adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İNCƏLİ LƏTİFƏLƏRİ

MƏMMƏD DƏMİRÇİOĞLU
29082 | 2014-12-27 01:10
Ömrünün çox hissəsini dağlarda çobanlıq etmiş çovan İrva (haqqında qımqımı da var) qocalığında kəndə dönür. Böyük hörmət, izzət sahibi olan İrvam kişi ortalıqdan evə dönəndə 11-12 yaşlarında bir oğlan uşağı ona salam verir:
-Salam, ay İrvam bava.
-Ay əleyküm salam. Ayə, ağrin alem, kimin oğlusan, adın nədi?
-Qonşünam dana, ay İrvam bava. Əhmədin oğlu Röyşənəm.
- Maşallah, maşallah, ayə nə qəşəng oğlansan, ay halal olsun sənə- deyib evinə dönür.
Bir neçə gündən sonra Çovan İrvam evinin qənşərində həmin uşaqla bir də qarşılaşır. Yenə Rövşən həmin şövqlə İrvam bavasına salam verir. İrvam kişi uşağın salamını alıb soruşur:
- Kimin oğlusan ağrın alem? Maşallah nə qəşəng oğlansan, adın nədi?
- Ayə, ay İrvam bava, bə o gün demədimmi? Adım Röyşəndi, Röyşən. Qonşun Əhmədin oğluyan.
- Bıyy, hə, hə. Ayə, maşallah, maşallah nə tərbiyəli oğlansan - deyib, yenə öyünə qanrılır.
Üçüncü dəfədə bu hal təkrarlanır. Bu dəfə balaca Rövşən əsəbləşib deyir:
-Ai İrvam bava deyəsən məni dolamısan. Ayə bununla üçüncü dəfədi adımı soruşürsan. Adama neçə dəfə deyərlər - adım Röyşəndi, Röyşən. Əhmədin oğlu Röyşən.
Uşağın əsəbləşdiyini görən çovan İrvam deyir:
-Dərdin alem, niyə hirslənirsən ki? Qoyun deyilsən, quzu deyilsən, kərən, kürən, saqqarın yox, ənin nişanın yox, mən səni hardan tanıyım?

***
Molla Mədəd günorta namazı qılırmış. Saiqin anası qızartdığı çolpa çığırtmasını oğlunun qabağına qoyur. Əllərini bir-birinə sürtən Saiq anasından xahiş edir ki, ay ciji, o dambıl arağından da ver əlli-əlli vurum.
Anası barmağıyla ağzını tutub söylənir:
- A bala, yavaş danış, görmürsənmi atan namaz qılır.
Söhbəti qulağı alan molla Mədəd namazını dayandırıb deyir:
-Arvad, uşaq nə istir ver. İndi də namazı gedib o biri otaqda qılaram.

***
Nədir kolxaz sədri olan vaxtı kolxozun sahələrini gəzərkən görür ki, cüryəlli tərəfdəki üzümlüyə heyvan daraşıb. Axşam Əsgər kişini yanına çağırır:
-Əsgər kişi, bu gün cüryəllidəydim. Üzümluyə heyvan düşmüşdü, bə sən harya baxırsan?
- Pəhəə. Ayə, a Nədir, mən Xidir Nəbiyəmmi ki, sən hardasan, məndə orda peyda olum.

***
Ortalıqda hərə öz igidliyindən danışırdı. Çoxunun hay-gop olduğunu bilən Əsgər kişi də söhbətə qoşulur:
- Dünən uzun dərənin bəri yaxasındaydım. Gördum bir nəfər üzüm oğurlayır. Qışqırdım ki, ayə dayan, dayanmadı. Ayə əlimdən xata çixmamış dayan, yoxsa atacam, yenə dayanmadı. Tüfəngi qaldıdığımla əngəzlədiyim bir oldu. Pəhə, ayaqları goyə qalıxdı, diğırlanıb təpənin o üzünə aşdı.
Qulaq asanların biri soruşdu:
-Öldümü, Əsgər dayı?
-Pəəəh, Əsgə dayını nə bilmişdin? Güllə qaqerdindən dəyib, süysunünün dalından çıxmışdı.
Bir başqası istehzayla dedi:
-Yalan danışma, Əsgər dayı, o adam öldusə bə niyə heç kimin xəbəri olmadı?
Əsgər kişi təhərini pozmadan:
- Pə həəə, ayə hası köpəy oğlu öldürdüyünü idaqrənin qabağına sürüyub gətirər-deyir.

***
İclasların birində kolxozun bir məsul işçisi Əsgər kişini tənqid atəşinə tutur:
-Ay yoldaşlar, o günü Noykeçən bağından keçirdim, mal, heyvan bir yandan, uşaqlar bir yandan bağı talan edirdi. Hələ Təkcöyüz tərəfi demirəm. O tərəflərdən də taxili otarırlar, bunun xəbəri olmur...
Səbirlə dinləyən Əsgər kişi ayağa durub istehzayla dedi:
-Paha, ayə qoy bunları başqası danışsın. Bu nə təri olur, bir arvadın, üç oğlun, iki itin, bir özün bir umvalniki qoruya bilmədin, geceynən gəlib içini doldurmuşdular. Onda harda yatmışdın, ayə?

***
Axır vaxtlar Oğlu Elxan atası Əsgər kişinin içib, səndələməsini götürmür və atasına öyüd nəsihət verir ki, ay bava, artıq yaşın ötüb, el arasında adın-sanın var, gəl bu içkini burax.
-Pəhəə, ayə a bala, bu ağılı özünə versən. Mən havax içirəm, harda görübsən içməyimi- deyib Əsgər kişi içməyini danır.
Günlərin birində Elxan görür ki, atası lülatəş gəlib, elə paltarlı palazlı yatağına girib yatıb. Atasıyla yanaşı yatan Elxan gecınin bir nisbi durub baxırki, atası dığırlanıb taxtından yerə düşüb. "Aha, yaxşı fürsətdi" - deyib səhərəcən atasına keşik çəkir. Səhər otağa girən anası bu mənzərəni görüb oğlunu məzəmmət edir ki, ədə, atan döymü, niyə qaldırıb yerinə qoymorsan?
Elxan:
-Sən Allah dəymə! Mən bu kişiyə sübut edə bilmirəm ki, çox içəndə özünü itirir. Qoy duranda ona sübut edim ki, piyan olmasaydın dığırranıb yerə səvərməzdin - deyib atasının oyanmasını gözləyir.

***
Kəmərli kəndi yuxarıda yerləşdiyindən yağmurlu olan illərdə ot, taxıl bu kənddə bol olarmış. Bir ili yenə bolluq olur və Kəmərlilər belə qərara gəlirlər ki, biçilmiş otlardan iri bir ilanyalı (uzun ot tayası) qurub, Qaymaqlı vəAslanbəylilərə qıjıt versinlər. Nolasıydı, gətir-götür, çox hündür bir ilanyalı tayası qururlar. Sonra qürurla ilanyalıya baxıb- həə, indi gedək yemək-içməyə-deyib tayadan aralanmaq istəyəndə uzaqdan bir səs eşidirlər:
- Ayə, bə məni burdamı qoyub gedirsiniz?
Pahoo, baxdılar ki, Məmməd qalıb tayanın başında. Məsələ qəlizləşir, ağsaqqal-qarasaqqal məşvərət edirlər ki, bə Məmmədi oradan necə düşürək?
Biri deyir- ay qardaşlar, gəlin bir uzun nərdivan düzəldək, biri deyir- evin yıxılmasın, bütün Kəmərli meşəsini qırsaqda bu uzunda nərdivan düzəldə bilmərik. Biri də özünü hamıdan ağıllı sayıb deyir ki- ayə canınız üçün mən tapmışam, gəlin Bakıdan vertalyot çağıraq. Bir başqası da onu lağa qoyur ki, başın batsın, bu ot tayasını satsaq da vürtalyotun xərcini ödəməz. Nə isə, baş sındırırlar, tədbir tğkürlər, bir yana çıxara bilmirlər. Nəhayət ən ağıllıları- tapdım- deyib sevinir:
-Qardaşlar, başımızı niyə yoruruq axı. Aslanbəylidə bir baş bilən var, gəlin onu çağıraq.
Belə də edirlər. Aslanbəylidən gələn "başbilən" bir ilanyalıya baxır, bir başında qalıb qorxudan əsən cavan oğlana baxıb soruşur:
-Ayə, a bala, ayə ora necə çıxmısan?
-Otu yığa-yığa birdə onda gördüm göyün üzündəyəm.
Başbilən bir az fikrə gedir, nə düşünürsə:
-A cavanlar, gedin uzun bir sicim(kəndir) gətirin-deyir.
Sicim gəlir. O, cavanlara əmr edir ki, sicimin başına bir daş bağlayıb atsınlar Məmmədə. Özü isə hündürdən bağırıb Məmmədə əmr edir ki, sicimi belinə bağlasın. Əməliyyat başa çatan kimi ipin bir ucunu əllərində tutmuş cavanlara əmr edir ki, mən bir, iki, üç deyəndə kəndiri çəkin. Elədə edirlər. Məmməd budu ha -gəlir kəlləmayallaq aşağı. Guppultu ilə yerə dəyən Məmməd canını tapşırır. Camaat görür Məmməd öldü, kor peşiman aparıb basdırırlar. Camaat baxıb görürlər ki, Aslanbəyli "başbilən" də bir tərəfə çəkilib ağlayır. Ağsaqqalardan biri deyir- ayə ölü bizimdi qoy biz ağlayaq, sən niyə ağlayırsan?
Başbilən köks ötürüb deyir:
-Ağrın alem, mən ölən üçün ağlamerəm haa, bu üç kəndin halına ağlerəm. Derəm məndə qöcalmışam, bu gün-sabah öləjəm, İncə Dərəsi başbilənsiz qalacaq.
***
Yenidən qurma zamanları İncə Dərəsinə Bakıdan birbaşa avtobus işləyir. Kəndə gələn avtobus iki mərtəbəli imiş. Birinci mərtəbəsi Kəmərlidə dolur, Qaymaqlılar məcbur olub ikinci mərtəbəyə minəsi olurlar. Atasıyla Bakıya gedən Məmmədin atası ikinci, özü isə birinci mərtəbədə qalmış sonuncu yerdə otutur. Hörmət əlaməti olaraq atasını yuxarıda oturtmuş Məmməd arada yuxarı qalıxıb atasına baş çəkir. Oturacacağa qısılmış kişi oğlunu görüb sevinir və təəcüblə soruşur:
- A bala, sizin avtobusun şoferi varmı?
-Ay qağa, şofersiz maşınmı olar.
-Ağrın alem, vallah bizim şoferimiz zadımız yoxdu, elə Allah umudunaca gedirik- deyir.

***
Məhəmməd kişi arvadı Cavarla Tiflisə yumurta satmağa gediblərmiş. Bazarın bir küncündə sumkasını yerə qayan Cavar xanım yumurtaları qabağına düzübmüştəri gözləyir. Məhəmməd kişi arvadına məsləhətlərini verib, gedir pivə içməyə. Cavar xanıma yaxınlaşan gürculər"yayso paçom"- deyib yumurtanın qiymətini soruşurlar. Mat-mat gürcülərə baxan Cavar arvad- çox sağ olun, yaxşıdır-deyir. Bir şey anlamayan o birisi gürcü dostuna- idi, idi- deyib oradan aralanırlar. Beləliklə, hər gələn eyni sualı verib, eyni cavabı alırlar və Cavar arvad bir dənədə yumurta sata bilmir. Geri qayıdan Məhəmməd kişi yumyrtaları görüb arvadına söylənir ki, yumurtaları niyə satmayıb. Mat-mat ərinin üzünə baxan Cavar xanım deyir:
-Ay kişi,Yumurta cəhənnəm, mən bir şeyə mat qalmışam.
-Nəyə mat qalmısan, a Cavar?
-Ədə, derəm bu gürcülərin yanında bizim Yay Usufnan, oğlu Hidinin ( kənd sakinləridirlər) nə yaman hörməti varıymış. Elə yaxınlaşan Yay Usuf poçyom, bir başqasıda Hidi, Hidi deyib onları məndən xəbər alırlar. Bunlar nağayrıflar ki, bütün gürcülər məndən onları xəbər alırlar?-deyib, mat-mat baxan ərinin üzünə baxır.

***
Bir zamanlar İncəlidə elektrik qıtlığı varıydi. Ancaq axşam tərəfi işıqları yanarmış, onuda tez- tez söndürürdülər. Artıq adət halını almışdı, işiq sönən kimi hamı-" bıy çıran keçsin, ay işığı söndürən"- deyıb qarğayardılar. Kəndin mantıyoru "Mantyor Xall"-ın bu işdə günahı olmasa da hamı ona gileylənirdi.
Günlərin birində Həmzə kişi arvadı Xaccayla Bakıya gəliblərmiş. Metraya düşəndə necə olursa işıqlar sönur, Özündən aslı olmayaraq Xacca arvad bərikdən qışqırır:
-Gözün işıq görməsin a Xall, gəlib burdadamı işığı keçirdin.

***
Şofer Kərəm Ceyrançöldən gəlirmiş. Salahlıdan İnncəliyə dönüb Hürmələk təpəsinə çataçatda, maşın ayağının altında sönür. Xeyli əlləşir, maşını xodlaya bilmir. Kor-peşiman oturur kapotun üstündə. Kənd tərəfdən gələn bir maşın onun yanında saxlayıb soruşur:
- A Kərəm, nolub maşına?
-Ayə bilmerəm, köpək oğlunun andırı xoddanmer.
-Bəlkə benzinin qurtarıb?
-Yox, yox, benzini təzə vurmuşam, tok yoxdu, ona görə xoddanmer.
-Ayə a Kərəm, toku Qazaxdan kəsiblər, İncə dərəsində də işıq yoxdu.
-Pay çıran keçsin a tok kəsən, məndə deyirəm bu maşın niyə xoddanmer.
***
Çörəkçioğlu Məhəmməd Aslanbəyli kəndində bir dostuyla söhbət edirmiş. Bir başqa Aslanbəylinin də Məhəmməd kişiylə işi olduğundan söhbətin nə vaxt qurtaracağını gözləyir. Məhəmməd kişini çənəsinin altına salan Mahmud kişi sözlü adam olduğundab söhbət çox uzanır. Hovsələsi daralan Aslanbəyli onlara yaxınlaşır:
- Ayə, a Mahmud dayı, ayə qurtar dana, Məhəmməd kişiylə bir az da biz dərdləşək.
Tərs-tərs kəndçisinə baxan Mahmud kişi:
-A bala, başına Qaymaqlı qəhətdi? Get birini də sən tar, söhbət elə- deyib, Məhəmməd kişiylə söhbətini davam etdirir.

***
Çörəkçioğlu Məhəmməd İncə dərəsinin ən urvatlı, mötəbər kişilərindən biri idi. Pəhliban biləkli bu nurani kişi həm də gözəl sınıqçi idi. Bazara mal-qoyun almağa gedəndə ya axsaq, ya kor, bir sözlə şikəst heyvan alarmış. Camaat soruşanda ki, ay Məhəmməd dayı, niyə şikəst heyvan alırsan?- cavabında deyərmiş ki, ağrın alem, bə bunu satan da yazıx döymü. Görürəm heç kim almır, alıb gətirirəm. Kor olanda nolajax.
Günlərin birində də məktəbin qabağında bir stol qoyub sarımsaq satırmış.
Qiymətini soruşurlar, deyir 50 qəpik. Alverdən başı çıxan biri soruşur ki, ay Məhəmməd dayı, Qazaxda sarımsaq 1 manatdı, xeyir ola sən 50 qəpiyə satırsan?
Məhəmməd kişi gülümsəyib deyir:
-Dərdin alem, kəndin camaatı çox kasıbdı, sarımsaqsız xəngəl yeyilmir, bu kəndi də xəngəl saxlayır. Gedib Qazaxdan 1 manata ala bilmirlər, odu ki mən oradan 1 manata alıb 50qəpiyə satıram ki, bu camaat dolana bilsin.

***
Məhəmməd kişi quran da oxuya bilirdi. Orucluq bayramlarında molla qıtlığı olduğundan o da xahiş edənlərin ölülərinə təmənnasız quran oxuyardı. Şəhərdən gəlmiş bir cavan oğlan ondan xahiş edir ki, onun babasına bir quran oxusun. Cavanın sözünü yerə salmayan Məhəmməd baba çəliyinə mətərislənib quran oxuyur. Yer nəm olduğundan dirsəkləndiyi çəliyi yavaş-yavaş yerə girirmiş. Quran tamam olanda Cavan oğlan zarafatla soruşur:
-Ay Məhəmməd baba, oxuduğun quran babama çatacaqmı?
-Dərdin alem, görmörsənmi, məndə ona çalışerəm- deyib yarıyaca yerə girmiş çəliyini oğlana göstərir.

***
Qaymaqlı kəndində 3 məşhur tamada varıyrı. Elə olurki, bu üüclük bir araya gəlib yemək-içmək istəyirlər. Yusif müəllim üzünü həmkarlarına turub deyir:- canınız haqqı bir yaxşı başıxamırlım var, gəlin "sabrazim" eyləyək. Baba müəllimdə: -mənimdə bir yaxşı xoruzum var, uşaqlara göz verir, işıq vermir, gələnin ustünə qıfcıner, elə kəsməyə bir bəhanə gəzerdim, deyir. Murad müəllim:- eləıki oldu, onda qalan əməsalahıda məndən-deyib, xudmani bir məclis qururlar. Eləki yemək süfrəyə gəlir, badələri dolduran Murad müllim ayağa qalxıb deyir:
- Dqstlar, mən məslisin tamadasıyam.
Yusif müəllim:
-Eləki oldu, onda mən də oldum tamadanın müavini.
Vəzifə bolgüsündə əli boş qalan Baba müllim:
- Nə deyirəm, qardaşlar, oki elə oldu, məndə oluram camaat, di allah xeyir versin- deyib, badələdi toqqaşdırırlar.

***
Xurroy Musa bazara gedibmiş. Bazardan xeyli ayın-oyun alıb yaxınlaşır lobya satan xanıma:
-A bajı, bu lovyalar neçəyədi?
Lobya satan xanım başını qaldirmadan:
-Qardaş, bax bu lovya bir manatadı, bunlar isə səksən qəpiyə.
Musa kişi lobyalarda bir fərq görməyib bir də soruşdu:
-Ağrın alem, bunlar eyni şey döymü, niyə bu lobyanı baha satersən?
Satıcı xanım başını qaldırib kişiyə baxır:
-Ay qardaş, bir manata olan atlı lobyadı, səksən qəpiyə olan isə piyada lobyadı, hansından çəkim?
-A bala, lobyanı minib səyirdəsi deyiləm ki, o piyada lobyadan bəri elə.



TƏQVİM / ARXİV