adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
21 Dekabr 2014 19:42
7441
MARAQLI
A- A+

Millət vəkilindən maraqlı kitab

Yeni Azərbaycan Partiyası Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə "Facebook”da yazdığı statusları toplayıb kitab halında nəşr etdirib. 


Adalet.az-ın verdiyi məlumata görə, bu barədə A.Mirzəzadə özünün "Facebook” hesabında məlumat yayıb: "Feysbuk səhifəmdəki "Müdriklik dərsləri” rubrikasındakı materiallar əasında 2014-cü ilin fevral ayında 200 dərsdən ibarət "Müdriklik dərsləri - I hissə” adlı kitab nəşr edildi.

Sonradan rubrika davam edildi və hal-hazırda səhifəmdə 348-ci material verilib. Gələcəkdə 201-600 saylı dərslər əsasında artıq 400 dəsrdən ibarət "Müdriklik dərsləri - II hissə” adlı kitab nəşr etmək istəyirəm.

Növbəti kitabın 2016-cı ilin fevral-martında işıq üzü görməyi gözlənilir.

Bu dəfə kitabın nəşrində yenilik etmək istəyirəm. Belə ki, kitabda materiallarla yanaşı sizlərin onlara verdiyiniz şərhlər də dərc ediləcəkdir. Etiraz edənlərin şərhləri verilməyə bilər”.