Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BƏYAZ GECƏLİ ŞƏHƏRİN QARANLIQ QIŞ AXŞAMLARI Adalet.az | BƏYAZ GECƏLİ ŞƏHƏRİN QARANLIQ QIŞ AXŞAMLARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BƏYAZ GECƏLİ ŞƏHƏRİN QARANLIQ QIŞ AXŞAMLARI

("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən )

16090    |   2008-08-30 00:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 30-da Kirov günortadan sonra şəhərə başmaq seyrinə çıxmışdı. Bazar günü təkbaşına Leninqrad küçələrini gəzib dolaşırdı. Ətrafa sahib ədasıyla nəzər salsa da, şəxsən tanımadığı adamlarla belə doğmalar tək hal-əhval tutur, mehriban davranır, səmimi söhbətləşir, fikir alış-verişi aparırdı. Axı, bir gün sonra Uritski adına sarayda böyük yığıncaq keçiriləcəkdi. Ora toplaşan fəallara partiyanın bir neçə gün öncə Moskvada keçirilən Noyabr plenumunun nəticələri barədə danışacaq, Mərkəzi Komitənin, şəxsən Stalin yoldaşın qarşıya qoyduğu vəzifələri çatdıracaqdı. Ortalıq neçə vaxtdan bəri hamını narahat edən müxtəlif suallarla qaynayırdı. Yığın-caqda sorğu-sual atəşinə tutulaca-ğını Kirov qabaqcadan bilirdi və ona görə də mahir natiq olmasına rəğmən növbəti görüşə daha ciddi hazırlaşırdı. Bunun üçün evdə hər cür şərait vardı. Ən başlıcası, hə-min gün zəhləsini tökəcək kimsə yox idi. Mariya Lvovna şəhərkənarı müalicəxanaların birində tədavi görürdü, ev qulluqçusu da istirahət günü dincəlirdi. İllərdən bəri həyat yoldaşı Markusla aralarındakı soyuqluq yavaş-yavaş buz bağladıqca o, könül rahatlığını evdə deyil, başqa yuvalarda axtarırdı. Bu barədə söz düşəndə Matildanın Kşesinskayanın keçmış malıkanəsi, eləcə də Opera və Balet Teatrının adı hallanırdı. Kirov təkcə tamaşa seyr etmək üçün deyil, həm də könlünü ovlayan aktrisalarla görüşmək üçün mütəmadi teatra gedərdi. Onun pərəstiş etdiyi və yaxın əlaqədə olduğu aktrisalar sırasında əsasən Aqrepina Vaqanova, Tatyana Veçeslova, Natalya Dudinskayanın adları çəkilərdi. Birinci katibin özgə qadınlarla əylənməyi xoşladığı Neva sahilində kimsəyə sirr deyildi. Milda ilə olan əlaqələri isə daimi dedi-qodu mövzusuna çevrilmişdi. Amma qadınlarla əylənmək təkcə onun şakəri deyildi. Sovet rəhbərləri keçmiş şahlardan fərqli olaraq, hərəmxana saxlamasalar da, eyş-işrətlə məşğul olmağa xüsusi diqqət ayırardılar. Ən qəddar və zalım adam kimi tanınan Lavrenti Beriyanın da ən zəif damarı elə bu idi. Özü də gizli xidmət rəhbəri həyatının gizli məqamlarını tənzimləməyi, başqa sözlə desək, hacəliyi milliyətcə erməni olan Sarkisova həvalə edərmiş.
   Amma o gecə Kirovun teatr yadına düşmürdü. Evdə yazı masası arxasında məruzə üzərində çalışdı. Heç əməlli-başlı yuxusunu almamış ömrünün sonuncu səhəri üzünə açıldı. Ruslar deyirlər ki, bazar ertəsi ağır gündür. Lakin rahat yorğan-döşəyində Sergey canında heç bir ağırlıq və ya narahatlıq hiss etmirdi. Evdə yalqız olduğundan səhər yeməyini özü hazırladı. Elə şeyləri yaxşı bacarırdı. Axı həvəskar ovçu idi. Meşədə saatlarla pusquda durmağın ləzzətini bilirdi. Şikarını ala-çiy də olsa, tonqalda bişirib yeməyin dadı damağında qalmışdı. Qəhvəaltıdan sonra işə zəng vurdu ki, görsün nə var, nə yox. "Hamı öz yerində, hər şey öz qaydasındadır, narahat olmayın, yoldaş Kirov", - deyə vilayət partiya komitəsinin ikinci katibi M. Çudov ona məlumat verdi. Mironoviçin sözlərindən ikinci katib belə nəticə çıxartdı ki, Kirovla bir də axşamkı iclasda görüşəcəklər. Saat 15.00. Çudov iş otağında iclas təyin etmişdi. Sonra o da Uritski adına saraya yollanacaqdı. Kirov evdən birbaşa Saraya getsəydi, yəqin ki, qanlı hadisə baş verməyəcəkdi. Fəqət, Mironoviç nədənsə iş yerinə baş çəkmək istədi. Saat 16.00-da qaraja zəng vurub maşın çağırdı. Kirov evdən çıxan kimi xidməti maşınına minmədi. O, küçəylə aramla addımlayırdı. Baxışları dalğın görünürdü. Payı-piyada gedə-gedə, elə bil Hamlet kimi, "olum və ya ölüm" sualına cavab axtarırdı. Məsəl var, "ağa deyir sür dərəyə, sür dərəyə". Amma Sergey ağa susurdu. Maşın onun arxasınca demək olar ki, iməkləyirdi. Qorumaları nəzər cəlb etmədən ardınca gedirdi. Bir il olardı ki, qorumaların sayı artmışdı. Bu onun istəyi ilə deyildi. Mərkəzi Komitənin qərarıyla rəhbər işçilərin mühafizəsi ilə məşğul olan xüsusi qurum yaradılmışdı. Onların tədqiq olunmuş təlimatlarında hansı vəzifə sahibinə nə qədər qoruma ayrılması da göstərilirdi. Kirovun şəxsi mühafizə xidməti nə az, nə çox 15 nəfərdən ibarət idi. Troitski körpüsünə çatanda Sergey Mironoviç ayaq saxladı, öz aləmində yenə nəyisə götür-qoy etdi. Sonra maşına minib sürücüyə göstəriş verdi: "Birbaşa Smolnıya".
   Mühüm inzibati binalarda, adətən, bir neçə giriş-çıxış qapısı olur. Smolnıda da rəhbərlər fərqli girişdən istifadə edərdilər. Amma hə-min gün birinci katibin maşını ümumi qapının önündə dayandı. Çünki o, belə istəmişdi. Mərtəbələri qalxdıqca, dəhlizlərdən keçdikcə Mironoviçə salam verən kim, kefini xəbər alan kim, söz soruşan kim... Sergey sanki kimsəni görmür, heç nəyi eşitmir, xəyalları göylərdə do-laşır, nəsə düşünür-daşınırdı. İri addımlarından bəlli ki, harasa tələsirdi. Elə bil onu gözləyən birisi vardı. O bilirdi ki, aparat işçiləri Çudovun otağına toplaşıb. Bəlkə, onlara təcili deyiləsi sözü, tapşırığı vardı? Yox, o, iş otağına tələsirdi. Kələfin ucu da deyəsən orada gizlənmişdi...
   Əgər deyilənlər doğru isə, yəni qısqanclıq zəminində neçə vaxtdan bəri qəlbi qisas hissi ilə döyünən, bundan öncə iki dəfə katibi öldürməyə cəhd göstərən əli tapançalı Leonid Nikolayev Kirovla məhz bu yerdə, bu məqamda üzləşibsə, demək, dünyanın ən böyük təsadüflərindən biri dekabrın 1-də Smolnıda baş verib. Arxadan atəş açaraq onu qətlə yetirməklə Nİkolayev öz məqsədinə çatıb. Lap Sezar söyləyən kimi oldu: "gəldim, gördüm, qələbə çaldım ". Bu hadisələrlə bağlı yazılanları oxuyanda diqqətimi çəkən şeylərdən biri də o oldu ki, dəhlizdə baş verən qanlı faciəni hərə bir cür təsvir edib. Eyni epizod barədə şahid ifadələri xeyli fərqlidir. Hətta, həmin gün Kirovun hansı qapıdan Smolnıya daxil olması haqda da fikirlər haçalanır. Halbuki hansı qapıdan olursa-olsun rəhbərlərin içəri girməsi və ya çıxması xüsusi dəftərxana kitabında mütləq qeyd olunur, sonra da uzun illər arxivdə saxlanılır. Nə isə... Görək, Leninqrad icra komitəsinin əməkdaşı M.Roslyakov dekabrın 1-də baş verənləri necə xatırla-yır. O da M. Çudovun otağında ke-çirilən iclasda iştirak edirmiş. Sözlərindən belə məlum olur ki, güllə səsinə təşkilat şöbəsinin müdiri A. İvçenko ilk olaraq dəhlizə atılıb. Çıxmağı ilə geri dönməyi də bir olub. Üzündə qeyri-adi ifadə varmış, dili söz tutmurmuş. Yerindəcə donub qalmışdı. Nə baş verdiyini bilmək üçün Roslyakov bayıra çıxanda qəbul otağının qapısında Kirovu yerə yıxılan vəziyyətdə görüb. Katib üzüqoylu düşmüşdü, səs-səmiri çıxmırdı. Sol qoltuğunun arasında məruzə mətni olan qovluq necə varsa, eləcə də qalmışdı. Bir mülahizə də var ki, Kirov yaddan çıxan məruzə mətninin dalınca kabinetinə gəlmişdi. Şahid isə yerə səpələnən qovluqdakı kağızların məhz məruzə mətni olduğunu söyləyir. Roslyakov əvvəl Kirovun başını qaldıraraq haylayıb ki, bəlkə səs verə. Cavab gəlməyib. Sonra Nikolayevin əlindəki tapançanı alıb və başının üstünü kəsdirən Leninqrad şəhər partiya komitəsinin katibi A.İ.Uqarova verib. Kirovun sağ tərəfində arxası üstə yerə uzanmış cinayətkarın ciblərini də arayıb. Üstündə partiya bileti, bir də cib dəftəri varmış. Onları da Uqarov alıb. Mühafizəçi Borisov da izahatında yazır ki, atəş səsinə hadisə yerinə gələndə Kirovu yerə sərilən görüb. O da şübhəli şəxsi tərksilah etdiyini iddia edir. Yazılı mənbələrlə tanış olarkən, bunu öz adına çıxan başqa adamların adlarına da rast gəldim. Kirovun qətli ilə bağlı müxtəlif vaxtlarda aparılan 6 yoxlamanın hamısında şahid ifadələrinə istinadən qətlin baş verilməsi epizodu təsvir edilib. Əsas şahid kimi Borisovun adı çəkilir. Elə həmin gün həbs olunan Mixail Borisovun dekabrın 2-də NKVD-nin təcridxanasından Smolnıya üstü açıq yük maşınında gətirilməsi də təlimata uyğun deyildi. Ötən əsrin otuzuncu illərində küçələri avtomobilə həsrət olan Leninqradda gözlənilmədən baş verən yol qəza hadisəsi nəticəsində yük maşını qarşıdakı binaya çırpılır. Borisov aldığı kəllə-beyin zədəsindən yerindəcə həlak olur. Maraqlıdır ki, istiqamətini itirən yük maşınının dəydiyi 50 N-li binada NKVD-nin əməliyyat şöbəsi yerlə-şirmiş... Çox sonralar məlum olacaq ki, Borisovu müşayiət edən çekistlərin heç biri öz əcəliylə ölməyib. Təsadüfən sağ qalan sürücünün otuz ildən sonra xatirələri də ilgincdir. 1934-cü il dekabrın 2-də baş verən hadisəni xatırlayan sürücü deyir ki, çekistlərdən iki nəfər Mixailə göz qoyurdu, biri kabində əyləşibmiş. Qəfildən yanında oturan oper onun əlindən sükanı alıb maşının istiqamətini dəyiş-məyə cəhd edir. Maşın az qala çönəcəkmiş. Sürücü güclə sükana hakim ola bilsə də binaya dirənən maşının qabaq hissəsi əzilir. Deyilənlər həqiqət kimi qəbul edilsə, o zaman müəyyən qaranlıq məqamlar aydınlaşır. Belə çıxır ki, Borisov tapşırıqla qətlə yetirilib. Axı, Stalinlə görüşdə qolunu qandallardan qurtarmaq üçün komissarın dili açıla bilərdi. Açılsa, nələr məlum olacaqdı? Onun birdəfəlik susması məsləhət oldu. Borisovun avtomobil qəzasında ölümünü NKVD bədbəxt hadisə kimi protokollaşdırdı. 1967 və 1989-cu illərdə kompleks şəkildə aparılan avtotexniki və məhkəmə-tibbi ekspertizası zamanı da hadisənin texniki nasazlıq üzündən baş verməsi, Borisovun qəsdən öldürülməsinə heç bir əsasın olmadığı qeyd olunub. Nə olmalıydı ki, görəsən? Belə işlərdən sonra çətin ki, iz qoyalar.
   Mixaildən fərqli olaraq, Leonid Nikolayev Stalinlə görüşə bildi. O, qəribə açıqlama verdi. Etiraf etdi ki, 4 ay ərzində NKVD-nin 4 işçisi onu bu cinayətə təhrik edirdi. Dindirmədə Kirovun müavini Çudov və Leninqradın prokuroru Palçayev də iştirak edirdi. Palçayev təcrübəli hüquqşünas idi. O dərhal dərk etdi ki, Leonidin ağzından qan püskürən ifadələrini qeyri-ixtiyari də olsa, eşitmək hər ikisinə baha başa gələcək. Odur ki, intihar edərək üzüsulu bu dünyadan köçdü. Dünyasını dəyişməzdən öncə Çudovu təhlükə barədə xəbərdar etdi. "Eşitdiklərimizdən sonra bizi yaşatmazlar", - dedi. Amma Kirovun müavini məsələnin nə dərəcədə ciddi olduğu-nun fərqinə varmadı, bəlkə heç prokurorun sözlərinə inanmadı... Günlərin birində onu həbs edib qollarını qandallayanda dostunun xəbərdarlığına etinasız yanaşdığını özünə bağışlamadı...
   Qəribədir ki, cinayət işində hadisə yerinin planı yoxdur. Hadisədən dərhal sonra Nİkolayev ruhi xəstələr üçün nəzərdə tutulan 2 saylı şəhər xəstəxanasına aparılsa da niyə görə psixi ekspertizadan keçirilməyib? Cinayətin törədilməsində istifadə olunan odlu silah, eləcə də Smolnıda açılan iki güllənin gilizi üzərində ballistik ekspertiza görən niyə aparılmayıb? Kirovu kabinetinə kimi müşayiət etməli olan mühafizə xidməti hadisə baş verən vaxt nə səbəbdən onun yanında olmayıblar? Kapitan Borisovun avtomobil qəzasında dünyasını dəyişməsi şübhəli deyilmi? Hadisə baş verən vaxt Milda Draule Smolnıda nə edirmiş? Nəyə görə qətl hadisəsindən sonra ilk dindirilən məhz Milda olub və nə üçün dindirilmə protokollarından bəzi vərəqlər sonradan çıxarılıb? Bu səhifələrdə onun harada, saat neçədə, hansı şəraitdə saxlanıldığı, nəyə görə sorğu-sual edildiyi, hansı ifadələr verdiyi açıqlanırdı. Əllinci illərin ikinci yarısında (yəni, Xruşşovun rəhbərliyi dövründə - E.B.) bu vərəqlər rəsmən cinayət işinin materiallarından çıxarılaraq akt üzrə məhv edilib.
   Səkkiz aydan bəri partiya işindən uzaqlaşdırılan Nikolayevin əli-qolu sallana-sallana, tapança belində şəhərdə sərbəst dolaşması, istədiyi vaxt Smolnıya rahatca girib-çıxması məgər şübhə doğurmur? Diqqət çəkən daha bir məqam. Oktyabrın 15-də Smolnının ətrafında Nikolayevi şübhəli şəxs kimi saxlamışdılar. Onun üzərində silah aşkar edilmişdi. Cib dəftərində Kirovun ev istiqamətində hərəkət marşrutunu əks etdirən qrafik qeydlər vardı. Bu barədə operativ şəkildə NKVD rəhbərliyinə məlumat verildi. Az keçmədən Leninqrad vilayət idarəsinin rəis müavini Zaporojesdə Mərkəzdən belə bir göstəriş gəlir: Saxlanılan şəxs sorğu-sual edilmədən dərhal azadlığa buraxılsın".
   Nikolayev noyabrın 14-də də Moskva dəmir yolu vağzalında Kirovu qarşılayırmış. Məqsədini Sergey Mironoviçi gülləylə vurmaq imiş. Mühafizəçilərin çox olduğunu görəndə atəş açmağa cəsarət etməyib.
   Hərdən düşünürəm ki, 1934-cü il dekabrın 1-də Stalinin bir dəstə yüksək vəzifəli rəhbər işçini də yanına salıb gecəylə Leninqrada yollanmasının əsl səbəbi görən nə idi? Yalnız yaxın dostunun, silahdaşının faciəli ölümü? Heç əziz-xələf anası Ketevan vəfat edəndə dəfndə iştirak etmək üçün Gürcüstana getmədi. Stalin kimi bərkdən-boşdan çıxan, inqilab alovlarının içində püxtələşən, duyğularını, istəklərini siyasi maraqlarının quluna çevirməyi bacaran bir liderin belə bir addım atmağına əslində daha ciddi səbəb olmalıydı. Əgər o, təcili qatara minib hadisə yerinə tələsirdisə, demək, onun siyasi maraqlarına real təhlükə yaranmışdı. Nə imiş bu nigarançılığın gerçək səbəbi?
   
    (ardı var)
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK