adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Dekabr 2014 17:59
5985
MƏDƏNİYYƏT
A- A+

Bakı Asiyanın ən yaxşı turistik məkanları siyahısında

Amerikanın dünyaca məşhur səyahət saytı olan "Tripadvisor"un apardığı tədqiqatlar nəticəsində Azərbaycanın paytaxtı Bakı şəhəri 2014-cü ilin yekunlarına əsasən ən yaxşı turizm məkanlarından biri hesab edilib.

Adalet.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən bildirir ki, Bakı Asiya regionunda "Yüksələn turizm məkanları" kateqoriyasında 6-cı yer tutub. 

Araşdırma səyahət etdikləri bu və ya digər ölkə və ya şəhər barədə öz təəssüratlarını bölüşmüş milyonlarla turistin rəylərinin təhlili əsasında aparılıb. Yuxarıda qeyd edilən "Yüksələn turizm məkanları" kateqoriyası ilə yanaşı, bu kateqoriya üzrə ən yaxşı mehmanxanalar, çimərliklər, restoranlar, adalar və s. müəyyən edilib.