Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | DÜZ SÖZ ƏYRİ QULAA NECƏ GİRSİN? Adalet.az | DÜZ SÖZ ƏYRİ QULAA NECƏ GİRSİN? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÜZ SÖZ ƏYRİ QULAA NECƏ GİRSİN?

16064    |   2008-08-03 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

, aylar qovhaqovla qışı, yazı yola salıb elimizə yay fəslini gətirdi. Atmosferə saysız-hesabsız kənar müdaxilələrdən təngə gələn təbiətsə cin atına minib gah sağa, gah sola çapmağa başlayıb. Gündə bir oyun çıxarıb mövsümə uyğun olmayan iqlim sərgiləyir ki, bəlkə insanlar ağıllansın, Tanrının səbriylə bu qədər oynamasın. Dünyanın bir yerində güclü qasırğalar tüğyan edir, o biri səmtində zəlzələlər aləmi lərzəyə salır. Qabarmalar, çəkilmələr adiləşib. Avropanın bir hissəsini yenə su basıb. Təbii fəlakət üzündən malından-canından keçən insanlar çoxalıb. Yabançılar, nələri varsa, bəri başdan sığortalamağa adətgərdədir. Çünki elə hallarda də-yən zərərin qarşılığı ödənilir. Ukraynada son daşqınlarda insan itkisi də oldu. Nə yazıq ki, ölənləri sığorta ilə həyata qaytarmaq mümkün deyil. Yenə onlara min şükür. Heç olmasa, çay suyunda boğuldular. Amma yayın cırhacırında Keşlədə ka-nalizasiya çirkabı əhalinin həyətinə, mənzilinə hücum çəkəndə qəsəbə sakinləri üfunət içində məhv oldular. Bu, təbii fəlakət deyildi. Məmur özbaşı-nalığının, laqeydliyinin, vətən-daş məsuliyyətsizliyinin, eləcə də məntiqsiz, əsassız sərən-camların, yerlərdə bala bəylərin, müxtəlif əyintilərə təmən-nalı göz yumma əməllərinin məntiqi nəticəsiydi. Kanalizasiya kollektorlarının üstündə, yüksək gərginlikli elektrik xətlə-rinin altında, dəmir yollarının qonşuluğunda, magistral su, neft, qaz kəmərləri keçən ərazilərdə, köhnə neft-qaz quyularının yerində evlər, müxtəlif ticarət obyektləri tikmək mərəzi günümüzün reallığıdır. Qəza baş verəndə də deyirlər ki, dövlət niyə yardım etmir, hökumət hara baxır? Bəs, sən hara baxırsan, ay vətəndaş? Bu evləri hökumət tikmir ki, sən tikirsən, sənin qonşun, yaxınların, qohumların tikir. Gecəqondular ictimai nəzarətsizlik olan yerlərdə ucalır. Hökumətin ən böyük gözü ictimai nəzarət olmalıdır. Yəni sən, mən olmalıyıq. Biz isə məmurun gözünü bərk-bərk bağlayıb cibinin yolunu ra-hatca tapırıq. Elə ki, onu rüşvət adlı iştah dərmanına alışdırdıq, daha heç nədən çəkinmirik, qorxmuruq. Xəbərdar edirlər ki, bu sahədə tikinti aparmaq olmaz. Çünki kommunikasiya xətləri keçir, yaxud vulkanik ərazidir, hər an palçıq püskürə bilər. Tez əlimizdəki rəsmi sənədi maraqlananların gözünə soxuruq ki, icazə almışıq. Pulunu verib, kimlərisə şirnikləndirib bir parça möhürlü kağıza sahib olmuşuq. İndi nə desələr, anlamaq müşkül. Məntiq, düşüncə tərzi fərqlidir. Əyri qulağa düz söz girməz, axı. Ya sözünü dəyişməlisən, ya da qulağı burmalısan ki, bəlkə düzəlsin. Amma qulaq zəhrimar da burulmaqla heç düzələn deyil. Düzəlsə gözümüzün qabağında bu qədər yekə qulaqlar kəsilib atılmazdı. Belə işdə çətini birinə güzəşt edincədir. Sonra görürsən ki, ətrafda yaşıl təpələr qalmadı, badam, zeytun bağları düzəngaha çevrildi. Xəzər sahilinə çox yerdə nəinki təbiət aşiqləri, heç xəzri-gilavar küləkləri da yaxın düşə bilmir. Qanunlara məhəl qoymadan dənizlə aramızda Çin səddi çə-kilir. Hasarlanan ərazilərin öz sahibləri var. Bayırdan görün-məyən o məkanda adı başqa, səmti başqa küləklər əsir. Əkilən ağaclar da ruhən bizə yaddır, ortalıqda dolaşan adamlar da yabançıdır... Bizsə rüşvətxor məmuru göz bəbəyi kimi qoruyur, bəsləyir, əzizləyirik. Günün birində şəxsi maraqlarımıza bir balaca toxunanda haray salırıq ki, hökumət hara baxır?
   Amma indi o vaxt deyil, qardaş, ayılmalıyıq. Kiməsə arxalanıb bir ilə qanunsuz tikdiyini qanuna söykənib bir gecədə sökürlər. Hündür binaların qəzalı olduğu aşkarlananda necə uçurulduğunu görmədinmi? Qorxudan yaxın gəlib "bura mənimdir", deyən də tapılmadı. Bilir ki, vaxtında düz iş görməyib, haqsızdır. Haqsızlıq elə bir bataqlıqdır ki, içində hərəkət etdikcə daha çox batırsan.
   
   ***
   
   Bakıya səmadan baxanlar onu nəhəng inşaat meydançasına oxşadır. Hər yanda tikinti-abadlıq işləri aparılır. Bu yaxşıdır. Yaxşı işin içində pis olan odur ki, inşaatın hesab-kitabı düz deyil, səliqə, özəl dəst-xətt, tikinti mədəniyyəti hiss olunmur. Yeni və yersiz tikilən binaların nəticəsində şəhərsalma prinsipləri pozulur, mütəxəssis rəyi nəzərə alınmır, mərkəzdə həddən artıq sıxlıq yaranır. Halbuki, bir neçə darısqal küçəni plana salıb sakinlərini yeni binalara köçürməklə mər-kəzdə geniş prospektlər yarana bilərdi, avtomobillərin, piyada-ların hərəkəti rahatlaşardı. Zərifə Əliyeva küçəsinin bir yanında əllinci-altmışıncı illərin beşmərtəbəli yaraşıqlı binaları ucalır. O dövrün də öz üslubu, öz havası var, axı. Bu binalarda mədəniyyətimizin, elmimizin görkəmli simaları yaşayıb yaratmışlar. Bakılılar onları "monolit", "alimlər evi", "yazıçılar evi", "bəstəkarlar evi" adı ilə tanıyırlar. Küçənin o biri tayında kiçik binaları yıxıb yerində hündürmərtəbəli evlər ucaldır-lar. Bir memar istəyirəm ki, şəhərsalma baxımından bunun doğru olduğunu izah etsin. Axı, küçənin sağı-solu həmahəng olmalıdır. Asəf Zeynallı adına musiqi məktəbinin harada yerləşdiyini yəqin ki, çoxları bilir. Bu küçənin də adı bir əsrdə bir neçə dəfə dəyişib. İndi şair-dramaturq İslam Səfərlinin xatirəsini yaşadır. Küçə o qədər dar ki, kənarlarında maşın saxla-yanda hərəkət iflic olur. İndi Bakı göydələnlərinin yeni ünvanlarından biri də o küçə-dir. Məşhur "Bakı, sabahın xeyir" mahnısının sözləri də İslam Səfərlinindir. Hündür binaların tikintisi bu minvalla davam edərsə, şair İslam küçəsinin günəşə həsrət qalacağı kimsədə şübhə doğurmasın. Bu barədə mətbuatda çox yazılır, televiziya verilişlərində bəzən memarlar da gileylənir. Nə olsun? Dəyirman əvvəlki tək öz işindədir. Bakıda xəndək qazılan kimi, mənzillərin satışı baş-layır. O evlər bizim, yəni Bakı sakinlərinin pulu ilə tikilir. Bəs, şəhərin mərkəzi hissəsində evlərin çoxalmasından narazı qalan kimlərdir? Yenə şəhər sakinləri. Alan da, satan da biz özümüzüksə, onda kimdən kimə gileylənirik Bu tikintilərin təkcə yeri yox, sənədləşməsi də xətalıdır. Hansı tikinti şirkəti müqavilə şərtlərində inşaatın nə zaman təhvil veriləcəyini konkret olaraq göstərir? Və əgər iş aylarla, illərlə uzanırsa, buna görə kim məsuliyyət daşıyıb? Müqavilədə mənzilin yüz faiz dəyəri ödənilib ifadəsi yazılır, amma o yüz faizin məb-ləği nə rəqəmlə, nə sözlə açıqlanmır. Nağd alınan pulla qəbz-də qeyd olunan rəqəm uyğun gəlmir. Yeni binaların mənzil-kommunal haqlarını kooperativ üzvləri yox, kooperativ sədrləri müəyyən edir. Bu haqda da hamı danışsa da heç nə dəyişmir. Bir ara mikrorayon camaatının şikayətlənmədiyi yer qalmadı ki, həyət-bacada yer qalmadı. İçlərindən gələnləri "İç xəbər"ə də danışdılar. Dedilər ki, vax-tilə tikilmiş 5-9 mərtəbəli binaların əhatəsində hündür evlərin inşası yolverilməzdir. Uşaqların oynamasına, idmanla, bədən tərbiyəsi ilə məşğul olmasına imkan yoxdur. İdman meydançalarında yeni evlər tikirlər. Nəticəsi nə oldu? İnşaat işləri bir qədər də geniş sürətləndi. İctimai rəy və şəhərin Baş memarlıq planı nəzərə alınmadan zor gücünə ucaldılan yaşayış binalarınin sayı artanda, ağaclar kəsiləndə, yaşıllıqlar məhv ediləndə dövlətə pənah gətirən vətəndaşın içində ədalətin zəfər çalacağına ümid azalır. Təkcə sıravi vətəndaş yox, dövlətçiliyimiz də bundan itirir. Şəhərdə bütün işıqlar yanmasa da heç nə olmaz. Əsrlərlə bəşəriyyət elektrik işığının nə olduğunu bilməyib. Əsas odur ki, içimizdəki ümid çırağının sönməsinə yol verməyək.
   
   ***
   Turizmin inkişafına çalışırıq. Dənizimizlə öyünür, onun müalicəvi suyundan ağızdolusu danışırıq. Aləmə car çəkirik ki, gəzməli, görməli yerlərimiz, qızıl qumluqlu sahillərimiz var. Abşerona gəlin, Xəzərin ləpələri sizi gözləyir. Bir yandan da hər il sanitar xidmətinin əmək-daşları rəsmi məlumat yayırlar ki, çimərliklər istifadəyə yarar-sızdır, dəniz yoluxucu xəstəliklər mənbəyidir, suya girmək sağlığınız üçün təhlükəlidir. Müayinə zamanı suda yoluxucu xəstəliklərin mikrobları aşkarlanıb. Bu il də həkimlər eyni həyəcan təbilini çaldılar. Sahil-dən uzaq gəzməyi tövsiyə etdilər. Saytlarda bu xəbərdarlığı oxuyan turistlər Abşerona gələrmi? Dənizə girilmirsə, sa-hildə dincəlməyin nə mənası var?
   Bazar günü bir çimərlikdə idim. İynə atsan yerə düşməzdi. Böyüklü-kiçiklü ağına-bozuna baxmadan hamı suya baş vururdu. Belə çıxır ki, millət yoluxucu xəstəliklərə tutulmaqdan qorxmur. Demək, sanitar həkimlər öz vəzifələrini xəbərdarlıqla bitmiş hesab etdilər. Xəzərə girilməz deyib, yaxalarını kənara çəkməklə iş bitmir, axı. Dəniz suyu infeksiya mənbəyidirsə, çimərliklər rəsmən niyə qapanmır? Yox, əgər sağlıq durumuna elə bir ciddi təhlükə yoxdursa, əbəs yerə təlaş yaratmaq, turistləri qaçaq salmaq kimə və nəyə lazım? İldən-ilə eyni məlumatı yaymaqda həkimlərin qəsdi nədir?
   
   ***
   
   Bir vaxtlar deyərdilər ki, Amerikanın sərvəti onun yollarıdır. Çox istərdim ki, bir gün bu sözləri Azərbaycan barədə də desinlər. Prezident bunun üçün ilk addımı atdı. Onun təşəbbüsü ilə yollar genişlənir, yeni körpülər salınır. Bütün istiqamətlərdə magistral yolların üst örtüyü yenilənir, işıqlanma gücləndirilir, ətraf abadlaşdırılır. Azərbaycanda ilk dəfə tökmə betonla hava alanına yeni yol çəkildi. Mərdəkan yolu enlənir, asfalt örtüyü təzələnir. Yan-yörədə maneçilik törədən nə varsa sökülür. Bu haqda sərəncam verən prezidentdir, yolu çəkən fəhlələr, iş icraçıları, mühəndislərsə bizik. Gəlin, insafı əldən verməyək. Yolu birillik yox, biryolluq çəkək. Mayasına haram qatıb özümüzü aləmə güldürməyək. İşi vicdanla görək ki, ölümüzə, dirimizə söyməsinlər, rəhmət oxusunlar. Dünya qiymətləri ilə iş görürüksə, dünya səviyyəsində ortaya əsər çıxaraq. Onsuz da məmləkətin sərvətinə göz dikən çoxdur. Biz də Azərbaycanın sərvətini mənimsəyənlərdən olmayaq. Vətənə sərvət, şöhrət qazandıranların sırasını artıraq. Belə olsa, günün birində deyərlər ki, Azərbaycanın sərvəti təkcə neft, qaz deyil, həm də onun yollarıdır.
   
   ***
   
   Bu vətən bir ovuc adamın, ya da böyük əksəriyyətin deyil, hamınındır. Torpağı, havası, suyu, bütün təbii sərvətləri ilə cümlə vətəndaşındır, toplumundur, xalqındır. Kütləvi informasiya vasitələri nüfuzlu xitabət kürsüsüdür, xalqın üzünə qapana bilməz. Bu kürsüdən səhər-axşam bir ovuc ləbbeyk deyən, saxtakar, qərəzçi, xəbərçi eyni avazla danışarsa, məmləkətin həqiqi durumu, mövcud reallıq pərdə arxasında qalar. Yalan, böhtan, şər, qərəzli məlumatlar üzərində qurulan proqnozlar yanlış nəticələrə gətirib çıxarar. Dövlətçiliyə ən böyük zərbə də bu olar. Xəstə düz müayinə olunmasa, tədavisi çətinləşər. Əgər seçkilərdə hamını səsverməyə çağırırıqsa, hər kəsin səsini eşitməyi də bacarmalıyıq. Kimsənin dərdinə biganə qalmayaq ki, bizə də laqeyd olmasınlar. Varlının da, kasıbın da, güclünün də, zəifin də, yaxşının da, pisin də, böyüyün də, kiçiyin də diqqətə ehtiyacı var. Yazını bitirməliyəm, amma sözümü yekunlaşdırmadım. Bu mövzu bitən deyil ki. Davamı sonraya qalsın.


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK