Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BU GÜN ANCAQ BUNU YAZA BİLDİM... Adalet.az | BU GÜN ANCAQ BUNU YAZA BİLDİM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BU GÜN ANCAQ BUNU YAZA BİLDİM...

18159    |   2008-08-23 01:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Otuz bir il əvvəl elə indiki kimi, isti yay günlərindən biri idi. Mənsə qızmar günəş altında Təzə Pir məscidinin həyətində üşüdürdüm. Çünki o gün səhərin erkən çağında hamı üçün həmişəki kimi, günəş Xəzərdən yenicə boylananda, bizim ailənin işığı söndü - uzun sürən ağır xəstəlikdən sonra 51 yaşlı atam Adil Babayev sahili görünməyən qayğılar dəryasında bizi könülsüz tərk etdi.
   O gecə xeyli vaxt səssiz-səmirsiz onun yanında oturmuşdum. Deyəcək sözlərmi tükənmişdi? Əsla yox. Mən hələ də hər gün onunla xəyalən danışıram. Nurlu simasını təkcə gecələr röyalarımda deyil, gündüzlər də ya-nımda görürəm. Çox istəyəndə ilğım kimi insanın gözünə çox şeylər görünər... Sətirlərdə, misralarda yaşayan Adilin mənəvi dünyasına dönə-dönə səyahət edirəm. Cəsarətli fikirlərində, dəyərini itirməyən poetik tapıntılarında məni düşündürən suallara cavab axta-rıram. Vida axşamında mənə nəsə dedi. Fəqət, anlaya bilmədim. Getdikcə dili söz tutmurdu. Səsin yavaş-yavaş xırıltıya necə çevrildiyini və bu xırıltının bir anda necə kəsildiyini müşahidə etməyi kimsəyə arzulamazdım. Mən bunun nə böyük əzab olduğunu ilk dəfə o gecə anladım. O gecə onun və özümün nə qədər köməksiz olduğumuzu dərk etdikcə, həyat fəlsəfəm də dəyişdi. O gecə mənim üçün həm də uşaqlığın son gecəsi idi. Ağlıma belə gətirmək istə-mədiyim hadisə gözüm görə-görə başıma gəlirdi - atamı itirəcəyim məqam yaxınlaşırdı. Ailə olaraq hamımız yastığın başında toplaşsaq da, hər an bizdən daha da uzaqlaşdığı açıq hiss olunurdu. Onun başqa bir aləmə səfərə hazırlaşdığı, yol üstə olduğu özünü aydın büruzə verirdi. Arxayın görkəmindən, sönməkdə olsa da, ümid və məna dolu baxışlarından mənə elə gəlirdi ki, özündən daha çox o, bizdən nigarandır. Yenə nəsə deməyə çalışdı. Söz deyil, bir not üzərində köklənən getdikcə zəifləyən xırıltı eşidirdim, vəssəlam. Dediklərindən heç nə anlamadığımın fərqində idi. Elə bil qulaqlarım tutulmuşdu. Dodaqlarının cüzi tərpənişindən də heç nə ayırd etmirdim. Əliylə başa saldı ki, kağız-qələm gətir. Bizim evdə bəzən çörək, bəzən qonaq-qara əskik olub, amma kağız-qələm qıtlığı heç vaxt olmayıb. İndi o da qəhət idi. Heç bilməzdim ki, şair atamın barmaqları bir gün qələm tutmağa da yadırğayacaq... Son dəfə nəsə yazdı. Aman Allah, xəttat kimi xətti olan atamın yazdıqları elə bil körpə uşağın cızma-qa-rası idi. Bəyaz kağıza qaranlıq dünyaya köç etməyə hazırlaşan insanın yazdıqları nə ola bilərdi? Oxuya bilmədim ki. Bəlkə, ürəyi istəyən bir şey vardı? Soruşdum. Cavabını işarətlə bildirdi - heç nə istəməz, sağ ol ...
   O axşam "Ədəbiyyat və incəsənət" qəzetində yeni sonetləri dərc olunmuşdu. Saat onu keçmişdi. İsa İsmayılzadə mətbəədən birbaşa bizə gələndə atama qəzet, daha doğrusu, bir qucaq sevinc gətirmişdi. Hər dəfə mətbuatda yazısı dərc olanda uşaq kimi sevinərdi. 1939-cu ildən bu yana harada nəyi çap olunmuşdusa şəxsi arxivində saxlayardı. Arabir onları nəzərdən keçirərdi, bunlar mənim həyatımdı, deyərdi. İsa ailəmizə məhrəm adam idi. O gecə onu o vəziyyətdə görəndə evdə oturmağa qərar tutmadı. Gözlərindən yaş süzülməsin deyə, özünü çətinliklə ələ ala bilmişdi. Qəzetdəki şerlə-rini ağız-dolusu təriflədi, "yastığınız yüngül olsun", - dedi, - "sizdən yeni əsərlər gözləyirik, tez sağalın", arzusunu ifadə etsə də, bunun gerçəkləşəcəyinə kimsə inanmadı. İsa vidalaşıb getdi. Mən onu yola salıb qayıdanda atam barmağı ilə işarə etdi ki, kağızı oxu. Nə qədər baxsam da oxuya bilmədim ki. Bunu ona necə deyəydim? Başımı razılıq əlaməti olaraq tərpətdim. Taqətsiz əlləri ilə qolumdan yapışdı. Heç nə demədən bir qədər mənə baxdı. Arabir gözləri yu-mulub-açılırdı. Sönməkdə olan baxışla-rıyla sanki, özüylə aparmaq üçün mənim son dəfə şəklimi çəkirdi. Mən də donub qalmışdım. Əvvəllər onu heç vaxt belə görməmişdim. Hardan görəydim? İnsan ölümlə min dəfə üzləşsə də, əslində bir dəfə ölür... Ona baxdıqca gözlərim do-lurdu. Tez qəzeti götürdüm ki, qeyri-ixtiyari buludlar boşalarsa, axan leysanı hiss etməsin. Şerləri oxumağa başladım ki, bəlkə ona da xoş olsun, mən də özümü bir qədər ələ ala bilim. Amma bu misralar məni daha da kövrəltdi.
   
   ... Mən ömür istəmirəm riya, xəyanət üçün.
   Yurduma gərək olan söz üçün, sənət üçün,
   Həyatdan doymamışam, ömürdən doymamışam...
   
   Təbabətə görə, hər kəsin ürəyi yumruğu boyda olur. Bu o demək deyil ki, hər yekə yumruq insanın ürəyi də böyükdür. Ürək genişliyi, ürək böyüklüyü fiziki ölçülərə gəlməyən ayrıca məfhum-dur. Adil Babayevin ürəyi ovcu boyda deyildi, əksinə, ovcu ürəyi boyda böyük idi. O ovucdan içdiyimiz təmiz suyla biz böyüdük . O əllərin, o ürəyin zəhmətiylə qazanılan bərəkətdir, əxlaqdır, tərbiyədir indi də bizi yaşadan. Onun qədrini bildiyim üçün indiyədək qəddim qırılma-yıb. Uşaqlıqdan mən ona güvəndiyim kimi, o da mənə arxayın idi. Atasının adını mənə qoymasa da ata nisgilini ona unutduracağıma möhkəm inanırdı, mənə etibar edirdi. Bəlkə mənim adımı da bu ümidlə mən dünyaya gəlməmişdən qəlbində gəzdirirdi.
   
   ... Bu nahaq deyildir, çünki bir zaman,
   Mən də sənin kimi tifil olanda,
   Yanan gur çırağı söndürdü bir əl,
   Mehriban atamın xanimanından.
    * * *
   Onsuz min əzaba, min dərdə dözdüm,
   Min yerdə pisliyə çəkildi adım.
   Namərdlər yanında şad görünsəm də,
   Mərdlərin yanında yanıb ağladım.
    * * *
   İndi sən uşaqsan, yaşa dolanda,
   Bilərsən böyükdür qəlbimdəki qəm.
   Məni qınamasın dostlar, tanışlar,
   Ata olsam belə, ata istərəm...
   Onu Yasamal qəbiristanlığında torpağa tapşırdıq. Nənəsi Güllü xanımın, dayısı Əli müəllimin yanında ona bir yer tapıldı. Şair Adil Babayevi elimizin adəti, şəriətimizin qayda-qanunu ilə dəfn etdik. Amma vida mərasimində söz-saz da var idi. Məzarı başında qələm dostlarından Hüseyn Abbaszadə, Qabil İmamverdi-yev, Əlağa Kürçaylı, Cabir Novruz, adaşı və sirdaşı, ən yaxın uşaqlıq yoldaşı filosof Adil Nəcəfov danışdılar. Nəbi Xəzri ona həsr etdiyi şerini oxuyanda həyəcandanmı, nisgildənmi bilmirəm, səsi də xəzri küləyi kimi əsirdi. Şerin adı "Vida" idi. İndi hər ikisi ilə vidalaşmışıq deyə, hər ikisinin ruhuna hörmət olaraq o şeri bir daha xatırladım...
   
   Niyə gün qaraldı,
    Ay kölgələndi?..
   Ümidlər qovuşdu sonsuz həsrətə?
   İlkin görüşümüz
    Sanki dünəndi,
   Sən bu gün tələsdin əbədiyyətə...
   Yuxusuz gecəni
    Açdım kədərlə,
   Elə bil bir qolum, qanadım sındı.
   Sandım ki, bu ağır,
    Qəmli xəbərlə
   Nəslimin ilk vida zəngi çalındı.
   Yandı misraların
    Gur şöləsilə
   Nur saçdı hər yeni kitabın sənin.
   Nəsillər söylədi Vurğun dililə:
   "Şair, nə incədir rübabın sənin!"
   Ey ata üzünə
    həsrət qalan dost,
   Yaxşı ki, illərin analı keçdi.
   Bircə təmənnası
    Şer olan dost,
   Ömrün də,
   Şerin tək
    Mənalı keçdi.
   Keçdimi?
    Əbədi qaldı dünyada
   Ucaltdın sənətin nəcib səsini.
   Sənə vəzifələr vəd olunsa da
   Sən seçdin
    İnsanlıq vəzifəsini.
   Durur yadigarın doğma vətəndə
   Cüt övlad-
    Qartalın cüt qanadıdır.
   Özün fəxri adlar
    daşımasan da,
   Adın şerimizin fəxri adıdır.
   Dayansın dostların
    Qoy cərgə-cərgə,
   Sənin bu sonuncu ziyarətində,
   Bizə miras qalan
    Şerinlə birgə
   Qalır məhəbbətin, sədaqətin də.
   
   Bu ilin avqust ayı da 1977-ci ildə olduğu kimi yaman isti keçir. Amma aşırı istilər, kəskin soyuqlar insan qəlbinə təsir etməz. Olsa-olsa yalnız bədəni isidər, ya da üşüdər. İnsan qəlbinin hərarəti məhəbbətlə, nifrətlə, acılı-şirinli xatirələrlə tənzimlənər. Bu gün ancaq bunu yaza bildim.
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK