adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Dekabr 2014 12:01
29251
AVTOMABİL
A- A+

Sürücülərə xəbərdarlıq - Böyük tıxac olacaq

Bu gün səhər saatlarında paytaxtın bir sıra hissələrində tıxac yaranıb

Nəqliyyat Nazirliyi sürücülərə müraciət edib. Adalet.az-ın Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, bayram günləri ilə əlaqədar olaraq bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şosesində yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunun Avtovağzaldan mərkəzədək olan hissəsində, Binəqədidən mərkəzə gələn yolda və Heydər Əliyev prospektinin mərkəzə doğru gələn hissəsində tıxac yaranıb. Axşam saatlarında paytaxtın əksər hissələrində tıxacların yaranacağı gözlənilir.