... Gözü yolda, qulağı səsdəydi. Məşhur bir şerdə deyildiyi kimi, Kür qırağından xəbəri yox idi. Bir az da bu xəbərsizlik, bu qəfləti səs-sorağın kəsilməsi onu əməlli-başlı özündən çıxarmışdı. Yer tapa bilmirdi. Sanki dünyası dağılmışdı. Həyatı alt-üst olmuşdu. Nə işdə qərar tuturdu, nə evdə, nə də dost-tanış yanında. Rahatlığını ancaq xatirələrdə, xatirələrin iz saldığı, hopub qaldığı görüş yerlərində, keçdiyi küçələrdə, üzbəüz əyləşib həmsöhbət olduğu masalarda tapırdı. Elə bil havalanmışdı. Ürəyində danışdığını özünün də xəbəri olmadan bəzən dilinə gətirirdi və hiss edirdi ki, yanından ötüb-keçənlər ona qəribə baxırlar. Hətta bir dəfə böyründən ötən qızların ona necə baxıb qəh-qəhə çəkdiyini də qulaqları ilə eşitdi. Çevrilib arxaya baxdı, qızlar təkrar güldülər. Heç nə anlamadı, daha doğrusu, anlayası halda da deyildi...
Bu da sonuncu dəfə görüşdükləri yer... Bax, elə burda, bu çinarın dibində qız ona qəflətən "sabah rayona gedəcəm, anam çağırıb" demişdi. O səs indi də qulaqlarında eynilə təkrarlandı. Həmin xəfifliyi, həmin kövrəkliyi, həmin təlaşı təkrar-təkrar onun qulaqlarını, hisslərini, ürəyini döyəclədi, dimdiklədi. Hiss etdi ki, ürəyi sancdı. Əli ilə ürəyini sıxdı, amma sancı kəsmədi, getdikcə bir az da şiddətləndi. Ağaca söykənib dayandı. Burada nə qədər dayandığından xəbəri olmadı. Çiyninə bir əl toxundu. Kimsə onu silkələyirdi. Gözlərini açdı. Tanımadığı yaşlı bir kişi onunla üzbəüz dayanmışdı:
- Oğlum, nə olub? Özünü pis hiss edirsən? Ürəyindi?
Bilmədi nə cavab versin, sadəcə başını tərpətdi. Həmin yaşlı adam cibindən "Ekstrakt valerian" çıxartdı:
- Al, bu iki həbi at getsin. Ziyanlı dərman deyil. Təbii otlardan hazırlanıb, xeyiri olacaq.
Və sonra da çantasındakı şollar suyunun yarım litrlik butulkasını ona uzatdı. Gülümsəyərək sözünü tamamladı:
- Yaydı, ürəyimdə problem var, susuzluğa da dözümüm yoxdu. Ona görə özümlə su da gəzdirirəm, dərman da. İç-iç, utanma, hamının başına gələn işdi. Özünü qoru, bu yaşda ürəyini çox gücə salma.
Yaşlı kişi ona göz də vurdu. Bir balaca qımışan təhər görkəm alıb:
- Yəqin o zəhrimar sevgi məsələsidi. Bu yaşda bizim də başımıza gəlib. Amma sənə bir məsləhətim var. Ürəyini çox yükləmə, sonra əlində qalacaqsan, nə dərman kömək edəcək, nə də xatirələr.
Kişi sağollaşıb ondan ayrıldı. Həqiqətən də içdiyi dərman bir az nəfəsini genəltmişdi. Özünü ələ alıb çinarın dibində əyləşdi. Və qeyri-ixtiyari olaraq pıçıldadı:
- Mənə nə oldu?
Bəli, əslində bu sualın cavabı onun özünə bəlli idi. Amma sualı dilinə gətirməklə guya kimlərdənsə, lap elə bu çinardan cavab umurdu. Amma kim inanacaqdı ona? Hətta bu çinarı budaq-budaq doğrasan da, yarpaq-yarpaq yolsan da heç nə deyəsi deyildi. Ən azından ona görə ki, bu sualı, eləcə də buna bənzər sualları bu çinarın dibində çox səsləndirmişdilər. Çox eşitmişdi bu çinar həmin suallardan. Heç birinə də cavab verməmişdi, sadəcə yarpaqlarını xışıldatmışdı. İndi də yarpaqlarını xışıldatdı. Hünər istəyirdi ki, bu xışıltıdan nəsə duysun, nəsə eşitsin...
Gün batmaq üzrə idi. Halsız, yorğun-ağrın evə qayıtdı. Qapını açmağa heyi qalmamışdı. Birtəhər otağa keçdi, elə pal-paltarlı çarpayıya uzandı. Əllərini daraqlayıb başının altına qoydu. Artıq neçə mininci dəfəydi ki, kirayənişin qaldığı bu zirzəminin millərini sayırdı. Hətta tavandakı düyünlərin, mıxçaların da sayını bilirdi. Gözləri yorulub qapanana qədər tavana baxdı. Sonra halsız bir şəkildə əlini yastığının altındakı kitaba tərəf uzatdı. Birtəhər o kitabı yastığın altından çıxartdı, açdı, adını əzbər bildiyi "Tarixsiz gündəlik" kitabını guya oxumaq istədi. Əslində bu kitabı da min dəfə oxumuşdu, bəlkə də çox. Hər sözünü, hər sətrini, hər abzasını əzbər bilirdi. Kitabı vərəqlədi və...
Sinəsinin üstünə bir şəkil düşdü, bir də Şirvanşahlar sarayının bileti. Bu onun şəkli idi, bu biletlə də axırıncı dəfə onunla birlikdə Şirvanşahlar sarayını gəzmiş, məsciddə dua etmiş, hətta məscidin ikinci qatındakı balaca hücrədə onunla baş-başa qalmışdı. Nədənsə məsciddə çalışan xanım onlara həmin yerə qalxmağa icazə vermişdi. Bəlkə o da hiss etmişdi ki, onların yolu ayrılacaq. Hər halda bu onun ağlına gələn ilk fikirlərdən biri oldu...
P.S. Bu da həmin çinar. Dayanıblar çinarın altında və bir-birlərinə heç nə demədən sonuncu dəfə ayrıldıqları məqamı yaddaşlarından keçirirlər. Heç biri dillənmək, bu qəribə anın sükutunu pozmaq istəmir. Elə bil bu sükut pozulsa yenə bir-birlərini itirəcəklər. Amma indi yaş nə o yaşdı, nə də ki zaman. Oğlan əlini qıza tərəf uzadıb deyir:
- Gedək Şirvanşahlara. Gedək hücrəmizə baş çəkək.