adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Dekabr 2014 10:41
3964
HADİSƏ
A- A+

Sumqayıtda yanğın 52 yaşlı kişinin ölümünə səbəb oldu

Sumqayıtda ötən gün axşam ölümlə nəticələnən yanğın hadisəsi baş verib. 

Adalet.az-n Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli,  4 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağında 1 ədəd çarpayı, ev əşyaları 6 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Seyidov Azad Bilmalı oğluna yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.