XANKƏNDİNDƏN BAŞLAYAN YOL…

ƏBÜLFƏT MƏDƏTOĞLU
65131 | 2014-12-24 19:38


"İçimdəki adamlar" silsiləsindən

Həyatımda, dahadəqiq desəm, jurnalistika fəaliyyətimdə bəlkə də ən çətin, ən diqqətçəkən vənarahat bir yazını təqdim etmək üçün bütün iç dünyamı alt-üst edirəm. Çünki buyazımın qəhrəmanı dövlət adamıdı və o həm də mənim iç dünyamın sakinidi. Bu ikiməqam məni sual qarşısında qoyur - yazım, yoxsa yazmayım? Necə deyərlər, birnövü olum və ölümün başqa bir variantı kimi. Deyə bilərsiniz ki, azad bir cəmiyyətdəyaşayırıq, söz də azaddı, mətbuat da. Kimin haqqında necə istəsən, nə istəsənyazmaq mümkündü. Amma bunun başqa bir məqamı da var. Belə ki, barəsində yazılan şəxsin tutduğu vəzifə...Bu elə bir məqamdı ki, o vəzifənin sahibi hamı üçün ideal deyil, hamı onu ürəyininiçində saxlamır. Deməli, onun barəsində yazılan da birmənalı qarşılanmayacaq,müxtəlif yozumlar, müxtəlif şərhlər, hətta tünd boyanın bütün çalarlarını ifadəedəcək mənzərələr də mümkündü. Bax, bu da məni sual qarşısında dayanmağa məcburedir. Üstəlik də həmin sual mənə pıçıldayır ki, sən ürəyində yeri olan buadamın barəsində düşüncələrini qələmə alarkən onun bu və ya digər formada gündəməgətirilməsinə də səbəb ola bilərsən. Necə deyərlər, qaş düzəltdiyin yerdə...

Hə, bax bütünbunları çox götür-qoy etdikdən sonra kimlərin nə düşünüb-düşünməyəcəyini gözaltına almadan yazını bilgisayara diqtə etməyə qərar verdim. Ona görə ki, mənbu silsiləni başlayanda açıq şəkildə bəyan etmişdim ki, içimdə olan ADAMhaqqında yazıram. Onu görüb, tanıyıb, qəbul etdiyim kimi də oxucuya təqdim edirəm.Bu mənim baxış bucağımdı. Hər kəs öz məntiqində haqlı olduğu kimi, mən də buhaqqımdan istifadə edirəm...

Onda DağlıqQarabağ hadisələri başlanmışdı... onda müharibənin "daş dövrü" artıqgündəmdən çıxır, yerini top-tüfəng tuturdu... Hələ onda Xankəndində Azərbaycanbayrağı dalğalanırdı... Və hələ onda Dağlıq Qarabağda o vaxtkı Azərbaycan hökumətininnümayəndələri işləyirdilər və o nümayəndələrin arasında cavan bir oğlan da varidi...

Hə, indiki kimiyadımdadı. Başqalarından, yəni Bakıdan ezam olunmuş digər məmurlardan fərqliolaraq bu cavan oğlan Dağlıq Qarabağa o vaxtkı Azərbaycan komsomolunun xətti iləgəlmişdi. Bəlkə də məhz həmin xətt ilə gəldiyindən idi ki, onun qaynarlığı, birçox məqamları, xüsusilə kimlərinsə çemodanlarını gəzdirməyi qəbul etməməyi dərhalözünü büruzə verirdi. Söhbətlərində də, davranışında da bir sərbəstlik, bir daxili əminlik hakim idi.Nədənsə Dağlıq Qarabağda fəaliyyət göstərən həmin təşkilatın nümayəndələriarasında mənim ona qanım daha çox qaynayırdı. Sadə şəkildə desəm, mənə elə gəlirdiki, bu cavan oğlan bəzilərinə nisbətənhadisələri daha real qiymətləndirir, hadisələrin inkişaf xəttini daha yaxşıgörür və torpağa, burdakı adamlara, yəni Qarabağın azərbaycanlı sakinlərinədaha çox ürək açır, daha çox güvənir. Üstəlik də, bu oğlan ərazidə fəaliyyətgöstərən sovet hərbi birləşmələrinin zabitlərinə qarşı sərt davranır, onlarıermənilərə yarınmaqda açıq şəkildə ittiham etməkdən çəkinmir...

Mən bunlarıgörürdüm və hiss edirdim ki, onun sərbəstliyi bu gün adını çəkmək istəmədiyim bəzisabiq məmurların ürəyincə deyil. Amma obuna iynə ucu boyda da narahat olmurdu. Əksinə, həm Xankəndinin özündə, həmŞuşada, gecələdiyi (Təşkilat Komitəsinin bir çox üzvləri, o cümlədən də burayaezam olunan müxtəlif qurumların təmsilçiləri Şuşada pansionatda gecələyirdilər - Ə.M.) vaxtlardada onun çılğınlığını, yarınmaq istəyənlərə yerini tanıtması artıq çoxlarınındiqqətini çəkmişdi. Bax, həmin o gündən tanımağa başladığım, ürəyimə, yaddaşımaköçürdüyüm bu oğlanla bir də Qarabağ işğal ediləndən sonra qarşılaşdıq. Onu Bərdədəgördüm. Burda qaçqınlarla bağlı keçirilən bir tədbirdə o da çıxış etdi vəbildirdi ki, adamlara öncə inamı, ümidi qaytarmaq lazımdı. Hər kəs bilməlidiki, onun əsas məqsədi, əsas məramı doğulduğu torpağa qayıtmaq olmalıdı.

Bəli, mən buçıxışı dinlədikcə digərlərinin pafoslu, bir az da kimlərəsə xoş gəlmək üçün əzilib-büzülübbər-bəzək verdikləri sözlərin necə sabunköpüyünə bənzədiyini də görürdüm. Aydınca hiss olunurdu ki, kim və hansı məqsədüçün danışır, fikirlərini nəyə, hansı günə hesablayırdı. Təəssüf ki, biz bəzəngerçəyi deməyə özümüzdə cəsarət tapa bilmirik, ya da gerçəyi o vaxt deyirik ki, artıq o, özgerçəkliyini arxada qoymuş olur. Yəni hamı onugörür və ötüb keçir. Amma vaxtında deyiləndə ən azı yaddaşlara yazılır.Bax, bu mənada mənim Bərdədə ikinci dəfə qarşılaşdığım həmin o köhnə tanışım həqiqətəngerçəyi deyirdi. Bu gün də o gerçəyə hamımızın ehtiyacımız var və hamımız dabilməliyik ki, biz doğulduğumuz torpağa qayıdacağıq!..

Sonra həyat biziAğcabədidə qarşılaşdırdı. Bu dəfə artıq o, bir rayonun rəhbəri idi. Mən, təbiiki, qonaq kimi öz həddimi və yerimi bilərək müəyyən məsafədə dayanmağıbacarıram, Ağcabədidə də həmin o məsafəni saxladım. Ancaq Şahin müəllim ərklə əlimisıxanda bildim ki, o "köhnə tarix" az da olsa öz işini görə bilib. Vəmən də Dağlıq Qarabağın "şinelindən" çıxdığım üçün o, məni özünə, özdairəsinə yaxın kimi qəbul edir. Təbii ki, bu böyük diqqət idi və mən o diqqətiüzərimdə hiss etdiyim üçün keçib gəldiyim yolun bütün nöqtələrini zaman-zamanyaddaşımda gözdən keçirir, ötənlərlə gələnlərin arasındakı körpünün hansı özülüzərində, hansı sütunlar üstündə dayandığını unutmamağa çalışıram. Yəni 20 ildən artıqdı ki, tanıdığım bir insanınkeçdiyi yol onun halal inamının, halal əqidəsinin və dönməz prinsipiallığının bəhrəsiidi. Mən də o yolun müəyyən hissələrini həm şahid, həm də müşahidəçi kimi izləyəbilmişdim. Üstəlik, yaddaşımda gənc bir komsomol kadrı kimi yer tutan bu oğlanıbu gün məhz həmin o təpərlə, həmin o od-alovla, bir də tutduğu vəzifəyə güvəncləqurub-yaratmaq istedadının ötəri olmadığını təkrar anladım, yenidən ən incənöqtələrinə qədər dərk etdim. Təbii ki, Ağcabədinin timsalında! Və üstəlik onun bir vətəndaş, bir iqtidar nümayəndəsiolaraq hər kəsə yanaşma məharəti, hər kəslə dil tapıb qoyulan məqsədə çatmaqistedadı məni, tam səmimiyyətimlə deyim ki, həm təəccübləndirdi, həm dəsevindirdi. Bu iki nüans sizə qəribə gələ bilər. Çünki təəccübdən sevinmək hər addımdaqarşılaşdığımız hal deyil. Mən ona görətəəccübləndim ki, bu gün uzaqdan, yaxından tanıdığım məmurlar var ki, onlar 10il, 20 il bundan əvvəl sahibi olduqları, qazandıqları bilginin üzərindədayanmaqla kifayətləniblər. Bir iynə boyu da olsa irəli getməyiblər. Amma Şahinmüəllim təmsil olunduğu və əqidəsinə çevirdiyi inancın ardınca öyrənə-öyrənə,yeniliklərdən xəbərdar ola-ola və bəzən də yeni ideyanı özü səsləndirməklətutduğu vəzifəni, təmsil etdiyi iqtidarı daha da hörmətli edir. Bax, buna dasevindim. Deməli, təəccüblə sevincin bir yerdə olması mümkündü. Və...

İndi yolum Ağcabədiyə düşəndə onunla həmsöhbət olur,onun gördüyü işləri bir jurnalist, bir qonaq kimi yaddaşıma köçürürəm. Çünki mənimgözümün qarşısında Qarabağın aran bölgəsində bir şəhər tikilir, böyüyür, tərəqqiedir. Hər kəs bunu etiraf etməlidi ki, bu günün Ağcabədisi 10-15 il bundan öncəkiAğcabədini tarixin arxivinə verib. Yeni doğulan və orta məktəbin ilk siniflərinəqədəm qoyan uşaqlar indi müasir Ağcabədinin sakinləridilər. Onlar ancaqyaşlılardan, böyüklərdən keçmiş Ağcabədi barəsində nağılvari xatirələr eşidibdinləyə bilərlər, ya da şəkillərlə, video-lentlərlə o günlərə qayıtmaqmümkündü.

Hər kəs belə birfikir səsləndirə bilər - görülən bu işlər əslində rayon rəhbərinin birbaşa vəzifəsidivə Şahin Məmmədov da belə götürəndə öz vəzifəsini icra edir, burada qeyri-adiheç nə yoxdu. Mən də bu fikirlərlə razıyam, ancaq bir şərtlə. Uzağa yox, eləAğcabədinin çevrəsində olan rayonlara diqqət yetirək. Həmin vəzifəninrayonlarda da icraçıları var. Bəs onda nədən qaynaqlanır bu fərq? Təbii ki, peşəkarlıqdan,torpağa bağlılıqdan, məsuliyyət hissini dərk etməkdən, təmsil olunduğuniqtidara böyük inamdan və nəhayət göstərilən etimaddan!!! Çox qəribədi ki, bax,bütün bunlar toplum halında bütün məmurlarda yoxdu. Ancaq o insanlarda, o məmurlardabunlar bütünlüklə mövcuddu və ifadə olunur ki, onlar həqiqətən öz kimlikləriniyüzə-yüz dərk edir, öz vəzifələrini böyük hərflərlə yazılan iqtidar mənsubukimi həyata keçirirlər. Deməli, mənim üçün də Şahin Məmmədov bugünkü iqtidarınməhz böyük hərflərlə adı, ünvanı göstərilən mənsublarından biridi. O,komandasına sədaqəti və xidməti ilə birbaşa öz xalqına da, öz torpağına da xidmətedir.

Bəli, mən Xankəndindətanıyıb Şuşada ağır günlərin birgə şahidi olduğum, Bərdədə yenidən görüşübAğcabədidə yenidən kəşf etdiyim içimdə olan Şahin Məmmədovun kiçik portretinicızmağa çalışdım. Amma yenə etiraf edim ki, onun tutduğu vəzifə mənə içimdəolanları, ağlımda qərar tutanların hamısını olduğu kimi yazmağa, ifadə etməyəimkan vermədi. Ona görə ki, bura Azərbaycandı və burda vəzifəli şəxs barəsindəyazılan hər bir yazıya hərə öz eynəyinin arxasından baxır. Ancaq olsun! Mən sadəcəbu illər boyu içimdə yaşatdığım duyğuların, xatirələrin diqtəsi olan müəyyənnüansların vərəqini çevirdim. Demək istədim ki, tutduğu vəzifəsindən asılıolmayaraq, mənim iç dünyamda Şahin Məmmədov adlı, soyadlı bir İNSAN var və mənimləbirlikdə illərdən illərə keçir. Özü də onun da, mənim də doğum tariximizin ili,ayı, günü üst-üstə düşür. Bax, elə bu yazı da hardasa mənim ona ad günü hədiyyəmdi.Təbii ki, onun ürəyincə olsa!..

Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV