adalet.az header logo
  • Bakı 18°C
20 Dekabr 2014 13:09
7562
MƏMLƏKƏT
A- A+

Bilik Fondu Müəllimlər İnstitutu ilə əməkdaşlıq edəcək

Dekabrın 19-u Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) 10 filialı üçün Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun təqdimatı keçirilib.

Tədbirdə AMİ-nin Mətbuat və informasiya şöbəsinin əməkdaşları, TGT-nin mətbuat və informasiya şöbəsinin sədr və müavinləri, Ağcabədi, Cəlilabad, Mingəçevir, Qazax, Quba, Salyan, Şamaxı, Şəki, Zaqatala, Sumqayıt filialların direktorları, mətbuat və informasiya üzrə koordinatorları iştirak ediblər.

Azərbaycan Müəllimlər İnstititunun tədris işləri üzrə prorektoru Razim Məmmədov Bilik Fondunun fəaliyyətini yaxından izlədiklərini bildirib.

Bilik Fondu barəsində göstərilən filmin ardından qurumun mətbuat katibi Ceyhun Musaoğlu və mütəxəssisiElnarə Ağaoğlu həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat veriblər.İştirakçılar Bilik Fondunun qısa vaxtda görüdyü işlərlə bağlı məlumatları maraqla qarşılayıb və növbəti layihələrdə iştirak etməyə hazır olduqlarını bildiriblər. Tədbirdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.