adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Dekabr 2014 18:17
3948
GÜNDƏM
A- A+

KİVDF jurnalistlər üçün bayram tədbirinin vaxtını elan etdi

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün elan etdiyi fərdi yazı müsabiqəsinin qaliblərini dekabrın 24-də keçirəcəyi tədbirdə mükafatlandıracaq. Fonddan verilən məlumata görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təçkil olunacaq mərasim dekabrın 24-də saat 14:00-da "Altun Saray” restoranında baş tutacaq.

Qeyd edək ki, budəfəki müsabiqədə 19 istiqamət üzrə qaliblər seçilib. Müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 olmaqla 1, II yer üçün 300 olmaqla 2, III yer üçün isə 200 manat olmaqla 3 mükafatın verilməsi nəzərdə tutulur