adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Dekabr 2014 14:39
7424
SAĞLAMLIQ
A- A+

O ki var bağırın!

Hirsinizi həmişə içinizdə boğmayın. Mütəxəssislər belə məsləhər görürlər. Adalet.az xarici mətbuata istinadən bildirir ki, amerikalı həkimlərin araşdırmalarına görə, həmişə əsəbini boğan, içəridən özünü "yeyən" insanlar xərçəng xəstəliyinin müxtəlif növlərinə, xüsusən də beyin xərçənginə tutula bilərlər. Odur ki, bacardıqca və ya imkan düşdükcə kimisə "qarmağa” keçirib ona o ki var bağırın. Yaxşı olar ki, hirsinizi elə sizi əsəbləşdirən adama tuşlayasınız. Əgər bunu edə bilmirsinizsə və ya sizi dəli edən müdirinizdirsə, başqa "qurban” tapa, bədəbəddə kimsəsiz yerdə boşluğa qışqıra bilərsiniz.

Ümumiyyətlə, mütəxəssislər bildirirlər ki, həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar. Özünü danlama, vicdanın həddindən artıq "oyaq” olması, nigarançılıq, bezginlik, tələskənlik əsəblərin zəifləməsinə səbəb olur.

Əsəb zəifliyi olan şəxslərdə adətən yuxusuzluq halları da müşahidə edilir. Belə şəxslər ilk növbədə yuxusuzluğa qarşı mübarizə aparmalıdır. Təsirli müalicə üsullarından biri açıq havada gəzinti, ilıq suyla çimmək, müxtəlif əyləncə ilə məşğul olmaqdır.

Bundan başqa bir sıra qidalar da əsəblərin möhkəmlənməsində yaxşı təsir göstərir. Buna görə də, armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, kahı, alma, zeytun yağı, təzə xama, pendir, badam içi kimi qida məhsullarını rasionunuzdan əksik etməyin!