adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Dekabr 2014 16:57
12700
ŞOU-BİZNES
A- A+

Ceki Çan oğluna görə üzr istədi

Məşhur aktyor Ceki Çanın oğluna qarşı Pekində narkopriton saxlamaq barədə rəsmi ittiham irəli sürülüb. Çinin Ali Xalq Prokurorluğunun itihamı ilə 32 yaşlı Ceysi Çan məhkəmə qarşısına çıxarılacaq. Fan Tszyumin adı ilə də tanınan Ceysi sentyabrda Pekində tanınmış Tayvan kino aktyoru, 23 yaşlı Çjendunla birlikdə saxlanılıb. Onlar narkotik testindən keçiriliblər. Saxlandıqdan sonra polis Ceysinin mənzilində axtarış aparıb və oradan 100 qram marixuana aşkar edib." Reuters" agentliyi xəbər verir ki, Çin prokurorluğunun məlumatına görə, Ceysi barəsində narkopriton saxlamaq, narkotikləri qəbul edənlərin gizlədilməsi üzrə cinayət işi açılıb.

Ceysini üç il həbs cəzası gözləyir. Dünya şöhrətli C.Çan oğlunun davranışına görə üzr istəyib.