adalet.az header logo
  • Bakı 20°C
22 Dekabr 2014 18:16
3318
MƏMLƏKƏT
A- A+

Bilik Fondu Abşeronda yerli əhali ilə görüş keçirib

Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları Abşeronda yerli əhali ilə görüşüblər. 

Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Fuad Cəbrayılov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yalçın Fərəcov, Bilik Fondunun Abşeron rayonu üzrə nümayəndəsi Teyyubə Hüseynova və rayon ictimaiyyəti iştirak edib. 
Bilik Fondunun yerli nümayəndəsi T.Hüseynova rayon ziyalılarının Fondun bütün ölkəni əhatə edən fəaliyyətini yaxından izlədiklərini bildirib və bundan sonra da olduqca səmərəli işlər görüləcəyinə əminliyini ifadə edib. Fondun Abşeron rayonunda maarifləndirmə istiqamətində layihələr həyata keçirməsi üçün hər çür şərait yaradıldığını deyən T.Hüseynova Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə nəşr olunan bukleti iştirakçılara təqdim edib. Bukletdə Abşeron rayonu ərazisində yerləşən tarixi adidələr, rayonun görkəmli şəxsiyyətləri haqqında məlumatlar yerləşdirilib. 
Bilik Fondunun yaradılmasını ölkə başçısının təhsilə və maarifçiliyə böyük töhfəsi kimi dəyərləndirən icraçı direktor O.Səmədov azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması işinə bölgə ziyalılarının cəlb olunmasının vacibliyini vurğulayıb.