adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Dekabr 2014 15:55
4189
HADİSƏ
A- A+

Məktəb direktorunun evindən yüz min manat dəyərində oğurluq

Hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı gənc saxlanılıb

Lənkəranda məktəb direktorunun evi yarılıb.


Apa-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər sakini, rayonun Darquba kənd orta məktəbinin direktoru işləyən 1973-cü il təvəllüdlü Mayis Vəfa oğlu Kazımov Lənkəran şəhər Polis Şöbəsində ərizə ilə müraciət edərək ona məxsus olan Lənkəran şəhərində, Böyükağa Mirsalayev küçəsi-18 ünvanında yerləşən mənzildən 100 min manatlıq qızıl-zinət əşyalarının, mobil telefon, noutbuk, kredit kartlarının oğurlandığını bildirib.

Polisin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Nicat İbad oğlu Əlizadə isti izlərlə saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Faktla Lənkəran şəhər Polis Şöbəsində cinayət işi başlanıb.