adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Dekabr 2014 19:19
2626
GÜNDƏM
A- A+

İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Akihitoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və firavanlıq arzulayıram".