraq sürücülər belə küçə, prospekt və körpülərdən mümkün qədər az istifadə etsinlər.

Qarlı, şaxtalı hava şəraitində nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yarada bilən enişli-yoxuşlu küçə, prospekt və körpülərin siyahısını təqdim edirik:

1. Gəncə prospekti (Nobel prospekti ilə kəsişmə);

2. İlqar Musayev küçəsi (Abbas Fətullayev küçəsi (Şir heykəli));

3. İlqar Musayev küçəsi (Babək prospekti ilə kəsişmə);

4. Salyan şossesi (Bibiheybət yolunun başlanğıcı (sərt döngə));

5. Badamdar şossesi (20-ci sahə istiqamətində);

6. Mehdi Hüseyn küçəsi (Bünyad Sərdarov küçəsindən Parlament prospektinə kimi);

7. Niyazi küçəsi ("Azneft” meydanı – İstiqlaliyyət küçəsi);

8. M.Müşfiq küçəsi (H.Cavid prospektindən Badamdar şossesi ilə kəsişməsinədək);

9. Koroğlu Rəhimov küçəsi (Xoyski küçəsindən Təbriz küçəsinədək);

10. Ayna Sultanova küçəsi (Mətbuat prospektindən Şərifzadə küçəsinədək);

11. Ə.Haqverdiyev küçəsi (İnşaatçılar küçəsindən Mətbuat prospektinədək);

12. Nazim Hikmət küçəsi ("Musabəyov” parkı ətrafı);

13. "Nərimanov” heykəlinin ətrafı;

14. Məhəmməd Xiyabani küçəsi (Yeni Yasamal);

15. Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi);

16. Müzəffər Həsənov küçəsi (20 Yanvar dairəsindən Şərifzadə küçəsinədək);

17. Hüseyn Seyidzadə küçəsi (4-cü mkr. dairəsindən yuxarı);

18. Moskva prospekti (Avtovağzalın yanı);

19. Ramiz Quliyev küçəsi (Nobel prospektindən X.Məmmədov küçəsinədək);

20. Neapol küçəsi ("Ukrayna” meydanından Neapol dairəsinədək);

21. Rüstəm Rüstəmov küçəsi (Qara Qarayev küçəsi ilə kəsişməsindən Sakit Qocayev küçəsi ilə kəsişməsinədək);

22. Azadlıq prospekti (Rəsulzadə qəsəbəsindən Ziya Bünyadov prospektinədək);

23. Azadlıq prospekti (Bakıxanov küçəsindən Füzuli küçəsinədək);

24. Rəşid Behbudov küçəsi (Füzuli küçəsindən Bakıxanov küçəsinədək);

25. Z.Əhmədbəyov küçəsi (S.Əsgərova küçəsindən Bakıxanov küçəsinədək);

26. Şövkət Məmmədova küçəsi ("Bolluq” bazarının qarşısı);

27. Binəqədi şossesi (Dövlət Miqrasiya Xidmətinin qarşısı);

28. Mir Cəlal küçəsi (9-cu mkr.);

29. Bünyad Sərdarov küçəsi;

30. Şeyx Şamil küçəsi;

31. İstiqlaliyyət küçəsi;

32. Teymur Elçin küçəsi (Nazirlər Kabinetinin qarşısı);

33. Firudin Ağayev küçəsi (BDU-nun qarşısı).

34. Bakı-Sumqayıt yolu (Xırdalan dairəsi);

35. Bakı-Sumqayıt yolu (Avtovağzalın yanı);

36. Bakı-Şamaxı yolu (Müşfiq dairəsi);

37. Moskva prospekti (Tbilisi küçəsindən - 20 yanvar dairəsinədək);

38. Alı Mustafayev küçəsi (Ceyhun Səlimov küçəsi 3-cü mkr. dairəsi);

39. Asif Məhərrəmov küçəsi (3-cü mkr. dairəsindən 20 Yanvar küçəsi istiqamətində);

40. A.Salamzadə küçəsi (Tbilisi prospektindən Yeni körpüyədək);

41. Abbasqulu Ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsinədək);

42. Ziya Bünyadov prospekti (Rəcəbli küçəsindən Salamzadə küçəsinədək);

43. Heydər Əliyev prospekti (Babək prospekti ilə kəsişmə);

44. Heydər Əliyev prospekti (Bağırov körpüsünün yanı);

45. Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsü);

46. Babək prospekti (Xalqlar Dostluğu dairəsindəki körpü);

47. Elşən Mehdiyev küçəsi (Y.Əliyev küçəsi ilə kəsişmə);

48. Zığ yolu;

49. Aeroport yolu;

50. Gənclik dairəsi;

51. Həsən Əliyev küçəsi (Atatürk prospekti ilə kəsişmə).