adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Dekabr 2014 15:10
3496
MƏMLƏKƏT
A- A+

Ötən 11 ayda 29,8 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 29,8 milyard manatlıq sənaye məhsulu istehsal olunub. 

Dövlət Statistika Komitəsindən bildiriblər ki, istehsal edilən məhsulun 70,4 faizi mədənçıxarma bölməsinin, 23,4 faizi emal bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür. Həmin müddətdə 38,4 milyon ton xam neft, 17 milyard kubmetr əmtəəlik qaz hasil edilib.
 
Emal bölməsində qida məhsulları istehsalı 0,9 faiz, içki istehsalı 9,1 faiz, geyim istehsalı 65 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 6,7 faiz, kimya sənayesi məhsulları istehsalı 28,3 faiz, tikinti materialları istehsalı 19,8 faiz, hazır metal məmulatlarının istehsalı 10,4 faiz, elektrik avadanlıqları istehsalı 21,8 faiz, idman və tibb avadanlıqları istehsalı 90 faiz artıb.