ANA SƏHİFƏ / YAZARLAR

OCAQ ODUNDAN TANINAR

O, iki ocağı birləşdirməyi bacardı

47204    |   2015-01-07 08:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncədən deyim ki, onu Şuşa işğal olunandan sonra tanıdım. Daha doğrusu, Şuşa Bakıda məskunlaşanda. Və mən şuşalı dostlardan birinin, yəni, Zahid müəllimin iş otağında adını eşidib, üzünü görmədiyim Mirkamil müəllimlə üz-üzə oturdum. Söhbətləri, xüsusilə, ağır təmkini məni öz aurasına aldı. Hiss etdim ki, bu insanda təkcə səbir, qarşısındakı adama dözüm o qədər böyükdür ki, onunla saatlarla, günlərlə həmsöhbət olmaq heç bir problem yaratmaz və həm də onun səsinin tempi, söhbəti məcradan-məcraya yönəltməsi də kifayət qədər rahat və səmimi idi. Necə deyərlər, sözdən sözü tutub, mövzunu bir-birinə elə calayırdı ki, sanki elə bayaqdan məhz bu barədə danışırdı.
Beləcə başladı tanışlığımız. O tanışılığım sonra şuşalı dostların, qohumların Bakıdakı məclislərində bir az da mehriban axara düşdü və nəhayət, günlərin birində mən onu Qarabağın canlı ensiklopediyası və Qarabağda haqqı olan dəyərli dostum, qardaşım, gözəl araşdırıcı jurnalist Vasif Quliyevin "Şuşa" nəşriyyatında gördüm. Məlum oldu ki, Mirkamil müəllim həm də Vasif Quliyevlə həm dost, həm də qohumdu. Bax, beləcə yarandı ülfət, ünsiyyət. Və mən də həmin o isnişən münasibətlərdən yavaş-yavaş öyrəşməyə, yəni, Mirkamil müəllimi içdən, kökdən tanımağa başladım. Bu işdə təbii ki, böyük bir xidmət Vasif Quliyevin üzərinə düşdü. O mənə Şuşa barəsində danışanda öncə bir ocağı xatırlatdı, bir müqəddəs ünvanı, yəni, Seyid Həsən Ağa Ağamirovun kimliyini söylədi. Mən bu şəcərəyə baş vuranda məlum oldu ki, Mirkamil müəllim həm də Xan qızı Xurşudbanu Natəvanın nəticəsidir. Bəli, çox maraqlı bir şəcərə açılmışdı və vərəqlənirdi gözümün qarşısında. Bu ortaboylu, qarayanız, sadə bir insan həm də Qarabağın, Azərbaycanın çox sevilən və tarixləri arxada qoyub, bu günə özünün bütövlüyülə, şəxsiyyətiylə, poeziyasıyla qədəm qoymuş böyük şairimizin yadigarlarından biri idi. Təbii ki, bax bütün bunlar məni onun barəsində daha çox öyrənməyə, daha çox bilgilər əldə etməyə həvəsləndirdi. Həmin o maraq da günlərin birində bu yazının yazılmasına səbəb oldu, çünki Mirkamil müəllim yanvar ayının 8-də 60 yaşını qeyd edəcək. Və mən də iki ocağı, yəni, artıq birini təqdim etdiyim Seyid Həsən Ağanın nəvəsi olan Mirkamil müəllim barəsində könül pıçıltılarımı kağıza köçürərkən ikinci ocaq - ikinci ünvan da yadıma düşdü. Axı, Mirkamil müəllim həm də Şuşanın ən qədim musiqi məktəbərindən birində çalışır. Onun atası Mirkalam müəllim, anası Həcər xanım da məhz müəllim olublar. Necə deyərlər, Şuşanın musiqisiylə, musiqi dünyasıyla qidalanan, ali təhsil alan və bu gün də həmin məktəbin direktoru olan Mirkamil müəllim, əslində, özünün bir-birindən duyğusal bəstələriylə həmin ocaqları qovuşdurub, onun istisini, onun odunu hər kəsə tanıdıb, sevdirib.
Mirkamil müəllim Şuşada anadan olub... Şuşada orta təhsilini alıb... sonra Xankəndi, daha sonra dövlət mədəniyyət və incəsənət universitetində tələbəlik illəri... sonra yenə Şuşa... burda xalq çalğı alətləri şöbəsinə etdiyi rəhbərlik... sonra Şuşa şəhər 2 saylı uşaq musiqi məktəbinin direktoru... və artıq beş ildir ki, maestro Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin direktoru... Bütün bunlar bir növü rəsmi tərcümeyi-halın detallarıdı. Amma bunlar həm də Mirkamil müəllimin ömrünün təkcə ayrı-ayrı illəri yox, həm də nişanələri, cizgiləridir. Onların hər birinin varlığında Şuşa nisgili, Şuşa xatirələri, Şuşalı günlər və Şuşasız keçən zamanlar özünü ifadə edibdir.
Mən 60 yaşı tamam olan Mirkamil müəllimin barəsində onu tanıyanlarla həmsöhbət olanda hər kəs ilk öncə bu sözü dedi:
- O, çox sadə və səmimi insandır!
Zənnimcə, insanın sadəliyi və səmimiyyəti ona bir insan kimi Allahın verdiyi ən böyük töhfədi, ən böyük qiymətdi. Çünki sadəlik və səmimiyyət yalnız böyük hərflərlə yazılan, vurğulanan insanlara məxsus keyfiyyətdir. Elə bu qiymətin özündə həm də insanın kimliyi, iç dünyası görünür. İki qız atası, nəvə sahibi olan Mirkamil müəllim təkcə evində, doğmalarının arasında yox, həm də çalışdığı kollektivdə özünün həmin o vurğuladığım keyfiyyətləriylə və nəhayət, musiqi tədrisinə aid etdiyi ömrüylə də, pedaqoji təcrübəsiylə də sevilir, fərqlənir. Deməli, o bir rəhbər işçi, bir vətəndaş olaraq həm də kamillik nümunəsidi, bütövlük daşıyıcısıdır. Görünür, elə buna görə də onun adının canında, ifadəsində o kamillik öz əksini tapır. Maraqlıdı ki, Şuşayla nəfəs alan, bəstələrinin əksəriyyətini Qarabağa, Şuşaya ünvanlayan Mirkamil müəllimin bədii yaradıcılığında da bütövlüyü, iç dünyası özünü göstərir. Onun bəstələdiyi "Sabaha bizimlə gedəcək Şuşa" nəğməsində bu cür misra var:

Böyük vətənimin, böyük elimin
Ən uca zirvəsi, tacıdı Şuşa!
Ana torpağımız bir qızıl üzük-
Onun ürək açan qaşıdı Şuşa!
Poeziyaya könül vermiş Mirkamil müəllimin nəvəsinə, dostumuz Vasif Quliyevə ünvanladığı şeirlərində də həmin o içdən gələn səmimiyyət, o duyğusallıq özünü büruzə verir. Məsələn:

Sən hamının əzizsən, ay Vasif,
Cəfakeşsən, qağıkeşsən, ay Vasif.
Şuşamızın ad-sanısan, ay Vasif,
Deyirəm ki, bu ad-sanın mübarək
60 yaşın 60-ı da mübarək!

Bəli, bu gün Mikamil müəllimin özünün də 60 yaşı qapını döydü. Və biz də bu 60 yaşın 60-nı da şərəflə yaşamış, 60-da da izi qalan Mirkamil müəllimi təbrik edirik. Mən onun barəsində yazdığım bu balaca yazıda Şuşayla bağlı, yurd nisgiliylə əlaqəli heç nədən söz açmadım. Çünki bu hisslərin hamısı Mirkamil müəllimin də, onun doğmalarının da, elə Vasifin də, mənim də gündüz xəyalımızda, gecə yuxumuzdadır. Elə bu mənada yubilyar qardaşımızı bir anlıq da olsa, həmin o nisgildən ayırıb ancaq xoş arzularımızı bildirmək istədim. Onun özünün bəstələdiyi mahnıda deyildiyi kimi, sabaha, yəni, şuşalı günlərə birlikdə getmək, birlikdə qovuşmaq hamımıza nəsib olsun. Ad gününüz mübarək, Mirkamil müəllim!


YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK