adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Dekabr 2014 15:34
4419
İQTİSADİYYAT
A- A+

Azərbaycanda 2015-ci il üçün iqtisadi artım 3,5 faiz proqnozlaşdırılır

Asiya İnkişaf Bankı (AİB) 2015-ci il üçün Azərbaycanın iqtisadi artımını 3,5 faiz səviyyəsində proqnozlaşdırır, Bu barədə AİB-in Azərbaycan nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev bildirib.

N.Vəliyev deyib ki, bu rəqəmlər iqtisadi artım proqnozları barədə ilkin məlumatlardır: "İqtisadi araşdırmalar gələn ilin fevral ayında başa çatacaq və yekun rəqəmlər apreldə açıqlanacaq”. 

Qeyd edək ki, AİB Azərbaycanla bağlı  əvvəlki göstəricisi 4,8 faiz idi.