adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Dekabr 2014 18:02
5513
MƏDƏNİYYƏT
A- A+

Almaniyada Azərbaycan mədəniyyəti günü keçirilib

Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası Almaniyanın Yena şəhərində "Azərbaycan mədəniyyət günü” adlı tədbir keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Adalet.az-a verilən məlumata görə, Fridrix Şiller adına Yena universitetində təşkil olunmuş tədbirdə Türingiya vilayətinin müxtəlif universitetlərində təhsil alan alman və digər millətlərdən tələbələr, eyni zamanda yerli sakinlər iştirak edib.

Tədbirin aparıcısı Şəlalə Yusifova iştirakçıları salamladıqdan sonra Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Alı Adıgözəl söz alıb. Təşkilatın rəhbəri Azərbaycanın tarixi haqqında ümumi məlumat verib. O, Azərbaycanın dünyada gənc ölkə kimi tanındığını, lakin ölkəmizin tarixi dövlətçilik ənənələrinə malik olduğunu da bildirib.

Sonra təşkilat üzvlərinin Azərbaycan haqqında hazırladığı materiallar təqdimat olunub.

Tədbirin sonunda iştirakçılar Azərbaycan stendində ölkəmizi əks etdirən müxtəlif kitablar, jurnallar, fotolar və milli geyimlərlə tanış olub