adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

YANIQ KƏRƏMi

VAHİD ƏLİFOĞLU
24652 | 2008-07-19 00:39
... Kərəm yuxudan çox gec oyandı. Oyanandan sonra yerin içində bir xeyli eşələnib divardakı saata baxdı. On birə işləyirdi. Durub oturdu. Ərincək-ərincək, uzun-uzadı əsnəyib, artıq dazlaşmaqda olan peysərini şirin-şirin qaşıdı...
   ... Dünən bütün günü ayaq üs tə olmuşdu. Əzalarının demək olar ki, hamısı ağrıyırdı. Bir tərəfdən də əng dişlərindən hansısa fasilə vermədən sızıldayırdı. Necə deyərlər tam dilxorçuluq üçün səbəblər saysız-hesabsız idi... Kərəm Qaz idarəsində qaz pulu yığan işləyirdi. Dü nən kvartalın axırıydı. Təhkim olduğu ərazini qarış-qarış gəzmiş, bir xeyli pul yığmışdı... Kərmin yaşı otuzla qırx arasında olardı. Hündürboy, yaraşıqlı bir oğlan və yaxud da kişiydi. Bircə nöqsanı var idi ki, iki-üç yaşında süd bişən qazanın üstünə yıxılıb, üzünün bir tərəfini yandırmışdı. İllər keçdikcə yanıq yerinin izləri az-maz itsədə diqqətlə baxanda hiss olunurdu. Elə ona görə də tay-tuşları, iş yoldaşları arasında "Yanıq" Kərəm kimi tanınırdı...
   ... Əlini atıb stulun başındakı paltarları bir-bir götürüb geyindi və çıxdı qapıya. Pilləkənin başında dayanıb gözlərini qıya-qıya artıq iki boy qalxmış yaz günəşini seyr etdi, sonra nəzərlərini aşağı endirib həyətə tamaşa etdi. Saçları ağlı-qaralı, ətli-canlı bir arvad yönü hasara paltar yuyurdu. Bu Kərəmin anası Anaxanım arvad idi... Kərəm anasına bir xeyli baxıb artıq neçənci dəfə öz-özünə dedi: "Bir halal süd əmmiş tapmadım ki, bu arvadın canını bu iş-gücdən qurtaram"...
   Dərhal da dediklərinə peşman oldu. Çünki elə o dəqiqə Mardakertli keşiş Vahanın qızı Əsli yadına düşdü. Uzun illər idi ki, Əslini sevirdi. Həftə səkkiz, mən doqquz günü Vahangildə keçirdi. Hətta çox vaxtı gecələr də qalırdı orda. Kərəmin Əslini sevdiyini bilməyən yox idi. Hələ aşıqlar mükəmməl olmasa da yüngülvari "Əsli və Kərəm" dastanı da qoşmuşdular"...
   Elə bu anda dişi bərk sancdı. Əlini üzünə aparıb bərkdən ufuldadı və yavaş-yavaş çökdü pilləkana. Anası ufultuya başını qaldırdı, əllərinin sabununu vannaya sivirib döndü, diqqətlə oğlana baxıb dedi:
   - Qurban olum ay oğul, noolub? Niyə ufuldayırsan? Haran ağrıyır?...
   Kərəm anasını key-key süzüb ağır-ağır qalxdı, keçdi içəri. Bir neçə dəqiqədən sonra saz əlində çıxdı həyətə. Həyətdə bir-neçə dəfə o baş, bu başa gərdiş edib, aldı görək "Göyçə gülü" üstə anasına hansı cavabı verdi:
   
   Dərdli sinəm odlu, közlü,
   Ay ana, dişim ağrıyır.
   Gecəm keçdi diri gözlü,
   Ay ana, dişim ağrıyır.
   
   Mən nə deyim baxt yazana,
   Qəmi yükləyib ozana.
   Başım dönübdü qazana,
   Ay ana, dişim ağrıyır.
   
   Kərəm kimdən Aman etsin,
   Hansı yerə güman etsin.
   Gedin, Vahan dərman etsi n,
   Ay ana, dişim ağrıyır...
   
   Anaxanım arvad hərif-zad deyildi ki, dünyanı yorub-yormuşdu. Bildi ki, diş ağrısı bir bəhanədi. Oğlunun könlünə Əsli düşüb. Əl atıb yerdən "Lotos" qutusunu götürdü, sıxdı sinəsinə və aldı görək "Gilənar" havası üstündə oğluna nə dedi:
   
   Hər çiçəyi üzəmmirəm,
   Get, dişini çəkdir, oğul.
   Ufultuna dözəmmirəm,
   Get, dişini çəkdir, oğul.
   
   Adam gərək can bəsliyə,
   Haray sala , yar səsliyə.
   Məndən saplam de, Əsliyə,
   Get, dişini çəkdir, oğul.
   
   Göy üzündən bulud yenə,
   Keçən günlər geri dönə.
   Anaxanım qur ban sənə
   Get, dişini çəkdir, oğul.
   
   Söz tamama yetdi. Anaxanım arvad "Lotos"unun dediyini sözünən də dedi. Dedi ki, oğul get, amma ehtiyatlı ol. Zəmanı qarışıb. Bu məssəlsizlərdən nə desən gözləmək olar... Doğrudan da bu o vaxtlar idi ki, Qarabağda it yiyəsin, arvad ərin tanımırdı... Kərəm maşını sürüb çıxdı yola. Anası bir parç suyu atdı arxasınca...
   
   Laylay deyirdi yatanda,
   Arzulara biz çatanda.
   Arxamızca su atanda
   Çox sevinir anam mənim...
   
   ... Kərəm maşını Yevlax yolununda bir xeyli saxlayıb gözlədi ki, bəlkə dığadan, haxçıdan düşər, benzin pulun çıxarar. Amma hardaydı dığa, haxçıx... Dastan dili yüyrək olar. Kərəm çatdı Mardakertin girəcəyinə. Postda iki-üç cavan erməni dayanmışdı. Əl elədilər Kərəm maşını saxladı. Dığalar Kərəmi tanıdılar. Nisbətən yaşlısı dedi:
   - Ara, yeznə gəlmisən, yaxşı eləmisən. Amma gərək gəlməyəydin. İndii Mardakert doludu "saqqallılarla". Əslini gör, tez qayıt. O it uşağının əlinə düşsən biz də kömək edə bilməyəcəyik...
   ... Kərəm şını sürdü Vahanın darvazasına, iki dəfə siqnal verdi. Darvaza açıldı. Vahan darvazanı tələsik bağlayıb gəldi Kərəmin yanına. Qucaqlaşıb öpüşəndən sonra Vahan dedi:
   - Ara, Kərəm, evin yıxılsın nə gəzirsən buralarda? Səni görsələr iri tikəni qulağın boyda edərlər...
   (Ardı var)
   
   

TƏQVİM / ARXİV