adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Dekabr 2014 21:56
5640
KRİMİNAL
A- A+

Gəncədə evdən 17 min manat oğurlayan şəxs saxlanılıb

Gəncədə oğurluq etmiş şəxs saxlanılıb.

 

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən Adalet.az-a verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini İlqar Şərifov tutulub.

 

O, dekabrın 16-da şəhərin Şahlar Hüseynov küçəsində yaşayan Yuvelina Rumyantsevanın mənzilinə girərək oradakı seyfdən 17 min manat, 2900 dollar və 4 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

 

Faktla bağlı araşdırma aparılır.