adalet.az header logo
  • Bakı 12°C
20 Dekabr 2014 12:53
5256
İDMAN
A- A+

Tahir Gözəl UEFA rəsmisi ilə görüşdü

"Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti ilə görüşüb. Adalet.az-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan görüş 1 saat davam edib.

Ağdam klubunun rəsmisi UEFA məmuruna öncə "Qarabağ” haqqında məlumat verib. Komandanın Azərbaycanın eyniadlı bölgəsinin təmsil etdiyini vurğulayan Gözəl klub və reallıqlar haqqında geniş danışıb.

O, "Qarabağ”ın bütün Azərbaycan üçün özəl anlayış olduğunu, bu komandanın 1 milyon məcburi köçkünü təmsil etməsini, onların ümid işığı, təsəllisi olduğunu ifadə edib. Tahir bəy ardınca komandanın çıxışından danışıb. Ölkə miqyasında qazanılan uğurun qlobal anlamda necə vacibolduğunu vurğulayıb. Vitse-prezident Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda İtaliya "İnter"i ilə keçirilən oyunda baş verən məlum olaya da toxunub. Gözəl bu haqsızlığın sadəcə bir futbol komandasının uğursuzluğa düçar olunması deyil, milyonlarla insanın üzüntüsü, haqlarının tapdalanması kimi dəyərləndirib. UEFA-nın məsələylə bağlı ən doğru qərar çıxaracağına əminliyini bildirib.

Marçetti isə öz növbəsində baş verən olayla əlaqədar UEFA-nın müvafiq qurumlarının iclasında baxılacağını bildirib. O, məsələylə bağlı səlahiyyətli qurumların fevralın 5-də ən doğru qərar çıxaracağını ifadə edib. Baş vermiş epizodla bağlı daha dəqiq rəyin müvafiq qurumların dəyərləndirəcəyini söyləyib. Hakimin səhvi təsdiqləndiyi halda ən ədalətli qərarla cəzalanacağına əminliyini ifadə edib. Referilərin fəaliyyətinə daim UEFA tərəfindən ciddi nəzarət olduğunu bildirib: "İstənilən halda, UEFA hakimlik məsələsinə çox həssas yanaşır. Hakimlər xəta etdiyi zaman karyerasına ciddi zərbə vuracağını yaxşı anlayır. Eyni zamanda, uğurlu idarəçilik zamanı da daha çox təqdir qazanmış olurlar”.

Oyunun sözlərinə görə, iclasda çıxarılacaq qərarla "Qarabağ” razılaşmayacağı halda, etiraz hüququnun olduğunu bildirib. Yəni, ağdamlılar UEFA-nın bayrağı altında olandigər klublar kimi daha ali məhkəməyə müraciət etmək imkanına malik olacaq.

Marçetti, həmçinin"Qarabağ”ın uğurlu çıxışını təqdir edib. Komandanın qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirib. O, həmçinin daha öncə Bakıda olduğunu, paytaxtın günü-gündən dəyişərək inkişaf və tərəqqisini yüksək qiymətləndirib. Sonda "Qarabağ”ın böyük müvəffəqiyyətlər qazanacağına əminliyini bir daha ifadə edərək UEFA rəsmisi komandaya uğurlar arzulayıb.