Sənaye Nazirliyindən əhaliyə xəbərdarlıq - Video
Yeni il bayrami ilə əlaqədar sərinləşdirici içkilərə və digər ərzaq məhsullarina təlabat da çoxalır.
İçkilər içərisində mineral sular, qazsız-spirtsiz içkilər, qazlaşdırılmış spirtsiz içkilər, meyvə-giləmeyvə şirələri daha çox içilir. Bayramla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi əhaliyə xəbərdarlıq edib.
ANS TV-nin məlumatına görə, ərzaq məhsullarını da alan zaman İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edib. Şöbə müdiri Şahin Nağıyev bildirdi ki, insanlar məhsul alan zaman məhsulların istehsal və bitmə tarixinə diqqət yetirməlidirlər. İçki məhsullarını alan zaman isə su şüşəsinin butulkasında çöküntünün olmasına, şəffaflığına diqqət etmək lazımdır.
Çöküntünün olması və bulanıqlaşma suyun keyfiyyətsizlik əlamətidir. Mənşəyi məlum olmayan, üzərində istehsal, son istifadə tarixi və s. qeyd olunmayan içkiləri almaq olmaz. Keyfiyyətli spirtsiz içkilər şəffaf, çöküntüsüz olmalıdır. Hər bir məhsulun üzərinə etiket kağızı vurulmalı və orda istehsalçının adı, məhsulun çeşidi, standart nömrəsi, məhsulun tərkibi, istehsal tarixi, saxlanılma şəraiti və müddəti göstərilməlidir.
Odur ki, məhsul alan zaman daha da diqqətli olun. Əks halda yolunuzu xəstəxanadan salmalı olacaqsınız.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16