adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Dekabr 2014 15:39
5170
İQTİSADİYYAT
A- A+

PAŞA Bank beynəlxalq mükafatlara layiq görülüb

PAŞA Bank "Ən yaxşı investisiya bankı”(«Best Investment Bank») və "Ən yaxşı KOS bankı” («Best SME Bank») mükafatlarına layiq görülüb. Adalet.az Paşa Bankın rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, mükafatlar Paşa Banka Londonda "Financial Awards 2014" mükafatlarının rəsmi təqdimat mərasimində verilib.

PAŞA Bankın idarə heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımov qeyd edib ki, bu il bank kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsində aktiv mövqe tutub və Azərbaycanda ilk dəfə olaraq sırf KOS sektoruna xidmət göstərmək üçün xüsusiləşmiş şöbələr açıb. Məqsəd kiçik və orta sahibkarlara daha yaxın olmaq, onların istək və ehtiyaclarına uyğun xidmət göstərərək məhsulları təklif etməkdir.

Mükafatın təsisçisi - "International Finance Magazine" jurnalı dünyanın 150-dən artıq ölkəsində tanınır və dünya maliyyə bazarında baş verən əsas hadisələri işıqlandırır. Qərargahı London şəhərində yerləşən IFM hər il qeyd edilən sektorun inkişafına dəyərli töhfə verən dünya üzrə maliyyə təşkilatlarını mükafatlandırır.