adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Dekabr 2014 19:12
3421
GÜNDƏM
A- A+

Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Türkiyənin Azərbaycandakı səfirliyi bu ölkəyə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Xəbərdarlıq Türkiyədə yeni qəbul olunmuş "Xaricilər və beynəlxalq qoruma qanunu”nun yeni ildən qüvvəyə minməsi ilə əlaqədardır.

Qeyd olunur ki, 2015-ci ilin 1 yanvar tarixindən etibarən Türkiyəyə getmək istəyən xarici vətəndaşların pasportunun və ya pasportu əvəz edən sənədlərinin etibarlılıq müddəti bu ölkədə qalmaq üçün viza və ya icazə müddəti bitdikdə sonra da 60 gündən az olmamalıdır.

Sənədlərinin etibarlılıq müddəti bu şərtlərə cavab verməyən xarici vətəndaşların Türkiyəyə girişi qadağan olunub.