adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Dekabr 2014 13:17
2711
MƏMLƏKƏT
A- A+

FHN Gəncədə müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi "Texniki Təhlükəsizlik-Aktual Suallar" mövzusunda müşavirə keçirib. Toplantıda qərb bölgəsi üzrə 9 rayonun nümayəndələri iştirak edib. Qeyd edilən sahədə fəaliyyət göstərən müəssisələrdə baş verə biləcək qəza və bədbəxt hadisələrin vaxtında qarşısının alınması, təcili tədbirlərin görülməsi, maarifləndirmə işinin düzgün aparılması qarşıda duran əsas vəzifələr kimi müəyyənləşdirilib. Çıxışlarda maye və təbii qaz təchizatı sistemində, taxıl məhsulları müəssisələrində, neft kimya və neft-qaz emalı obyektlərində texniki təhlükəsizliyin real vəziyyəti müzakirə olunub.

Qeyd edək ki, ötən aylar ərzində respublikanın qərb regionunda mövcud olan 74 təhlükə potensiallı müəssisədə texniki müayinələrin keçirildiyi və 440 qayda pozuntusunun aşkarlandığı vurğulanıb.