adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Dekabr 2014 19:20
2099
GÜNDƏM
A- A+

Şeyx dindarları seçkiyə çağırdı

Şeyxdən seçki açıqlaması

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı dindarlara müraciət edib.


Şeyxülislam Məhəmməd Peyğəmbərin vəfatının ildönümü ilə bağlı QMİ-də keçirilən tədbirdə ölkə dindarlarını bələdiyyə seçkilərində iştiraka çağırıb.


A. Paşazadə bildirib ki, sabah keçiriləcək seçkidə dindarların iştirakı dövlətçiliyə dəstəkdir: "Mən üzümü dindarlara tutub deyirəm: kimə səs verəcəksiniz, öz işinizdir. Amma hamı gedib seçkidə iştirak etsin. Çünki bu, dövlətçiliyimizə dəstək deməkdir”.