adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Dekabr 2014 16:22
4347
MƏMLƏKƏT
A- A+

Nurəngiz Gün Yasamal qəbiristanlığında dəfn olunacaq

Şairə Nurəngiz Günlə vida mərasimi sabah saat 12-də mərhumun evində keçiriləcək.


Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın  verdiyi məlumata görə, mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Mərhumun üç mərasimi dekabrın 22-də "Təzəpir" Məscidində keçiriləcək

Qeyd edək ki, şairə Nurəngiz Gün bu gün gecə saatlarında dünyasını dəyişib. Onun uzun müddət xəstə olduğu bildirilir.

apa