adalet.az header logo
  • Bakı 20°C
22 Dekabr 2014 16:07
10696
TEXNOLOGİYA
A- A+

I Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisi açılacaq

Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Müəllif Hüquqları Agentliyi və AMEA-nın birgə təşkilatçılığı ilə I Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisi açılacaq.

AMEA-dan verilən məlumata görə, sərgi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun həyata keçiriləcək.

İki gün davam edəcək sərgidə AMEA-nın institutları ilə yanaşı, Milli Aviasiya Akademiyası, "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Yüksək Texnologiyalar Parkı, Sumqayıt Texnologiyalar Parkı, Müdafiə Sənayesi və Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "ASAN xidmət” İnnovasiyalar Mərkəzi, Azərbaycan Texniki və Bakı Dövlət universitetləri, patent almış ixtiraçılar və digər sənaye sahələrində fəaliyyət göstərən özəl sektorun nümayəndələri özlərinin sərgi pavilyonları ilə təmsil olunacaqlar.