adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

AMERİKANIN AVROPALI “BEYNİ”...

BABƏK YUSİFOĞLU
40788 | 2010-02-02 14:25

İlk insanlar nə vaxt ki, şəxsi əmlakın nəolduğunu anladılar, o vaxtdan bəri onların araslında əbədi mübarizə başladı. Vəmülkiyyət böyüdükcə insanlar arasında qarşıdurmalar da getdukcə artdı, əvvəl fərdi toqquşmalara,sonra ailə, tarfa, dövlətlər arasında mübarizələrə, müharibələrə çevrildi.İnsanlığın bu əzəli və əbədi mübarizəsi artıq min illədri ki, fasiləsiz olaraqdavam edir, nə verilən qurbanların böyüklüyü, nə də digər itgilər maraq sahiblərinidurdura bilmir. Və məsələyə ən adi məntiqlə baxanda belə nəticə çıxarmaq olurki, bu mübarizələr heç vaxt bitməyəcək. Bəlkə də bunun özü də tarixi bir zərurətdir.

Zaman keçdikcə isə bəhsetdiyimiz qarşıdurmaların, mübarizələrin yolları çoxaldı, fəlsəfəsi, elmi, ideologiyası, mütəxəssiləri…yarandı.

Məhz bir sıra siyasi şərhçilərəgörə, dövlətlər arasında olan mübarizələrin ilhamvericiləri siyasiideoloqlardır. Bunlar o ideoloqlardı ki, onlar dərin siyasi ağıl vəsamballarıyla hakimiyyətdə olanları inandıra, fəaliyyətlərini yönləndirə bilir.Doğrudan da araşsırmalar göstərir ki, taqədim dövrlərdən tutmuş bu günədək dövlətlərin idarə edfilməsində beləideoloqların əvəzsiz təsiri var, yəqinki, bundan sonra da olacaq.

Etiraf etmək lazımdır ki, əslində adıdünyanın yaddaşına yazılan belə politoloqlar o qədər də çox deyil. Və belə şəxsiyyətlərdənbiri də əslən polşalı olan, sonralarsa Birləşmiş Ştatların dövlət vəictimai-siyasi xadiminə, məşhur politoloquna çevirilən beynəlxalq münasibətlərüzrə böyük mütəxəssis Zbiqnev Bjeziniskidir.

                                                          BJEZİNİSKİ

1928-ci il, martın 28-də Polşaninpaytaxtı Varşavada diplomat ailəsində dünyaya göz açıb. Onun uşaqlığı doğma şəhərindəkeçsə də tezliklə ailəsiylə birlikdə oranı tərk etməli olub. Çünki dövrününnüfuzlu diplomatlarından sayılan Bjeziniskinin atasını 1938-ci ildə PolşanınMonrealdakı konsulluğunda işə göndərirlər. Və bununla da Bjeziniskilər ailəsininKanada həyatı başlamışdır.

Birqədər sonra alovlanan II Dünya Müharibəsitezliklə onların vətənə dönməsinə, ümumiyyətlə maneçilik törətdi. BeləlikləMonrealda təhsilini davam etdirən Zbiqnev daha sonra Monreldakı MakçillaUniversitetinə daxil oldu və 1949-cu ildəhəmin təhsil ocağını bitirdi. Lakin oxumağa,öyrənməyə olan marağı, həvəsi onu elm arxasınca getməyə sövq etdiyindən cəmi dörd ilə yazdığı dissertasiyasınınmüdafiəsini müvəffəqiyyətlə başa vurubməşhur Harvard Universitetində elmlər doktoru adını aldı və elə orada da dərsdeməyə başladı.

Buradakıişləri yaxşı getdiyindən Zbiqnev həyatını elə Amerika ilə bağlamaq qərarına gəldi.Və bu məqsədinə çatmaq üçün ciddi çalışan gənc politoloq nəhayət 1958-ci ildəAmerika vətəndaşlığını qazandı. Artıq o, Amerikalı sayılırdı. Və bir müddət keçəndənsonra ailə qurmaq qərarına gələn Zbiqnev bu məsələni də çox yubatmadı. Çünki o,ömür yolunu birgə addımlayacağı namizədi artıq tapmışdı. Həmin namizəd bir müddət əvvəl tanış olduğu Çexoslavakiyanınkeçmiş prezidentinin yaxın qohumu Emili Beneş idi. Bioqrafalar yazır ki, Zbiqnev heç Amerika vətəndaşlığınıgözləmədən ailə qurdu. Yeri gəlmişkən, qeyd edimki, onların bu nigahdan üç övladı dünyaya gəlib.

Özsavadı və bacarığı ilə çoxlarından seçilən Zbiqnev Bjeziniski elə gəncyaşlarından həm bir mütəxəssis, həm də praqmatik politoloq kimi tanınmağabaşlamışdı. Tez-tez müxtəlif tədbirlərdə görünən gənc siyaəsətçi və elm adamı rəsmidairələrin də diqqətini cəlb etməkdəydi.

        ARTIQ ONUN MÜHAKİMƏLƏRİ CİDDİ MÜZAKİRƏLƏRƏ SƏBƏB OLURDU

1966-cı ilin əvvələrində Bjeziniski həmiqtisadi, həm də beynəlxalq siyasi məsələlər üzrə ekspert kimi ABŞ-ı dünya arenasındakı aktivrol oynamağa çağırırdı. O, təkid edirdi ki,Amerika dünyanın inkişaf etmiş kapitalist ölkələri ilə siyasi həmrəylikyaratsın. O zaman çoxları onun irəli sürdüyü konsepsiyaların doğruolduğnunu fərqindəydi. O hətta bütün bunların nəzəri konsepsiyasınıda ortaya qoymuşdu.

1962-ciildə isə Bjeziniski Nyu-Yorkda Kolimbiya Universitetinin professoru vəzifəsinitutdu. Qeyd edək ki, o hələ 1950-ci illərdə ciddi siyasi fəaliyyətə başlamış,demokratlar partiyasına üzv olmuşdu. Bu üzdən də Bjeziniski C. Kennedenin və L.Consonun seçki kampaniyalarında aktiv şəkildə iştirak edirdi. Hətta yeniseçilmlş prezidentin komandasında beynəlxalqməsələlər üzrə müşavir postuna belə yiyələnmişdi.Gəncin perspektivinə ümidlər də çox idi və…

Güclümühakimə və analitik təhlil qabiliyyətinə malik Bjezinski 1966-1968-ci illərdəartıq ABŞ Dövlət Departamentinin siyasi planlaşma şurasının üzvlüyünə seçildi vəburada ən ağır məsələ sayılan SSRİ-yə qarşı aparılan "soyuq müharibə” strategiyası üzrə fəaliyyətlə məşğul olmağabaşladı.

Eləbu üzdən də o zamanlar sosialist düşərgəsində Bjeziniskini "təhlükəli ideoloq”kimi qəbul edirdilər. Və həmin dövrdə həqiqətən də hər iki rejim arsındakıqarşıdurma ən yüksək həddə çatmışdı. Artıq ciddi politoloq və elm adamı kimitanınan Bjeziniski yuxarı dairələrdə dəkifayət qədər populyarlaşmışdı. Zbiqnev 1968-ci ildə ABŞ-da keçirilən prezidentseçkilıərində demokratların prezident kürsüsünə namizədi X. Hamfrinin srçkikompanirası üzrə qərargah rəhbərlərindən birinə çevrilmişdi. Amma onların partiyası müəyyən səbəblər üzündən seçkidə ozaman R. Niksona qalib gələ bilmədi.

                                                        1970-Cİ İLDƏ

çap olunmuş "İki epoxa arasında: Amerikatexniki erada” adlı kitabı o dövrlərdə Amerikanın istər iqtisadi, istərsə dəsiyasi həyatında mühim rol oynayan C. Rokfellerin çox xoşuna gəlmişdi. Hətta irəlisürülən ideyaların həyatda gerçəkləşməsi üçün maliyyə vəsaiti də ayırmışdı. Buda o demək idi ki, dövlətdə yüksək ranqlı insanlar onun fikirlərinə çox hörmətləyanaşırlar.

ZbiqnevBjeziniski 1976-cı ildə ABŞ prezidenti seçilən C. Karterinaministrasiyasında milli təhlükəsizlik məsələləri üzrə köməkçipostuna (1977-1981) təyin edildi. Və buvəzifədə çalışdığı müddətdə özününantikommunist fəaliyyətini daha qabarıq çəkildə ortaya qoyaraq insan haqlarınınpozulması üzündən SSRİ-ni çox sərt şəkildətənqid hədəfinə çevirmişdi. Siyasi şərhçilər 1978-ci ildə məşhur Kemp-devidrazılaşmasının imzalanmasında Zbiqnev Bjeziniskinin xidmətlərinin böyükolduğunu yazırdılar. Amma bu uğurlar heç də hamının, yəni opponentlərinürəyincə deyildi.

     ARTIQYÜKSƏK DAİRƏLƏRDƏ ONUNƏLEYHDARLARI YARANMIŞDI

Həttaonların öz cəbhəsində belə Zbiqnevi istəməyənlər vardı. Zbiqnevin siyasimühakimələri tez-tez Karterin dövlət katibi olan S. Vensin əks-reaksiyası iləqarşılanırdı. İş o yerə qədər gəlib çatmışdı ki, prezident özadministrasiyasında yaranan bu qarşıdurmanı aradan qaldırmaq üçün məsələyəmüdaxiləyə keçdi.

AmmaBjeziniskini bəyənməyənlərin sırası heç də Venslə məhdudlaşmırdı. Onun adlarıüzdə hallanmayan gizli əleyhdarları da mövcud idi. Heç nəyə məhəl qoymayanBjezinski isə öz işini bildiyi kimi davam etdirirməkdəydi. Lakin çox çəkmədiki, o, özündən asılı olmayan səbələrüzündən tutduğu vəzifədən gedərəkyenidən elm aləminə qayıtdı. Belə hesab edilirdi ki, o zaman hakimiyyət dəyişikliyindən sonraprezident postuna respublikaçı Ronald Reyqangəldiyi üçün Zbiqnev getməyə qərarvermişdir.

Bundansonra Bjezinski yenidən dərs verdiyi Kolumbiya Universitetindəki proffessorişinə qayıtdı və müəyyən fasilələri nəzərə almasaq uzun müddət elm sahəsindəçalışdı. Əslində elmi sahə onun üçün daha doğma idi. Bundan başqa o burada daha rahatçalışa bilirdi. Elmi fəaliyyətini davam etdirir, müxtəli nüfuzlu tədbirlərəqatılır, yaradıcılıqla məşğul olurdu. Həmin dövrün ciddi siyasi polemikalarında,müzakirələrində Bjeziniskinin görünməsi bir növ ənənəvi şəkil almışdı. O, ABŞsiyasətinə elmilik gətirən siyasi nəzəriyyəçilər sırasında ciddi fiqurlardanbiri sayılırdı, onunla hesablaşırdılar.

Zbiqnev elmi fəaliyyəti dövründə birsıra sanballı kitablar da yazmışdır. Onlardan "Böyük iflas”, "Hakimiyyət vəpyinsip”, "Böyük şahmat taxtası”, "Seçim: qlobal hakimiyyət, yaxudqlobal liderlik” və bu kimi əsərləri indi də öz əhəmiyyətini qoruyub saxlayır.

Onunyazdıqlarının bir çoxu Sovet İttifaqının və postsovet Rusiyanın problemlərinə həsr olunub.Rusiyanın siyasətini həmişə tənqid edən Bjeziniski 1991-ci ildə SSRİ-ninsüqutundan sonra bu ölkəni "Avrasiyanın düz mərkəzində yerləşən qara dəlik» adlandırırdı. Zbiqnevəgörə, müasir dünya bundan tez və bacardıqca "ağrisiz” qurtulmalıdır. Elə biz dəuzun illər bundan qabaq irəli sürülmüş bu tezislərin bu gün üçün nə qədəraktual olduğunun şahidiyik. Heç kim üçün sirr deyil ki, Rusiya da SSRİ-nin"varisi” kimi imperiya siyasətini davam etdirmək üçün bütün vasitələrdənistifadə etməkdədir.

HazırdaZbiqnev Bjeziniskinin yaşı çox olsa da həmişəki kimi bu gün də amerikalı demokratların xaricisiyasətinin beyni hesab edilir. Onu da qeyd edək ki, Bjeziniski 2000-ci ildənVaşinqton Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin qlobal təhlükəsizlik vəgeostrateji kafedrasına rəhbərlik edir.

O,postsovet respublikalarında Rusiyanın təzyiqini azaltmaq, Azərbaycanın,Ukraynananın, Gürcüstanın və başqarespublikaların Qərbə inteqrasiyasının tənzimlənməsi, genişlənməsi, üçün ciddişəkildə çlışır. Çeçenistanda vəziyyətin normallaşması, çeçenlərin azadlıq əldəetməsi üçün aktiv fəailiyyət göstərir. O belə hesab edir ki, yuxarıda adı çəkilənölkələrə daha çox siyasi və iqtisadi dəstək göstərilməli, onların NATO sıralarınaqəbuluna yardım edilməlidir. Bütün dünyada olduğu kimi Zbiqnev Bjeziniskininadı Azərbaycanda da çox tanınır. Onun siyasi təhlilləri, fikirləri ölkə mətbuatındavaxtaşırı yer alır.

Zbiqnev Bjeziniskinin Varşavadanbaşlayan həyat yolu onu əvvəlcə Kanadaya apardı, sonra bu yol Vaşinqtonauzandı. Öz biliyi, bacarığı, sayəsində dünyanın bu gün barmaqla sayılla biləcək nəhəng elm adamına, nüfuzlu politoloqunaçevrildi.

BABƏK YUSİFOĞLU

[email protected]

babekyusifoglu.blogspot.com


TƏQVİM / ARXİV