adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Dekabr 2014 16:48
10058
TEXNOLOGİYA
A- A+

“Azərkosmos” Livan yayım bazarına daxil olub

Livanda və Orta Şərqdə aparıcı televiziya stansiyalardan olan "MTV Livan” "Azerspace-1” telekommunikasiya peykindən qısamüddətli tutum istifadəsinə başlayıb.

"Azərkosmos” ASC-nin mətbuat xidmətindən  Adalet.az-a verilən məlumata görə, MTV-nin İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Jan Tüfengi bildirib ki, bu əməkdaşlıq "Azərkosmos” ASC-yə Livanın telekommunikasiya bazarına daxil olmaq imkanı yaratdığından şirkət üçün böyük əhəmiyyət rol kəsb edir.

""MTV” "Azerspace-1” peykinin tutumlarından istifadəyə dair "Azərkosmos”la anlaşma imzaladığı üçün çox məmnundur. Hal-hazırda "Azerspace-1” peykinin Asiya və Avropa şüaları vasitəsilə MTV-nin proqramları Körfəz ölkələri, Orta Şərq, Şimali Afrika və Avropa regionlarında yayımlanır. Həmçinin, MTV öz SNG (mobil televiziya stansiyası) avadanlıqlarının və Uplink (peykə ötürülən siqnalın qaldırılması) xidmətlərinin idarəetməsini "Azərkosmos”a həvalə edib. Buna səbəb "Azərkosmos”un zəngin təcrübəsi və geniş və dəqiq peyk əhatə dairəsinin olmasıdır”.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos” tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. Şirkətin strateji inkişaf planlarına gələcək illərdə ikinci telekommunikasiya peykinin ortitə çıxarılması və Yer səthinin məsafədən müşahidəsinə dair kommersiya xidmətlərinin göstərilməsi daxildir.