adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Dekabr 2014 15:20
3326
İDMAN
A- A+

Ronaldu Platinidən belə qisas aldı

Madridin "Real” klubunun hücumçusu Kriştianu Ronaldu klublararası dünya çempionatının finalından sonra Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platininin əlini sıxmaqdan imtina edib.

Rusiyanın NTV telekanalının xəbərinə görə, buna səbəb UEFA-nın prezidenti 2014-cü il üçün "Qızıl top”a Almaniya millisinin tərkibində dünya çempionu olmuş Manuel Noyerin layiq olduğunu bildirməsidir. 
Alman qapıçıdan başqa bu ad uğrunda məhz Kriştianu Ronaldu və Lionel Messi də mübarizə aparırdılar.

Qeyd edək ki, "Real” tarixində ilk dəfə Mərakeşdə keçirilən final oyununda Argentinanın "San-Lorenso” kollektivini 2:0 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının qalibi olub.