adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

DAR AĞACINA GEDƏN YOL

BABƏK YUSİFOĞLU
42514 | 2014-12-30 10:00

Bəzən fikirləşirəm, görəsən böyük amallar,ideyalar, məqsədlər uğrunda mübarizə aparanlar, həyatlarını belə mübarizələrəhəsr edənlər, hətta bu yolda özlərini qurban verənlər olmasaydı insanlıq bu günhansı vəziyyətdə yaşardı? Böyük mənada düşündüyümüz insanlıq, ümumiyyətlə olardımı? Min illərinvəhşi qanunları vicdan, əxlaq, mənəvi dəyərlər çərçivələrinə salınardımı? Sankibəşəriyyətin tərəqqisi üçün məhz belə qurbanların verilməsi zəruri imiş...

Cild-cild kitabları olmasa da üç əsəri ilədünyanın yaddaşına adını həkk edənfransız yazıçısı – əslində ona təyyarəçidə deyə bilərik – Antuan de Sent-Ekzüperi deyirdi. "...Əgər məndən bir faydaüçün ölməyi tələb etsələr, məın imtina edərəm. Fayda hər şeydən əvvəl yaşamağıbuyurur. Hansı məhəbbət ehtirası mənim ölümümü əvəzini verə bilər? Əşyadan,divardan ötəri yox, evdən ötəri ölərlər. Daşdan ötəri deyil, kilsədən ötəriölərlər. Əgər İnsan İcmanın təməl daşıdırsa, onun yolunda ölərlər. YALNIZ OŞEYLƏR UĞURUNDA ÖLƏRLƏR Kİ, ONUN ÜÇÜN YAŞAMAĞA DƏYƏR”.

Bəli, Bəşəriyyətin, İnsanlığın yaşaması,tərəqqisi uğrunda onlar öldülər, özlərini qurban verdilər. O şeylərdən ötəriqurban verdilər ki, həqiqətən də onlar üçün yaşamağa dəyərdi...

Kimlər bu yoldan, bu imtahandan cəsarətlərisayəsində uf demədən keçmədilər ki? Bəli, bütün xalqların belə övladları var.Amma onlar özlərini fəda etməklə bəşəriləşdilər. Con Braun da belə bir yolabaş vurub ölməzlik qazanmadımı? Tanrınınbərabərcə yaratdığı insanların sonradan qulllara və quldarlara çevirilməsinəüsyan etməyə məcbur buraxılan ConBraun...

*****

... O əmri gözləmədəndar ağacına tərəf yönəldi; dar ağacı qurulmuş meydançanın pillələriylə astacaqalxdı. On pilləydi. Burada bir qədər yanakı dayanıb qarşıdakı yumru, çox dahündür olmayan dağlara baxdı. Baş verənlərə tamaşa etmək üçün buraya toplaşanizdihamı da gördü. Dinmədi. Ağ saqqalıküləyin təsirindən yavaşca tərpənirdi.

Evisləşərif də onun yanına – dar ağacıqurulmuş meydançaya qalxdı. Qoca həbsxana gözətçisinin əlini sıxdı.

– Xeyirxahlığınıza görə sizə təşəkkür etməyəmənim sözüm yoxdur… Əlvida.

O sonra şəriflə əl tutuşub ona da:

–Əlvida – dedi.

Şərif ağ çuvalı onun başına taxdı, ardıncada qətranlanmış nazik ilgəyi onunboynuna keçirdi.

– Centelmenlər, mən heç nə görmürəm. Ona görəməni siz aparmalı olacaqsız.

Onlar Con Braunu meydançadakı lyukun düz üstünəgətirdilər.

– İstəyirsizmilyuku açmamışdan öncə sizə siqnal verim? – deyə şərif pıçıltıyla ondansoruşdu.

– Fərqi yoxdu. Amma məni çox gözləməyə məcburqoymayın…

Oradakı bütün insanlar susurdu...

O, dar ağacında, hər an açıla biləcək lyukun üzərində, ölümlə nəfəs-nəfəsəydi…

Beləcə insanların,xüsusən də qara dərililərin qul kimi satılmasına, onlarla qul kimidavranılmasına qarşı çıxan, onların dabir insan olduğunu hər kəsə sübut etməyə çalışan cəsur bir insanı elə buəməllərinə görə cəzalandırırdılar. Haqqında nəğmələr oxunan Con Braunu...

                                                        DÜNYAYAGƏLDİ

Con 1800-ci il,09 mayda Konnektikut ştatının Torrinqton şəhərciyində Ouen Braununailəsində dünyaya gəldi. Bioqrafların yazdığına görə, ailədə ikinci olanoğlanın babsı vaxtıyla Amerikanın kontinental ordusunun əsgəri olmuşdu. O dadeyilir ki, ailə 1805-ci ildə Oqayo ştatına gələrək Xadsonda məskunlaşmış vəburada maldarlıqla məşğul olmağa başlamışdılar. Maraqlıdır ki, yerli hindularlasəmimi münasibət saxlamaqda ailə heç bir çətinlik çəkmədi. Əzələlərindəxəstəliyi olan Con həmin vaxt orta məktəbiyarımçıq saxlamalı oldu və atasına dəstək üçün mal otarmaqğa başladı.

Ouen isə ailəsini dolandırmaqdan ötrü Qudzonda dəri aşılanması işinə girişdi.Yeniyetmə yaşlarına çatan Con da atasının yanında işləməyə başladı. Amma səndemə, həyat onun üçün daha fərqli gələcək hazırlayırmış. Sınaqlarla,çətinliklərlə, mübarizələrlə dolu, keşməkeşli bir ömür. Özü də yeniyetməlikdənbaşlayaraq...

1813-1014-cüillərdə artıq Amerikanın cənubundakı yaşayışla tanış olmağa imkan tapan Conməhz həmin yerlərdə gələcək prinsiplərinin formalaşmasından ötrü ilkin həyatdərslərini aldı. Bu əvvəlcə kiçik bir tanışlıqla başladı. Cənubdakı plantasiya sahiblərinin birininyanında bəzi işləri görmək üçün bir müddət qalmalı olan Braun orada özhəmyaşıdı bir zənci balasıyla dostlaşdı. Məhz bu zənci uşağın qul həyatı, onungözlərinin dərinliyində gizlənən əzablar, hər günkü inanılmaz ağır əmək, hər kiçicik xətaya görə amansızcəzalar... Conun qəlbində qul sahiblərinə qarşı bir üsyanın qığılcımınıalışdırdı. O, belə haqsızlıqları qəbul edə bilmiurdi…

O, təhsilini davam etdirmək niyyətində idi. Amma kollecə girə bilməyən Con öz üzərindəçalışmağa, elmləri öyrənmə başladı. Ən çox da riyaziyyata, hesaba diqqətiniyöəltdi və bir müddətdən sonra bacarıqlı bir yerölçənə çevrildi. Amma atası gözlənilməz bir qərar verdi. O zamanlarmüharibə getməsinə baxmayaraq Ouen BraunConu öz əvəzinə orduya naxırçılığagöndərdi. Yalnız 1815-ci ildə, yənimüharibə bitəndən sonra evlərinə dönən Con Braun Pleynfildə gedərəkməktəbə daxil oldu.

                                    YARIMÇIQ QALAN TƏHSİL, İŞ HƏYATI…

Qısa müddətdən sonra isə Liçfilddəki akademiyayakeçən Conun məqsədi əslində konqreqasiyakeşişi olmaqdı. Lakin burada qalıb təhsilini sürdürmək üçün pulu qalmamışdı.Bundan savayı gözlərində də bəzi problemlər yaranmışdı. Ortaya çıxan məhz buproblemlər üzündən Con Braun akademiyadakı təhsilini yarımcıq saxlayaraqOqayoya dönməyə məcbur qaldı. Burada isə o, qardaşı Leviylə dəri aşılayan şəxsiemalatxana açmağa müvəffəq oldu. Və emalatxana onların heç gözləmədiyi qazanc gətirməyə başladı.

1820-ciildə Dayenti Lask adlı qızla ailə quran Braunun bir il sonra ilk övladı dünyayagələndə işləri heç də pis getmirdi. Bu üzdən hansısa perspektiv haqda düşünməkdə olardı. Düşündü də. Və həmin fikirlərini həyata keçirmək üçün ailəsi iləbirlikdə Pensilvaniyada Riçmond yaxınlığında bir kəndə köçərək özünə 200 akr torpaq sahəsi alıb onun birhissəsində yaşamaq üçün ev, başqa bir tərəfində isə dəri aşılama emalatxanasıvə anbar tikdi. Yerdə qalan sahədə isə meyvə tərəvəz becərməyə girişdi.

İlk baxışdan hər şeyin yaxşı görünsə də reallıqbunun tərsini göstərirdi. Belə ki, təsərrüfatda can qoymasına, bütün cəhdlərinəbaxmayaraq gözlədiyi nəticəni əldə bilmir,çəkdiyi inanılmaz zəhmətin qarşılığını yetərincə almırdı. Elə bu səbəblərdəndə bütün bu işlərdən vaz keçib dövlət qulluğuna – poçtalyonluğa başladı.Palnalarının pozulduğundan rəncidə olan Con Braun bilmirdi ki, hələ irəlidə onunələr gözləyir...

                                 FACİƏLİ HƏYATINFACİƏLİ DƏ BAŞLANĞICI

1831-ci il... Braun çox ağır xəstələndi. Və xeylimüddət işləyə bilmədi. Həmin ərəfədə həyata yenicə göz açmış oğlu öldü. Buitkinin sarsıntısını üzərindən atmamış arvadı ağır xəstələnərk qısa zamaniçərisində dünyasını dəyişdi. Biri-birinin ardınca baş verən bu dəhşətli hadisələrdən dərin sarsıntıkeçirən Con onu da öyrəndi ki, o artıq borc içərisində üzür. Bütün bunları necə adladacaqd ki?..Hələ buazmış kimi ətrafda yaxşı tanıdığından qul əməyininağırlığından, ağaözbaşınalığından qaçan zəncilər də çox zaman onun evini sığıacaq kimi görürdülərki, bu da yerli hakimiyyətdəki məmurların heç xoşuna gəlmirdi…

Bütün bu dəhşətlərdən qurtulmaq üçün Con Braunözündə güc tapa bildi. Belə ki, dəmir kimi iradəsi, zəhmətsevərliyi sayəsindəözünü toparlamağı bacaran bu gənc adam ailənin də düzənini düzətməyə çalışırdı.Yeddi övladını taleyin hökmünəı buraxa bilməzdi ki? O, təkrarənMeri Enn Dey adlı bir gənc qızla evləndi. Maraqlıdı, bioqraflar yazırki, Con Braunun böyük ailəsi olmuşdur. Təsəvvür edin, əvvəliki nigahından yeddiuşağı olan gənc atanın Meridən də 13 övladı dünyaya gəldi.

Maddidurumların düzəltməyə çalışan Con 1836-cı ildə Oqayoda Frenklin Millsin yanınagələrək burada torpaq almaq məqsədiylə ssuda götürməyə nail oldu. O,vəziyyətdən çıxa biləcəyinə inanırdı. Amma burada da başladığı təsərrüfatişlərində bir uğur qazana bilmədi. Belə ki, hər tərəfi bürümüş 1837-ci iliqtisadi böhranı Braunu ümumiyyətləvar-yoxdan çıxardı. Hər şey alt-üst olmuşdu. Borc yenidən boğazınadəkqalxmışdı. Nəhayət 1843-cü ildə onun rəsmən iflasi elan edildi.

(Ardıqəzetin 6 yanvar 2015-ci il sayında)

[email protected]
babekyusifoglu.blogspot.com




TƏQVİM / ARXİV