adalet.az header logo
  • Bakı 17°C
22 Dekabr 2014 14:25
8839
TEXNOLOGİYA
A- A+

Ətir saçan telefon yaradılıb

Bundan sonra təkcə şüşə qablaşmalarda deyil, telefon vasitəsilə də ətirlənmək mümkün olacaq. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iPhone Duo adı ilə telefonun digərlərindən fərqi ətir saçmasıdır. Telefon 300 min qoxu yarada və yaya bilir.

Qeyd edək ki, bu telefonun qoxu yarada bilmə funksiyası ilk dəfə bu ilin iyun ayında təcrübədən keçirilmişdi. Fransadan ABŞ-a şampan şərabının və makaron qoxusu telefonla yollanmışdı.

Hazırda isə daha xoş qoxular əlavə edilib ki, mesaj gələndə və ya işarə siqnalları veriləndə seçilmiş qoxu ətrafa yayılır. iPhone Duo smart telefonlarının qoxu yayması üçün ona kiçik aparat quraşdırılır. Həmin aparatı isə 70 dollara almaq mümkündür.