AYNA SULTANOVANIN ABİDƏSİ

AQİL ABBAS
94519 | 2014-12-29 13:53

Qəzetələrdə belə bir xəbər oxudumki, Ayna Sultanovanın heykəlini götürməkistəyirlər. Çox pis oldum. Hələ lap uşaqlıqdan bu xanımın dəhşətli taleyi məni təsirləndirmişdi. Və «Dolu» romanını yazanda Ayna Sultanovanın da taleyindən yan keçəbilmədim. Əsərdən həmin parçanı yenidən oxucularıma təqdim edirəm. İstəmirəm buxanımın ruhu ikinci dəfə cəhənnəm əzabı yaşasın.



"Dolu"

«Dolu»dan bir parça

... AynaSultanovanın saçlarını dibdənqırxmışdılar, sir-sifətində

bir sağ-islahatyox idi, əlləristulun arxasında bağlanmışdı,

ayaqlarıda stulun qıçlarına. O qədər əzab vermişdilərki, artıq

heç bir ağrınıhiss etmirdi, bütün yaddaşını itirmişdi,özünün

kimliyinidə unutmuşdu. Qarşısında onun kimi işgəncələrə məruz qalan,

onun kimistula bağlanan adamın da əri Həmid Sultanov olduğunuda

bilmirdi.

Prometey kimi hər gün qarğa-quzğunlar ürəyinisöküb çıxarır,

didim-didimdidişdirirdilər...

...Əzrayılınəlindəki alma artıq çürümüşdü, iyi-filanda qalmamışdı.

TanrınınAyna Sultanovaya verdiyi ömürə hələ çox vardı. Əzrayılbura

Həmid Sultanovuncanını almağa gəlmişdi. Amma Tanrının yaratdığıbir

yaradanaverilən zülmə, işgəncəyə dözə bilmədiyindən nəyə gəldiyini

unutmuşdu, Həmid Sultanov artıqTanrının verdiyi ömürdənçox

yaşayırdı.Əzrayıl Ayna Sultanovanı xilas etmək istəyirdi, Əzrayıl

olsa dabu qadının çəkdiyi əzablara tab gətirmirdi, Tanrınınyazdığı

ömürü kəsməyə cəsarətetmirdi. Sadəcə olaraqbir səlahiyyətindən

istifadəedib bu yaradılan Yaradanın bütün hisslərini almışdı ki, bu

işgəncələrədözə bilsin, necə ki, vaxtilə Prometeyədə belə bir

yaxşılıqetmişdi.

Həmid Sultanov bütün işgəncələrə dözürdü,amma gözünün qabağında

namusununbelə təhqir olunmasına dözəmmirdi,ölmək istəyirdi, ölə

bilmirdi.Gördüyü bu vəhşətdən dəhşətə gəlmiş ƏzrayılTanrının Həmid

Sultanovuöldürmək haqqında əmrini təmiz yaddan çıxarmışdı.

Tanrınındeyil, şeytanın qulu olmuşlar ərinin gözü qabağında xanımını

zorlayırdılar, başınamin bir müsibətaçırdılar. Əzrayılın

mərhəmətindən xanım bunu hiss eləmirdi, amma əri bunu görürdü,

zarıyırdı, gah Tanrıya yalvarırdı,gah qarğıyırdı, gah Əzrayılı

çağırırdı. Əzrayılyanında dayansa da nə onunyalvarışlarını

eşidirdi,nə də qarğışlarını - əlində çürümüşalma, eləcə quruyub

qalmışdı.Əgər Əzrayıl o idisə, bəs bunlar kim idi?! Əgər Tanrı

insanlarıncanını ona tapşırmışdısa, bəs onda Tanrının ona verdiyi bu

səlahiyyəti mənimsəyənlərkimlər idi?! Bu işgəncə verənlərinə

Fironungününə salardı! Amma bu onun ixtiyarında deyildi- hələ

onlarınuzun bir yaşamları var idi. Əzrayıl ilk dəfəözünü çox aciz

hiss elədi.

Tanrınınyazısı ilə Ayna xanımın ömrünə 33 il 2 ay 15 gün 2 saat 11

dəqiqəqalırdı. Deməli, bu qadın hələ 33 il 2 ay15 gün 2 saat 11

dəqiqəbu işgəncələrlə yaşamalı idi. Daha Əzrayıldözə bilmirdi,

əlindəkialma da təmiz çürüyüb qurtarmışdı. Və Əzrayıl...

... Çürümüşalmanı Ayna xanıma iylətdi, amma o bu iyi hiss eləmədi,

heç əslindəalmanın iyi də qalmamışdı, əlini atıb onun sinəsindəki

ürəyi qopartdı,parça-parça olmuşdu bu ürək, qapqara qanıniçindəydi.

Və bunugörən Həmid Sultanovun daha Əzrayıla ehtiyacıqalmadı, çox

rahat birnəfəs aldı və Tanrının yaratdığı bəndələrdən birincisi oldu

ki, əzrayılsız-filansızcanını tapşırdı. Əzrayılın başı Ayna xanımı

xilas etməyə qarışdığındanHəmid bəyin canınıözü ilə götürməyi

unutdu,Həmid bəyin canı eləcə qaldı bu divarların arasında.


TƏQVİM / ARXİV