adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Dekabr 2014 20:26
4893
SİYASƏT
A- A+

“Terror qurbanlarına ayrıca statusun verilməsi vacibdir”

Son günlər ölkə mediasında terror qurbanlarına xüsusi statusun verilməsinin vacibliyi ilə bağlı fikirlər səslənməkdədir. Maraqlıdır, terror qurbanlarına ayrıca statusun verilməsinə ehtiyac varmı?

Bununla bağlı açıqlama verən millət vəkili Fazil Mustafa belə bir addımın atılmasının vacib olduğunu vurğuladı:

"Təbii ki, terror qurbanlarına belə bir statusun verilməsinə ehtiyac var. Onlara belə bir status verilməli və həmin şəxslərin ailə üzvləri bundan yararlanmalıdır. Hesab edirəm ki, 1990-1991-ci ildən etibarən terror olaylarında həlak olanlara bu status şamil edilməlidir. Şəxsən mən belə bir statusun verilməsinin tərəfdarıyam və bunu vacib hesab edirəm”.