adalet.az header logo
  • Bakı 20°C
22 Dekabr 2014 17:12
5256
MƏDƏNİYYƏT
A- A+

Avropa Oyunları ilə bağlı otellərin təsnifatı sürətləndirilir

2015-ci ildə Bakı şəhərində keçiriləcək "I Avropa Oyunları" ilə bağlı Bakı və Mingəçevir şəhərlərində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı sürətləndiriləcək və təsnifatdan keçən obyektlərin sayı artırılacaq. Adalet.az Mədəniyyət və Turizm Nazirliyinin saytina istinadən bildirir ki, mehmanxanalarda xidmət səviyyəsinin daha yüksəldilməsi məqsədilə Azərbaycan Turizm İnstitutunda, Bakı Peşə Məktəbində və Mingəçevir Turizm Kollecində bu sənayedə çalışacaq ixtisaslı kadrların hazırlığı davam etdirilir. Hər il mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri və respublikamızın turizm potensiallı regionlarında mehmanxana sənayesi işçiləri üçün Türkiyə Respublikasından dəvət edilmiş ekspertlər tərəfindən təlimlər keçirilir.

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatını aparılır.

Qeyd edək ki, təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "HotelStars Criteria 2010-2014" uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" Azərbaycan Dövlət Standartına uyğun həyata keçirilir.

2014-cü il ərzində 42 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçərək onlara müvafiq ulduz dərəcələri verilmişdir. Hazırda ölkə ərazisində ulduz dərəcəsi qüvvədə olan mehmanxanaların sayı 79-dur. Onların 56-ı Bakı şəhərində, 23-ü isə respublikamızın digər rayonlarında fəaliyyət göstərir. Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin 23-ü beş ulduz, 41-i dörd ulduz, 12-i üç ulduz, 3-ü isə iki ulduz kateqoriyasına uyğundur.