adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
22 Dekabr 2014 15:14
3383
DÜNYA
A- A+

Özbəkistan 5 ildən sonra aşağı palatanı təzələdi

Özbəkistan parlamentinin aşağı palatası-Ali Məclisin Qanunvericilik Palatasına keçirilən seçkilər başa çatıb.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov seçkilərin ilkin yekunları ilə əlaqədar jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, ilkin məlumata görə, 20,7 milyon seçicinin 18 milyondan çoxu seçkilərdə iştirak edib. Bu da seçicilərin 88 faizi deməkdir. O deyib ki, seçkiləri dünyanın 40-dan artıq ölkəsinin və beynəlxalq təşkilatların 300-dən çox nümayəndəsi o cümlədən 70 min yerli müşahidəçi izləyib.

Ölkə üzrə 135 dairənin, 9035 seçki məntəqəsinin fəaliyyət göstərdiyini deyən sədr hər dairədə orta hesabla 154 min seçicinin səs verdiyini vurğulayıb.

Azərbaycan parlamentinin deputatları Eldar İbrahimov, Aydın Abbasov seçkiləri Daşkənddə və Etibar Hüseynov isə Səmərqənddə izləyiblər.

Xatırladaq ki,  Özbəkistanda ikipalatalı parlament 2005-ci ildən formalaşdırılıb. Parlamentin aşağı palatası-Ali Məclisin Qanunvericilik Palatasında 150 deputat, yuxarı palata-Senatda isə 100 deputat fəaliyyət göstərir.

Sonuncu dəfə Ali Məclisə seçkilər 2009-cu ilin dekabrında keçirilib.